|
)Şəbəkə VBIS-lə işləyən fayl-server arxitekturasi
|
bet | 21/32 | Sana | 15.05.2024 | Hajmi | 0,62 Mb. | | #234249 | Turi | Mücərrəd |
Bog'liq İT İMTAHAM cavablar20)Şəbəkə VBIS-lə işləyən fayl-server arxitekturasi.
Şəbəkə VBİS-lə işləyən fayl-server arxitekturalı informasiya sistemində (şəkil) göstərilən çatışmazlıq «rəqabətə nəzarət» (concurrency control) mexanizmi vasitəsilə aradan qaldırılır. Şəbəkə VBİS-in nəzarət mexanizmi faylları, yazıları və hətta ayrıca sahələri bloklamaqla verilənlərə müraciəti kordinasiya etməyə imkan verir.
VB-nin fayllarının kollektiv istifadəsini təmin edən şəbəkə VBİS-lə işlədikdə informasiyanın emalı əvvəlki kimi kliyent kompüterində aparılır, server kompüterinin vəzifəsi isə böyük həcmli disk yaddaşı təqdim etməkdən ibarət olur.
Bu cür yanaşmanı da səmərəli hesab etmək olmaz, çünki
informasiya emalının sürətli aparılması üçün KK yüksək işləmə sürətinə və böyük tutumlu əməli yaddaşa malik olmalıdır.
Bundan əlavə, VB-nin fayllarının və idarəetmə əmrlərinin surətlərinin bloklamaqla rabitə xətləri ilə ötürülməsi verilənlərin ötürmə altsisteminin yükünü artırmaqla, şəbəkənin ümumi məhsuldarlığını azaldır.
Şəbəkə VBİS-ə misal olaraq Windows üçün FoxPro 2.5 və ondan yüksək versiyaları, Windows üçün dBase, Paradox 3.5 və ondan yüksək versiyaları, Access 2000 və ondan yüksək versiyaları, FoxPro8.0 və ondan yüksək versiyaları, MS SQL Server, Oracle və s. göstərmək olar.
İki variantda baxılan fayl-server arxitekturasının yuxarıda göstərilən çatışmazlıqlarına baxmayaraq, bu arxitektura özünün sadəliyi, istifadəsinin əlverişliyi və reallaşdırılmasının ucuz başa gəlməsi ilə özünü cəlb edir.
Odur ki, fayl-server arxitekturalı informasiya sistemlərindən indiyə qədər kiçik işçi qrupları və müəssisə miqyasında geniş istifadə olunur.
21. Kliyent-server arxitekturasi.
Kliyent-server arxitekturalı İS fayl-server arxitekturalı İS-dən ilk növbədə onunla fərqlənir ki, VBİS-in proqramları fuksional olaraq server və kliyent adlanan iki hissəyə ayrılır. Sistemin server və kliyent hissələri arasında funksiyaların bölünməsi müxtəlif variantlarla aparıla bilər: verilənlərin təsvirlərinin bölüşdürülməsi ilə, təsviri uzaq məsafədən aparmaqla, funksiyaların bölüşdürülməsi ilə,verilənlərə müraciəti uzaq məsafədən aparmaqla və verilənlər bazasını bölüşdürməklə.
Kliyent-server arxitekturasının əksər tipləri ikisəviyyəli modellə qurulur. 1-ci (aşağı) səviyyədə təşkil olunan kliyent 2-ci (yuxarı) səviyyədə təşkil olunan serverin xidmətlərinə müraciət edir. Bu zaman nəzərə alınır ki, DS və FS komponentləri serverdə, PS və PL dialoq komponentləri və BL, DL məntiqi komponentləri isə kliyentdə yerləşdirilir. Bununla da istifadəçi sorğularının reallaşdırılması və istifadəçilərlə qrafik interfeysin qurulması təmin olunur. Beləliklə, tətbiq kliyentlə işləyir, VBİS isə- serverlə.
Kliyent və ya ön proqram istifadəçi sorğularının emalına və interfeysə cavab verir. Belə ki, o, istifadəçinin sorğularını və əmrlərini çevirərək serverə ötürür və nəticələri aldıqda əks çevirmə aparmaqla informasiyanı istifadəçi üçün əks etdirir. Kliyent rolunda konkret tətbiqi məsələnin həlli üçün hazırlanan proqram və ya serverlə interfeysə malik olan hazır proqram çıxış edə bilər. Hazır kliyent proqramları kimi mətn prossesorları , cədvəl proqssesorları və hətta VBİS-lər (məsələn, Access, FoxPro, Paradox) istifadə oluna bilər.
