• 2-ci modelin üstünlüyü
  • 3-cü modeldə
  • İnformasiya resursları
  • Fənn: İnformasiya texnologiyası İmtahan sualları 1 it fənninin əsas anlayışları




    Download 0,62 Mb.
    bet24/32
    Sana15.05.2024
    Hajmi0,62 Mb.
    #234249
    TuriMücərrəd
    1   ...   20   21   22   23   24   25   26   27   ...   32
    Bog'liq
    İT İMTAHAM cavablar

    1-ci modelin çatışmazlığı ondan ibarətdir ki, sistemin kliyent hissəsi 2-ci modeldəkinə nisbətən daha çox yüklənir. Bundan əlavə, bəzi hallarda (məsələn, Active X texnologiyasından istifadə edildikdə) kliyent hissədə informasiya mühafizəsinin pozulması ehtimalı artır. Lakin bu variantda Web-server nisbətən boşalır ki, bu da 1-ci modelin üstünlüyü hesab oluna bilər.
    2-ci modelin üstünlüyü ondan ibarətdir ki, proqram təminatının əsas hissəsi Web- serverdə yerləşdiyindən, kliyent proqramları sadələşir və sistemin inzibatçılığı rahatlaşır. Çatışmazlıq isə ondan ibarətdir ki, Web-serverin yükü çox və gücü az olduqda, informasiyanın alınmasının operativliyi azala bilər.
    3-cü modeldə Web-serverə böyük yük planlaşdırılan zaman 2-ci modeldə yaranan problemin aradan qaldırılmasına cəhd olunur.

    24)İnformasiya resursları, məhsulları və xidmətləri
    İnformasiya sisteminin əsas vəzifəsi istifadəçilərə informasiya xidməti göstərməkdir. İnformasiya xidməti informasiya məhsulu və resursu anlayışları ilə bilavasitə bağlı olduğundan, onlara ətraflə baxaq
    Resurs (ressourees) fransız sözü olub, nəyinsə ehtiyatı, mənbəyi deməkdir. Klassik iqtisadi kateqoriyalar kimi məlum olan material resursları, təbii resurslar, əmək resursları, maliyyə resursları, enerji resursları ilə yanaşı müasir informasiya cəmiyyətində «informasiya resursları» anlayışı da özünə yer tapmışdır.
    İnformasiya resursları dedikdə ayrı-ayrı sənədlər və sənədlər massivləri, həmçinin informasiya sistemlərində (kitabxanalarda, arxivlərdə, fondlarda, verilənlər banklarında və digər informasiya sistemlərində) toplanan sənədlər və sənədlər massivləri başa düşülür [10]. İnformasiya resurslarını təşkil edən sənədlərdə və sənədlər massivində onları yaradan insanların bilikləri müxtəlif formalarda əks olunur. Odur ki, informasiya resursları - insanlar tərəfindən hazırlanan, cəmiyyətdə sosial məqsədlərlə istifadə olunan və material daşıyıcılarda (kağız, maqnit lenti, maqnit diski və s.) qeyd olunan biliklərdir.
    Biliklər kimi başa düşülən informasiya resursları onları toplayan, ümumiləşdirən, təhlil edən, hazırlayan insanlardan alınaraq, sənədlər, verilənlər bazaları, biliklər bazaları, alqoritmlər, kompüter proqramları, həmçinin incəsənət əsərləri, ədəbiyyat, elm şəklində materiallaşdırılır.
    Hazırda informasiya resurslarının kəmiyyət və kefiyyət baxımından qiymətləndirilməsi və həmçinin cəmiyyətin ona olan tələbatının proqnozlaşdırılması üçün metodologiya yoxdur. Bu isə informasiya resursları şəklində toplanan informasiyanın səmərəliyini azaldır və sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçid müddətini artırır. Bundan əlavə, informasiya cəmiyyətində informasiya resurslarının istehsalı və yayılması sahəsində nə həcmdə əmək resurslarının cəlb edilməsi bəlli deyil. Şübhəsiz ki, gələcəkdə bu problemlər öz həllərini tapacaqlar.
    Əhəmiyyətinə görə ölkənin, bölgənin, təşkilatın informasiya resurslarına xammal, enerji, qazıntı ehtiyatları və s. kimi resurslara analoji olaraq strateji resurslar kimi baxılmalıdır.
    İnformasiya resursları informasiya məhsullarının hazırlanması üçün baza rolunu oynayırlar. İnformasiya məhsulu insanın intellektual fəaliyyətinin nəticəsi olmaqla, istənilən fiziki xassəyə malik material daşıyıcısında sənədlər, məqalələr, kitablar, xülasələr, proqramlar və s. şəklində yazılıb təsbit olunmalıdır.

    Download 0,62 Mb.
    1   ...   20   21   22   23   24   25   26   27   ...   32




    Download 0,62 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Fənn: İnformasiya texnologiyası İmtahan sualları 1 it fənninin əsas anlayışları

    Download 0,62 Mb.