• 6) İT-nin inkişaf mərhələləri. 9) İS-nin inkişaf mərhələləri. hər iki sual cavabı eyni cavabdır
  • Fənn: İnformasiya texnologiyası İmtahan sualları 1 it fənninin əsas anlayışları




    Download 0,62 Mb.
    bet7/32
    Sana15.05.2024
    Hajmi0,62 Mb.
    #234249
    TuriMücərrəd
    1   2   3   4   5   6   7   8   9   10   ...   32
    Bog'liq
    İT İMTAHAM cavablar

    Proqram instrumentarisi istifadəçi tərəfindən qoyulan məqsədə nail olmaqdan ötrü müəyyən tip kompüter üçün bir və ya qarşılıqlı əlaqəli bir neçə proqram məhsulundan ibarətdir.
    İnstrumentari kimi fərdi kompüterlər üçün geniş yayılmış aşağıdakı proqram məhsullarından istifadə edilə bilər:

    • mətn prosessorları və ya redaktorları,

    • stolüstü nəşriyyat sistemləri,

    • elektron cədvəllər,

    • qrafik redaktorlar,

    • verilənlər bazalarının idarəetmə sistemləri,

    • elektron yazı kitabçaları,

    • funksional təyinatlı (maliyyə, mühasibat, marketinq və s.) informasiya sistemləri,

    • İnternet bələdçiləri,

    • ekspert sistemləri

    • və s.

    İnformasiya texnologiyası onun üçün əsas mühit olan informasiya sistemləri ilə sıx bağlıdır. İlk baxışdan onların bir-birinə çox oxşarlığı təəssüratı yaranır, əslində isə bu belə deyildir.
    İnformasiya texnologiyası verilənlər üzərində əməllərin, əməliyyatların, mərhələlərin aparılması üçün dəqiq reqlamentlənmiş qaydalardan ibarət olan prosesdir.
    İnformasiya texnologiyasının əsas məqsədi ilkin informasiyanın məqsədyönlü emalı nəticəsində istifadəçi üçün lazımi informasiyanı almaqdır.
    İnformasiya sistemi

    • kompüterlərdən,

    • kompüter şəbəkələrindən,

    • proqram məhsullarından,

    • verilənlər bazalarından,

    • insanlardan,

    • müxtəlif növ rabitə vasitələrindən

    • və s.

    ibarət olan muhitdir.
    İnformasiya sistemi, «insan-kompüter» tipli informasiya emalı sistemidir və burada əsas məqsəd

    • informasiyanın saxlanması,

    • sorğulara görə axtarışı

    • və seçilən isnformasiyanı lazımi formaya salıb, istifadəçiyə çatdırılmasıdır.

    İnformasiya sisteminin funksiyalarının reallaşdırılması ona yönəlmiş informasiya texnologiyasını bilmədən mümkün deyil.
    İnformasiya texnologiyası isə informasiya sistemindən kənar olaraq reallaşdırıla bilər.
    Beləliklə, informasiya texnologiyası informasiya cəmiyyətində informasiyanın çevrilmə prosesləri haqqında müasir təsəvvürü ifadə edən daha geniş anlayışdır.
    İnformasiya sisteminin uğurla qurulmasının və fəaliyyətinin təminatı isə informasiya və idarəetmə texnologiyalarından birgə və bacarıqla istifadə olunmasıdır.
    Material istehsalı sahəsindi istifadə olunan norma, normativ, texnoloji proses, texnoloji əməliyyat və s. kimi anlayışlardan informasiya texnologiyasında da istifadə oluna bilər.
    Hər bir texnologiyada bu anlayışları müəyyənləşdirməkdən əvvəl məqsədi təyin etmək lazımdır.
    Sonra isə qoyulan məqsədə çatmaq üçün görüləsi işlərin hamısını strukturlaşdırmağa cəhd etmək və lazımi proqram instrumentarisini seçmək lazımdır.
    İnformasiya texnologiyasını aşağıdakı səviyyələrə görə iyerarxik struktur şəklində təsvir etmək olar.
    1-ci səviyyə- sonrakı səviyyələrdə yerinə yetirilən əməliyyalardan və əməllərdən ibarət olan texnoloji prosesləri reallaşdıran mərhələləri əhatə edir.
    2-ci səviyyə – proqram mühitinin 1-ci səviyyəsində seçilən konkret obyektin yaradılması üçün yerinə yetirilən əməliyyatları əhatə edir.
    3-cü səviyyə- uyğun əməliyyat qarşısında qoyulan məqsədə çatmaq üçün standart əməllərin toplusudur.

    Hər bir əməl son nəticədə məhdud sayda elementar əməliyyatlar kombinasiyasından təşkil olunur. Əməllərdən isə müxtəlif kombinasiyalarla əməliyyatlar, müxtəlif kombinasiyalı əməliyyatlardan isə texnoloji mərhələlər təşkil olunur. Texnoloji mərhələlər toplusu texnoloji prosesi təşkil edir.
    6) İT-nin inkişaf mərhələləri.
    9) İS-nin inkişaf mərhələləri.
    hər iki sual cavabı eyni cavabdır

    Kompüter əsasında reallaşdırılan informasiya texnologiyasının inkişafına bir neçə baxış mövcuddur. Bu baxışlar müxtəlif bölgü əlamətləri ilə təyin edilir. Aşağıda nəzərdən keçirilən baxışlar üçün ümumi cəhət ondan ibarətdir ki, fərdi kompüterlərin yaranması ilə informasiya texnologiyasının inkişafında yeni mərhələ başlandı və insanın həm peşə fəaliyyətində, həm də məişətdə informasiya təlabatlarını ödəmək mümkün oldu.
    İnformasiya texnologiyasını aşağıda göstərilən əlamətlərə görə mərhələlərə ayırırlar. Qeyd edək ki, göstərilən ayırmalar və illər müəyyən mənada şərti xarakter daşıyır.

    Download 0,62 Mb.
    1   2   3   4   5   6   7   8   9   10   ...   32




    Download 0,62 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Fənn: İnformasiya texnologiyası İmtahan sualları 1 it fənninin əsas anlayışları

    Download 0,62 Mb.