• Xidmət
  • Fənn: İnformasiya texnologiyası İmtahan sualları 1 it fənninin əsas anlayışları




    Download 0,62 Mb.
    bet25/32
    Sana15.05.2024
    Hajmi0,62 Mb.
    #234249
    TuriMücərrəd
    1   ...   21   22   23   24   25   26   27   28   ...   32
    Bog'liq
    İT İMTAHAM cavablar

    İnformasiya məhsulu - maddi və ya qeyri-maddi formada yayılması üçün istehsalçı tərəfindən hazırlanmış informasiya (verilənlər) toplusudur. İnformasiya məhsulunun yayılması digər material məhsulunda olduğu kimi, müəyyən üsullarla həyata keçirilən xidmət vasitəsilə yerinə yetirilir.
    Xidmət – insanın və ya təşkilatın müxtəlif məhsullara təlabatını ödəmək üçün müəssisənin və ya şəxsin qeyri-istehsal fəaliyyətinin nəticəsidir.
    İnformasiya xidməti - informasiya məhsullarının alınması və istifadəçiyə təqdim edilməsi deməkdir.
    Dar çərçivədə informasiya xidməti çox vaxt kompüterin köməyilə edilən xidmət kimi başa düşülür. Əslində isə, bu anlayış daha geniş məna kəsb edir.
    Xidmət təqdim edildikdə iki tərəf-xidmət göstərən və xidmət alan-arasında razılaşma (müqavilə) bağlanır. Müqavilədə onun yerinə yetirilmə vaxtı və xidmətin dəyəri göstərilir. Xidmətin siyahısı informasiya resurslarının və onların əsasında hazırlanmış informasiya məhsullarının həcmi, kefiyyəti və istifadə sahəsi əsasında tərtib edilir.
    İnformasiya resurslarının və məhsullarının növlərinə görə informasiya xidmətlərinin aşağıdakı tiplərini ayırmaq olar:

    1. informasiya nəşrlərinin buraxılması;

    2. retrospektiv informasiya axtarışı;

    3. elmi-texniki informasiya xidmətləri;

    4. uzaqməsafəli informasiya bazalarına müraciət;

    5. informasiya xidmətlərinin hazırlanması və təqdim edilməsi;

    6. ilkin mənbələrin təqdim edilməsi.

    İnformasiya nəşrləri referativ məcmuələri, biblioqrafik göstəriciləri, icmal xarakterli nəşrləri, informasiya-arayış nəşrlərini və s. əhatə edir.
    Retrospektiv informasiya axtarışında istifadəçilərin sorğularına görə informasiya bazalarından müəyyən mövzu üzrə müəyyən dövrə aid informasiyanın axtarışı aparılır və nəticələr ekran görüntüsü, çap materialı və ya elektron sənədlər şəklində istifadəçilərə çatdırılır.
    Elmi-texniki informasiya xidmətləri elmi-texniki informasiyanın (biblioqrafik informasiyanın, xülasələrin, tərcümələrin və s.) hazırlanmasını və istifadəçilərə çatdırılmasını nəzərdə tutur.
    Uzaqməsafəli informasiya bazalarına müraciət şəbəkə texnolo-giyasının, o cümlədən, İnternetin tətbiqi ilə həyata keçirilir və istifadəçilərə uzaq məsafədə yerləşən kənar təşkilatların hazırladıqları informasiya məhsullarından faydalanmağa imkan verir.
    İnformasiya xidmətlərinin hazırlanması və təqdim edilməsi ilk növbədə müxtəlif miqyaslı informasiya sistemlərinin qurulmasını və tətbiqini nəzərdə tutur. Əslində informasiya sistemləri müxtəlif sahələrdə təşkilatların (korporasiyaların) informasiya tələblərini ödəməklə yanaşı, 2-4 xidmətlərini də yerinə yetirirlər.
    İlkin mənbələrin təqdim edilməsi kitabxanaların ənənəvi xidmət sahəsinə aiddir. Bu xidmət ilkin mənbələrin özlərinin təqdim edilməsi ilə yanaşı, onların surətlərinin də verilməsini təmin etməlidir.

    Download 0,62 Mb.
    1   ...   21   22   23   24   25   26   27   28   ...   32




    Download 0,62 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Fənn: İnformasiya texnologiyası İmtahan sualları 1 it fənninin əsas anlayışları

    Download 0,62 Mb.