• İS-in həyat dövrünün prosesləri ISO/IEC 12207 standartına görə həyat dövrü 3 qrup proseslərə
  • Həyat dövrünün əsas prosesləri
  • )İnformasiya sisteminin həyat dövrü




    Download 0,62 Mb.
    bet30/32
    Sana15.05.2024
    Hajmi0,62 Mb.
    #234249
    TuriMücərrəd
    1   ...   24   25   26   27   28   29   30   31   32
    Bog'liq
    İT İMTAHAM cavablar

    27)İnformasiya sisteminin həyat dövrü
    Həyat dövrü informasiya sisiteminin layihələndirmə metodologiyasının baza anlayışlarından biridir. İnformasiya sisteminin həyat dövrü onun hazırlanması haqqında qərar qəbul edilmə anından istismardan silinməsi anına qədər davam edən fasiləsiz prosesi əhatə edir.
    İnformasiya sisteminin həyat dövrünü tənzimləyən ISO/IEC 12207 beynəlxalq standart mövcuddur. (Burada ISO- İnternational Organization of Standartization - Standartlaşma üzrə Beynəlxalq Təşkilat, IEC – İnternational Electrotechnical Commission – Elektrotexnika üzrə Beynəlxalq Komissiya deməkdir). ISO/IEC 122207 standartı informasiya sistemnin yaradılması zamanı yerinə yetirilən prosesləri, əməliyyatları və məsələləri əks etdirən həyat dövrünün strukturunu təyin edir.
    İS-in həyat dövrünün prosesləri
    ISO/IEC 12207 standartına görə həyat dövrü 3 qrup proseslərə əsaslanır:

    • həyat dövrünün əsas prosesləri (alınma, tədarük, qurulma, istismar, müşayiət);

    • əsas proseslərin yerinə yetirilməsini təmin edən köməkçi proseslər (sənədləşdirmə, konfiqurasiyanın idarə olunması, kefiyyətin təmini, verifikasiya, attestasiya, qiymətləndirmə, audit, problemlərin həlli);

    • təşkilatı proseslər (layihənin idarə olunması, layihənin infrastrukturunun yaradılması, həyat dövrünün təyini, qiymətləndirilməsi və yaxşılaşdırılması, öyrətmə).

    Bu proseslərə ətraflı baxaq
    Həyat dövrünün əsas prosesləri
    Həyat dövrünün əsas proseslərindən ən vacibləri sistemin qurulması, istismarı və müşayiət edilməsidir. Hər bir proses müəyyən məsələlər və onların həll yolları ilə, ilkin verilənlərlə və nəticələrlə xarakterizə olunur.

    Qurulma prosesi konsepsiyanın formalaşdırılması, texniki tapşırığın tərtibi, layihələndirmə, hazırlama, sazlama və testləmə mərhələlərini əhatə edir. Qurulma prosesinə həmçinin layihə və istismar sənədlərinin tərtib edilməsi, yaradılan proqram məhsullarının testlənməsi və heyyətin öyrədilməsi üçün lazımi materialların hazırlanması da daxildir.
    İstismar prosesi əsas və hazırlıq xarakterli iki növ işləri əhatə edir. Hazırlıq işlərinə aiddir:

    • istifadəçilərin iş yerlərinin təşkili;

    • istifadəçilərin istismar sənədləri və təlimatlarla təmin edilməsi;

    • heyyətin öyrədilməsi.

    Əsas işlərə aiddir:

    • sistemin bilavasitə istismarı;

    • pozuntuların müəyyənləşdirilməsi və onları yaradan səbəblərin aradan qaldırılması;

    • proqram təminatının modifikasiyası;

    • sistemin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması;

    • sistemin inkişafı və yeniləşdirilməsi.



    Download 0,62 Mb.
    1   ...   24   25   26   27   28   29   30   31   32




    Download 0,62 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    )İnformasiya sisteminin həyat dövrü

    Download 0,62 Mb.