|
Fənn: İnformasiya texnologiyası İmtahan sualları 1 it fənninin əsas anlayışları
|
bet | 29/32 | Sana | 15.05.2024 | Hajmi | 0,62 Mb. | | #234249 | Turi | Mücərrəd |
Bog'liq İT İMTAHAM cavablarSazlama və testləmə
İnformasiya sistemi proqram məhsulu olduğu üçün, onun yaradılmasında proqram vasitələrinin sazlanması və testlənməsi mühüm rol oynayır. Bu işləri İS-in hazırlanma mərhələsində də yerinə yetirmək olar. Lakin onların ağırlığını və yerinə yetirilmə xüsusiyyətlərini nəzərə alaraq sazlama və testləməni bir mərhələ kimi ayırırlar. Bu mərhələdə aşağıdakılar yerinə yetirilir:
ayrı-ayrı proqram modullarının sazlanması və testlənməsi;
funksional proqram qruplarının( altsistemlərin) sazlanması və testlənməsi;
altsistemlərin inteqrasiyası və sistemin bütövlükdə sazlanması və testlənməsi.
Sistemin istismara verilməsi
Bu mərhələdə real şəraitdə sistemin sınaq istismarı yerinə yetirilir, tam istismara hazırlıq işləri görülür və sifarişçi ilə layihənin nəticələri haqda danışıqlar aparılır. Mərhələdə əhatə olunan əsas işlər bunlardır:
İS-in fəaliyyət göstərəcəyi real şəraitdə sınaq istismarı;
yaradılan sistemin istismarı üçün kadrların hazırlanması;
işçi sənədlərin hazırlanması, sistemin sifarişçiyə təqdim edilməsi və istismara verilməsi;
layihənin nəticələrinin qiymətləndirilməsi və yekun sənədlərin hazırlanması;
mübahisəli halların aradan qaldırılması və layihə işlərinə yekun vurulması.
Sistemin müşayiət edilməsi
Qeyd olunduğu kimi, İS əsasən proqram məhsulu olduğundan, istismara verildikdən sonra müəyyən müddət ərzində (6 aydan 2 ilə qədər) icraçı tərəfindən müşayiət olunmalıdır. Bu mərhələdə aşağıdakı işlər görülür:
sistemin sifarişçinin tələblərinə tam cavab verməsinə nəzarət edilməsi;
aşkarlanan pozuntuların icraçı tərəfindən aradan qaldırılması;
istismar müddəti ərzində sifarişçi tərəfindən yeni fikirlər və tapşırıqlar irəli sürüldükdə onların təhlil edilməsi;
yığılan təcrübə və alınan yeni təkliflər əsasında sistemin təkmilləşdirilməsi və inkişaf istiqamətlərinin təyin edilməsi.
|
| |