|
Fənn: İnformasiya texnologiyası İmtahan sualları 1 it fənninin əsas anlayışları
|
bet | 22/32 | Sana | 15.05.2024 | Hajmi | 0,62 Mb. | | #234249 | Turi | Mücərrəd |
Bog'liq İT İMTAHAM cavablar22)Çoxsəviyyəli arxitekturalar.
Çoxsəviyyəli arxitektura
Çoxsəviyyəli arxitektura kliyent-server arxitekturasının inkişafı nəticəsində yaranmış və klassik formada 3 səviyyədə təşkil olunur:
aşağı səviyyə - kliyentlərin tətbiqlərini (sorğular və interfeyslər) əhatə edir və təsvir vasitələrindən (PS), təsvir məntiqindən (PL) və orta səviyyədəki tətbiqi çağırmaq üçün proqram interfeysindən ibarət olur;
orta səviyyə - tətbiq serverindən ibarətdir. Burada tətbiqi məntiq (BL) yerinə yetirilir və verilənlərin emalı məntiqi (DL) verilənlər bazası ilə əməliyyatları yerinə yetirir;
yuxarı səviyyə - verilənlərin emalı xidmətini (DS) və fayl əməliyyatlarını (FS) yerinə yetirən VB-nin uzaq məsafəli xüsusi serverindən ibarət olur.
F unksiyaların 3 səviyyədə bölüşdürülməsi çoxsəviyyəli arxitekturalı şəbəkə informasiya sisteminin tipik variantıdır. Hər səviyyəyə uyğun funksiya ayrıca kompüterdə reallaşdırılır. Şəkildə göstərilmiş belə modelə başqa adla tətbiq serveri modeli və ya AS-model (Application Server-Model) deyilir.
AS modelinin mərkəzi qovşağı tətbiq serveridir. Burada bir neçə tətbiqi funksiya reallaşdırılır və bunlardan hər biri ayrıca xidmət kimi tərtib olunur. Tətbiq serveri bir neçə ola bilər və bu halda onlardan hər biri öz xidmətini təqdim edir. Tətbiq serverindən xidmət tələb edən istənilən proqram onun üçün kliyent rolunu oynayır. Tətbiq serverinə kliyentdən daxil olan sorğular növbəyə qoyulur və müəyyən qayda ilə (məsələn, üstünlük dərəcəsinə görə) seçilib yerinə yetirilir.
3-cü (aşağı) səviyyədə təsvir funksiyalarını yerinə yetirən və tətbiq serveri üçün kliyent rolunda çıxış edən komponent adi hala nisbətən bu modeldə daha geniş məna daşıyır. O, istifadəçi ilə interfeysin təşkili üçün, məsələn, istifadəçi – şəxsdən, qurğudan, vericidən veriələnlərin qəbulu üçün istifadə oluna bilər və ya istənilən proqram ola bilər.
Üçsəviyyəli arxitekturanın üstünlüyü onun çevikliyindən və tətbiq funksiyalarının bir-birindən asılı olmayan 3 hissəyə bölünməsinin nəticəsi kimi özünü göstərən universallıqdan ibarətdir. Bir çox hallarda bu arxitektura ikisəviyyəli arxitekturadan daha səmərəli hesab olunur. 3 səviyyəli arxitekturanın çatışmazlığı 2 səviyyəli arxitekturaya nisbətən tətbiq komponentləri arasında informasiya mübadiləsinə daha çox resursun tələb olunmasıdır.
Üçsəviyyəli arxitekturanın reallaşdırılması üçün proqram vasitələri nisbətən yeni hesab olunurlar. Bu vasitələr əsasən UNİX mühiti üçün hazırlanır. Lakin son vaxtlar Windows mühiti üçün də bu cür proqram vasitələri yaradılmağa başlanmışdır. Bu vasitələrə misal olaraq BEA WebLogic Server, Inprise Application Server, IBM Web Sphere Application Server məhsullarını göstərmək olar.
|
| |