• Başlanğıc mərhələ
  • Dəqiqləşdirmə mərhələsi
  • Quraşdırma mərhələsi
  • Fənn: İnformasiya texnologiyası İmtahan sualları 1 it fənninin əsas anlayışları




    Download 0,62 Mb.
    bet32/32
    Sana15.05.2024
    Hajmi0,62 Mb.
    #234249
    TuriMücərrəd
    1   ...   24   25   26   27   28   29   30   31   32
    Bog'liq
    İT İMTAHAM cavablar

    İS-in həyat dövrünün strukturu
    İS-in tam həyat dövrü adətən strateji planlaşdırmanı, təhlili, layihələndirməni, reallaşdırmanı, tətbiqi və istismarı əhatə edir. Ümumi halda həyat dövrünü bir neçə mərhələyə bölmək olar. Prinsip etibarilə mərhələlərə ayrılma şərti xarakter daşıyır. İnformasiya sistemləri üçün proqram vasitələrinin yaradılması sahəsində aparıcı yer tutan Rational Rose korporasiyasının təklif etdiyi variantda İS-in həyat dövrü 4 mərhələyə bölünür:

    1. başlanğıc;

    2. dəqiqləşdirmə;

    3. quraşdırma;

    4. keçid (istismara verilmə).

    Hər mərhələnin sərhədləri müəyyən kritik qərarların qəbul edilməsi və müəyyən məqsədlərə nail olunmasını təmin edən vaxt müddəti ilə təyin olunur.

    Başlanğıc mərhələ
    Başlanğıc mərhələdə sistemin tətbiq sahəsi və sərhəd şərtləri müəyyənləşdirilir. Bunun üçün yaradılan sistemlə qarşılıqlı əlaqələri nəzərdə tutulan bütün xarici obyektlər və bu əlaqələrin xarakteri təyin edilməlidir. Bu mərhələdə həmçinin sistemin bütün funksional imkanları müəyyənləşdirilir və onlardan ən vaciblərinin izahı verilir.
    Başlanğıc mərhələsinin praktik nəticələri aşağıdakılar olmalıdır:

    • qurulan sistemin əsas xüsusiyyətləri və üstünlükləri;

    • riskin qiymətləndirilməsi;

    • sistemin yaradılması üçün lazım olan resursların qiymətləndirilməsi;

    • əsas mərhələlərin bitmə vaxtını göstərməklə təqvim planı

    Dəqiqləşdirmə mərhələsi
    Bu mərhələdə problem sahələrinin təhlili aparılır və informasiya sisteminin arxitekturasının əsasları işlənib hazırlanır. Sistemin arxitekturasına aid hər bir qərarın qəbulunda sistem bütövlükdə nəzərə alınmalıdır. Bu o deməkdir ki, sistemin əksər funksional imkanları təsvir olunmalı və sistemin komponentləri arasındakı qarşılıqlı əlaqələr nəzərə alınmalıdır. Dəqiqləşdirmə mərhələsinin sonunda arxitektura həllərinin və layihədəki əsas risk elementlərinin aradan qaldırılması üsullarının təhlili aparılmalıdır.
    Quraşdırma mərhələsi
    Bu mərhələdə istifadəçiyə təqdim etmək üçün tamamlanmış məhsul işlənib hazırlanır. Mərhələnin sonunda hazırlanan proqram təminatının iş qabiliyyəti yoxlanılır.
    Keçid mərhələsi
    Keçid mərhələsində hazırlanan sistem istifadəçiyə təhvil verilir. Sistemin real şəraitdə istismarı zamanı hazırlanan məhsula düzəlişlər tələb olunan müxtəlif növ problemlər yarana bilər. Mərhələnin sonunda layihədəki məqsədə nail olub-olunmaması təyin edilir.
    Download 0,62 Mb.
    1   ...   24   25   26   27   28   29   30   31   32




    Download 0,62 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Fənn: İnformasiya texnologiyası İmtahan sualları 1 it fənninin əsas anlayışları

    Download 0,62 Mb.