|
)Internet/Intranet texnologiyası əsasında qurulan informasiya sistemləri
|
bet | 23/32 | Sana | 15.05.2024 | Hajmi | 0,62 Mb. | | #234249 | Turi | Mücərrəd |
Bog'liq İT İMTAHAM cavablar23)Internet/Intranet texnologiyası əsasında qurulan informasiya sistemləri
Internet/Intranet texnologiyasının inkişafında hələ ki, əsas diqqət instrumental proqram vasitələrinin yaradılmasına verilir. Bununla yanaşı verilənlər bazaları ilə işləyən tətbiqlərin yaradılması üçün inkişaf etmiş vasitələr azlıq təşkil edir.
İnternet/İntranet texnologiyası, əlverişli, sadə istifadə olunan və verilənlər bazaları ilə işləyən informasiya sistemlərinin yaradılmasını asanlaşdırdı. Bu texnologiya, brauzer - tətbiq serveri - verilənlər bazasının serveri - dinamiki səhifələr serveri - Web-server kimi bir çoxsəviyyəli arxitekturanın qurulmasına imkan verir. Bu, informasiyanın birgə istifadə olunmasını sadə və effektiv edir, korporativ informasiya sistemlərinin tətbiqi və müşayiət prosesini səmərəli və sadələşdirir.
İntranet texnologiyası, korporativ informasiya sistemi mühitinə uyğunlaşdırılmış bir İnternet texnologiyasıdır. Bu texnologiya, qeyri-peşəkar istifadəçilər üçün əlverişli informasiya təqdim etmək üçün kliyent-server tipli sistemlərdən fərqli olaraq, verilənlərlə deyil, paylanmış sistemlərlə işləyir.
İnternet/İntranet texnologiyası ilə qurulan sistemlər mərkəzləşdirilmiş çoxistifadəçili sistemlərlə kliyent-server tipli sistemlərin üstün cəhətlərini özlərində birləşdirirlər. Onlar aşağıdakı xüsusiyyətlərə malikdirlər:
istifadə olunması üçün serverdə verilənlər deyil, informasiya toplanır;
kliyent və server hissələri arasında mübadilə zamanı konkret firmanın protokolundan yox, açıq standart protokoldan istifadə olunur;
tətbiqi sistem serverdə yerləşdiyindən, kliyent kompüterində istifadəçinin işləməsi üçün proqram-naviqator kifayət edir.
İnternetdə və İntranetdə informasiyanın mənbəyi VB olduqda WWW komponentləri ilə ənənəvi VBİS komponentləri arasında qarşılıqlı əlaqələr qurulur. Hər hansı VB-dən istifadə etməklə işləyən proqram komponentlərin fəaliyyətlərinin təşkilində verilənlərə müraciət 3 sxemlə aparıla bilər: Web-kliyent tərəfindən (şəkil a), Web-server tərfiindən (şəkil b) və tətbiq serveri tərəfindən (şəkil c).
Kliyent tərəfindən VB-yə müraciət halında Web-kliyent ilə Web-server arasında qarşılıqlı əlaqənin reallaşdırılması üçün əsas instrumental vasitə Java dilidir. Bundan əlavə Active X- in idarəetmə elementlərindən də istifadə oluna bilər. Kliyent tərəfdə informasiyanın emalı da aparıla bilər. Bu məqsədlə JavaScript, JScript və VBScript kimi ssenari dillərindən istifadə oluna bilər. Ssenari-proqramlar Web-brauzer tərəfindən interpretasiya rejimində yerinə yetirilir.
Java-proqramdan VB serverinə müraciət etmək üçün ODBC konsepsiyası əsasında JDBC standartı hazırlanmışdır.
Web-server tərəfindən VB serverinə müraciət adətən Web-server proqramları vasitəsilə xarici proqramların çağrılması ilə yerinə yetirilir. Çağırma prosesi aşağıdakı interfeyslərdən biri ilə razılaşmalara görə aparılır: CGI (Common Gate Way Interface - ümumi şlyuz interfeysi), FastCGİ, API (Application Proqram Interface-tətbiqi proqram interfeysi).
Xarici proqramlar VB serveri ilə SQL dilində müəyyən üsulla qarşılıqlı əlaqələr yaradırlar, məsələn, bilavasitə konkret serverə müraciət etməklə və ya ODBC drayverrindən istifadə etməklə. Xarici proqramlar C, C++, Pascal tipli adi proqramlaşdırma dillərində və ya Perl, PHP tipli xüsusi dillərdə yazılır. CGI interfeysinə uyğun hazırlanmış proqramlara CGI ssenariləri deyilir.
Bunlardan əlavə, server proqramlarının VB-yə müraciətini təşkil etmək üçün VB informasiyası əsasında Web səhifələrinin dinamik qurulması texnologiyalarından (ASP, PHP, İDC/HTX) istifadə oluna bilər.
Tətbiq serveri tərəfindən VB-yə müraciət tətbiq serverindən istifadə edildikdə mümkündür. Bu halda paylanmış tətbiqlərin qurulması üçün əsas dil Java və həmçinin CORBA və Enterprise Java Beans hesab olunur.
Baxılan sxemlərdən hər hansı birinə birmənalı olaraq üstünlük vermək çətindir. Hər şey kliyent-server proqramlarının yaradılma məqsədlərindən və şərtlərindən asılıdır, məsələn, aparat-proqram platformasından, Web-serverin növündən, Web-serverin yükündən, həll olunan məsələlərin xarakterindən və s.
|
| |