|
Mal dövriyyəsinin, çeşidin və tədarükün idarə olunması
|
bet | 27/32 | Sana | 15.05.2024 | Hajmi | 0,62 Mb. | | #234249 | Turi | Mücərrəd |
Bog'liq İT İMTAHAM cavablarMal dövriyyəsinin, çeşidin və tədarükün idarə olunması
Mal dövriyyəsinin, çeşidin və tədarükün təhlili prosesinin avtomatlaşdırılması vəsaitlərin daima çatışmaması şəraitində müəssisənin gəlirlə işləməsinə və dinamik inkişafına zəmin yaradır. Dövriyyə vəsaitlərinin həddən artıq miqdarda anbarlarda yığılıb «dondurulması» istənilən istehsal müəssisəsinin zərərinə yönələn proses hesab olunur. Perspektiv malları nəzərə almadan müəssisə inkişaf edə bilməz. Bütün bunlar isə mal dövriyyəsinin, çeşidin və tədarükün informasiya texnologiyalarının tətbiqi ilə hərtərəfli təhlili və məqsədyönlü idarə olunması sayəsində aradan qaldırıla bilər.
İstehsal proseslərinin idarə olunması
İstehsal proseslərinin idarə olunması çox zəhmət tələb edən problemdir. Burada əsas məsələ istehsal prosesinin planlaşdırılması və optimal idarə olunmasıdır. Bu məsələnin avtomatlaşdırılmış həlli istehsal güclərini, sərfləri, bazarı və s. nəzərə almaqla planlaşdırmanı düzgün aparmağa, istehsalın texniki hazırlağını yerinə yetirməyə, istehsal proqramına və texnologiyaya uyğun məhsul istehsalı prosesini operativ idarə etməyə imkanlar yaradır. Aydındır ki, istehsalat böyük olduqda gəlirin alınmasında iştirak edən biznes proseslərin sayı çox olur, odur ki, informasiya sistemindən istifadə olunması həyati zərurət daşıyır.
Texnoloji proseslərin idarə olunması
70-ci illərdən etibarən, texnoloji proseslərin idarə olunmasında öncə xüsusiləşdirilmiş idarəedici kompüterlərdən istifadə olunurdu. Mikroprosessor və fərdi komputerlərin inkişafı ilə aparat kimi onlardan istifadə etmək mümkün oldu. Texnoloji proseslərin idarə olunmasında əsas problem sistemin həqiqi zamanlı işinə diqqət yetirməkdir. Müasir texnoloji qurğuların əksəriyyətində avtomatlaşdırılmış idarəetmə sistemləri təmin edir və onlar texnoloji qurğuların hazırlanma mərhələlərində nəzərə alınırlar.
26)İnformasiya sisteminin qurulmasının əsas mərhələləri
Mürəkkəbliyindən və işin həcmindən asılı olmayaraq, hər bir layihə özünün yaradılmasında və inkişafında «layihə hələ yoxdur» vəziyyətindən «layihə artıq var» vəziyyətinə qədər bir yol keçir. Layihənin yaradılmasına başlanandan tam bitməsinə qədər addımları mərhələ (faza, stadiya) adlandırırlar. Mərhələlərin sayının və məzmununun təyin olunmasında tam müəyyənlik yoxdur, çünki bu xarakteristikalar konkret layihənin yerinə yetirilmə şərtlərindən və icraçıların təcrübəsindən asılıdır. Buna baxmayaraq, informasiya sisteminin qurulma prosesinin məntiqi və əsas məzmunu əksər hallarda ümumi olur və əsasən aşağıdakı mərhələləri əhatə edir:
konsepsiyanın formalaşdırılması;
texniki tapşırığın tərtib edilməsi;
layihələndirmə;
hazırlama;
sazlama və testləmə;
sistemin istismara verilməsi;
sistemin müşayiət edilməsi.
2-ci və 3-cü mərhələləri adətən sistem layihələndirməsi, 4-cü, 5-ci və 6-cı mərhələləri isə reallaşdırma adlandırırlar.
|
| |