• Cəmiyyətin informasiyalaşması istiqamətində duran problemlərə görə
  • Kompüter texnologiyasının verdiyi faydaya görə: 1-ci mərhələ (60-cı illərin əvvəllindən)
  • 2-ci mərhələ (80-cı illərin əvvəlindən)
  • İnformasiya emalı proseslərinin və məsələlərinin növünə görə




    Download 0,62 Mb.
    bet8/32
    Sana15.05.2024
    Hajmi0,62 Mb.
    #234249
    TuriMücərrəd
    1   ...   4   5   6   7   8   9   10   11   ...   32
    Bog'liq
    İT İMTAHAM cavablar

    İnformasiya emalı proseslərinin və məsələlərinin növünə görə:
    1-ci mərhələ (1960-1970-ci illər) –
    hesablama mərkəzində kollektiv istifadə rejimində verilənlərin emalı. İnformasiya texnologiyasının inkişafının əsas istiqamətini insanın yerinə yetirdiyi atil əməliyyatların (əsasən hesablama tipli) avtomatlaşdırılması təşkil edirdi.
    2-ci mərhələ (1980-ci illərdən sonra) –
    strateji məsələlərin həllinə yönəlmiş informasiya texnologiyalarının yaradılması.
    Cəmiyyətin informasiyalaşması istiqamətində duran problemlərə görə:
    1-ci mərhələ (60-cı illərin sonuna qədər) –
    məhdud imkanlı aparat vasitələri şəraitində böyük həcmli verilənlərin emalı problemi ilə xarakterizə olunur.
    2-ci mərhələ (70-ci illərin sonuna qədər) –
    III nəsil kompüterlərin (IBM 360, EC seriyalı EHM və s.) geniş yayılması ilə əlaqələndirilir. Bu mərhələnin problemi proqram təminatının aparat vasitələrinin inkişafından geri qalmasında idi.
    3-cü mərhələ (80-cı illərin əvvəlindən) –
    kompüter qeyri-peşəkar istifadəçilərin alətinə, informasiya sistemləri isə qərar qəbuletmənin təminatı vasitəsinə çevrilir. Bu mərhələnin əsas problemi istifadəçilərin təlabatlarını maksimum ödəmək və kompüter mühiti ilə işləmək üçün əlverişli interfeys yaratmaqdan ibarət idi.
    4-cü mərhələ (90-cı illərin əvvəllərindən) –
    təşkilatlararası əlaqələrin və informasiya sistemlərinin müasir texnologiyasının yaradılması. Bu mərhələnin çoxlu problemləri var. Onlardan əsasları aşağıdakılardır:

    • kompüter əlaqələri üçün razılaşmaların, standartların və protokolların hazırlanması;

    • strateji informasiyaya müraciətin təşkili;

    • informasiyanın mühafizəsinin və təhlükəsizliyinin təşkili.

    Kompüter texnologiyasının verdiyi faydaya görə:
    1-ci mərhələ (60-cı illərin əvvəllindən) – hesablama mərkəzlərinin resurslarından kollektiv şəkildə istifadə etməklə atil əməliyyatların yerinə yetirilməsi üçün informasiyanın səmərəli emalı ilə səciyyələnir. İnformasiya sistemlərinin istifadəçiləri ilə onları hazırlayanlar arasında qarşılıqlı əlaqələr zəif idi. Bunun da nəticəsində elə sistemlər qurulurdu ki, istifadəçi onları başa düşmürdü və ona görə də geniş imkanlarına baxmayaraq, onlardan tam istifadə olunmurdu.
    2-ci mərhələ (80-cı illərin əvvəlindən) – fərdi kompüterlərin yaranması ilə bağlıdır. İnformasiya sistemlərinin qurulmasına yanaşma dəyişdi – onlar fərdi istifadəçilər tərəfindən qərarların qəbulunun təminatına istiqamətləndilər.Sistemin hazırlanmasında istifadəçinin marağı artır, layihəçi ilə əlaqə yaradılır və hər iki tərəfin bir-birini anlaması baş verir.
    Bu mərhələdə verilənlərin həm mərkəzləşdirilmiş, həm də mərkəzləşdirilməmiş emalından istifadə olunur. Sonuncu halda istifadəçilər iş yerlərində lokal bazalarla işləmək və lokal məsələləri həll etmək imkanını əldə edirlər.

    Download 0,62 Mb.
    1   ...   4   5   6   7   8   9   10   11   ...   32




    Download 0,62 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    İnformasiya emalı proseslərinin və məsələlərinin növünə görə

    Download 0,62 Mb.