• Köməkçi proseslər
  • Təşkilati proseslər
  • Fənn: İnformasiya texnologiyası İmtahan sualları 1 it fənninin əsas anlayışları




    Download 0,62 Mb.
    bet31/32
    Sana15.05.2024
    Hajmi0,62 Mb.
    #234249
    TuriMücərrəd
    1   ...   24   25   26   27   28   29   30   31   32
    Bog'liq
    İT İMTAHAM cavablar

    Müşayiət prosesi yuxarıdakı işlərlə yanaşı sistemə texniki xidmətin təşkilini də əhatə edir. Sistemə kefiyyətli texniki xidmət göstərmək üçün bu işə təkcə gündəlik inzibatçılıq məsələlərinin həlli ilə məşğul olanlar deyil, həmçinin qəza və pozuntu hallarında sistemin işini tez bərpa edə bilən yüksək səviyyəli mütəxəssislər cəlb edilməlidir.
    Köməkçi proseslər
    Köməkçi proseslər icərisində əsas yeri konfiqurasiyanın idarə olunması tutur. Hər biri müstəqil hazırlanan və müxtəlif variantlarla reallaşdırılan çoxlu sayda komponentdən ibarət olan mürəkkəb informasiya sisteminin yaradılmasında bu komponentlərin funksiyalarını və əlaqələrini nəzərə almaqla vahid strukturun qurulması və sistemin bütövlükdə işinin və inkişafının təminatı problemi qarşıya çıxır. Konfiqurasiyanın idarə olunması İS-in həyat dövrünün bütün fazalarında komponentlərdə dəyişikliklər edilməsini sistematik olaraq nəzərə almağa və nəzarət etməyə yönəlir.
    Təşkilati proseslər
    Layihənin idarə olunması lazımı işlərin planlaşdırılması və təşkili, yaradıcı kollektivin formalaşdırılması, görülən işlərin vaxtına və kefiyyətinə nəzarətlə bağlıdır. Layihənin texniki və təşkilati təminatı aşağıdakıları əhatə edir:

    • layihənin reallaşdırılması üçün metodların və instrumental vasitələrin seçilməsi;

    • layihənin işlənməsinin aralıq vəziyyətlərinin öyrənilməsi və qiymətləndirilməsi;

    • yaradılmış proqram təminatının sınaqdan keçirilməsi üçün metod və vasitələrin hazırlanması;

    • heyyətin öyrədilməsi.

    Layihənin kefiyyətinin təminatı sistemin komponentlərinin verifikasiyası, yoxlanması və testlənməsi ilə bağlıdır.
    Verifikasiya - baxılan mərhələdə layihənin işlənməsinin cari vəziyyətinin mərhələnin tələblərinə uyğunluğunun təyin edilməsi prosesidir.
    Yoxlama – işlənib hazırlanan sistemin parametrlərinin ilkin tələblərə uyğunluğunun təyin edilməsi prosesidir. Yoxlama qismən testləmə ilə uyğun gəlir. Testləmə real və gözlənilən nəticələr arasındakı fərqi və İS-in xarakteristikalarının ilkin tələblərə uyğunluğunu təyin etmək məqsədilə aparılır.


    Download 0,62 Mb.
    1   ...   24   25   26   27   28   29   30   31   32




    Download 0,62 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Fənn: İnformasiya texnologiyası İmtahan sualları 1 it fənninin əsas anlayışları

    Download 0,62 Mb.