Server bazadakı verilənlərin idarə olunması və mühafizəsi funksiyalarını yerinə yetirən əsas proqramdır. Serverin funksiyalarının çağrılıb işə salınması SQL dilində aparıldıqda, ona SQL-sever deyilir. Server kimi profesional VBİS-in (məsələn, İnformix 7.x, Sybase System 10, Oracle) nüvəsindən və ya hər hansı SQL-serverdən (məsələn, MS SQL server, Novell Netware SQL və s.) istifadə oluna bilər.
Kliyent-server arxitekturalı informasiya sisteminin sadələşdirilmiş strukturu şəkildə göstərilmişdir.
İnformasiya emalının əsas hissəsi-sorğuların formalaşdırılması, hesabat-ların tərtibi və istifadəçi üçün əlverişli formada əks etdirilməsi və s. - kliyent kompüterində yerinə yetirilir. Şəbəkə VBİS-lə işləyən fayl-server sistemindən fərqli olaraq, VB fayllarının tam surətləri SK-dan KK-ya və geriyə göndərilmir, çünki, lazımi qarşılıqlı əlaqələrin təşkili üçün KK-da baxılan anda tələb edilən verilənlərin olması kifayət edir. Bununla da şəbəkədə traffik xeyli azalır, KK-nın resurslarına qoyulan təlabat yumşalır və bunun da nəticəsinədə daha səmərəli və etibarlı informasiya sistemi qurmağa imkan yaranır.
Şəkil. Kliyent-server arxitekturalı informasiya sistemi
Son illərdə, serverin kompüterində verilənlərə əlavə olaraq, emalı proqramlar və sorğular da saxlanır. Bu, verilənlərin emalı sürətini və ümumi təyinatlı proqramların saxlanma və inzibatçılığını artırır. Server-kompüterdə saxlanan verilənlərin emalı proqramlarına "saxlanan prosedurlar" deyilir. Bu prosedurların bir növü də "trigger"dir ki, onlar müəyyən hadisələr baş verdiyində avtomatik olaraq çağrılır.
Ayrıca, serverin əsas proqramları, saxlanan prosedurlar, və triggerlər adlanan sorğular da saxlanır. Bu saxlanan əmrlər, SQL sorğularının kompilyasiyası nəticəsində alınan əmrlərdən ibarət olur. Saxlanan əmrlər SQL sorğularına nisbətən daha sürətlə icra olunur və bu, təhlilin tələb olunmadığından gəlir. Kliyent-server tipli sistemlərdən fərqli olaraq, saxlanan əmrlər verilənlərlə deyil, paylanmış sistemlərlə işləyir.
Kliyent-server tipli İS-lərin reallaşdırılması üçün çeşitli proqramlaşdırma sistemləri mövcuddur, məsələn, Delphi, Power Builder, Visual Basic və s. ODBC (Open Data Base Connectivity) standart interfeysi, müxtəlif istehsalçıların verilənlər bazalarına vahid üsulla müraciəti təmin edir. ODBC, müraciətin Windows mühitində mümkün olduğu kimi digər mühitlərdə də təmin edilməsini sağlayır.
Şəkil. ODBC vasitəsilə verilənlər bazasına müraciət sxemi
Bu mətn, kliyent-server tipli İS-lərin qurulmasında saxlanan prosedurlar, triggerlər, və saxlanan əmrlərin əhəmiyyətli rolu haqqında əsas məlumatları özündə əks etdirir.
T ətbiqin VB-yə müraciəti SQL dilində ODBC-nin standart funksiyalarını çağırmaqla baş verir. Bu zaman kliyentin kompüterində ODBC interfeysinə malik olan MS Windows əməliyyyat sistemi fəaliyyət göstərməlidir.
Tətbiqin VB ilə qarşılıqlı əlaqəsi ODBC-nin meneceri (dispetçeri) vasitəsilə aparılır. Menecer VBİS-in verilənlərinin formatına uyğun olan drayveri işə qoşur. VBİS-in drayveri şəbəkə vasitələrindən (konkret VBİS-in komminikasiya modullarından) istifadə edərək, SQL operatorlarını VBİS serverinə ötürür. Sonra isə serverdə icra olunan sorğuların nəticələri geriyə - tətbiqə - ötürülür.
|
| |