|
)İS-nin strukturu: Riyazi və proqram təminatı
|
bet | 18/32 | Sana | 15.05.2024 | Hajmi | 0,62 Mb. | | #234249 | Turi | Mücərrəd |
Bog'liq İT İMTAHAM cavablar17)İS-nin strukturu: Riyazi və proqram təminatı
Riyazi və proqram təminatı
Riyazi və proqram təminatı İS-in məqsədlərini və vəzifələrini reallaşdırmaq, həmçinin texniki vasitələr kompleksinin normal fəaliyyətini təmin etmək üçün riyazi metodlar, modellər, alqoritmlər və proqramlar toplusudur.
Riyazi təminat vasitələrinə aşağıdakılar aiddir:
idarəetmə və informasiya proseslərinin modelləşdirilməsi vasitələri;
tipik idarəetmə məsələləri;
riyazi proqramlaşdırma, riyazi statistika, kütləvi xidmət, çoxluqlar və qeyri-səlis çoxluqlar nəzəriyyələri
və s.
Proqram təminatına
ümumsistem proqram vasitələri
xüsusi proqram vasitələri
proqram sənədləri aiddir.
Ümumsistem proqram təminatı kompüterin və əməliyyat sisteminin funksional imkanlarını artıran, verilənlərin emalı prosesinin idarə edilməsi və nəzarət funksiyalarını yerinə yetirən, informasiyanın təhlükəsizliyini təmin edən və s. proqramlar kompleksindən ibarətdir.
Xüsusi proqram təminatı konkret informasiya sisteminin reallaşdırılması üçün proqramlar kompleksindən ibarətdir. Bu kompleksə sistemin informasiya bazasının qurulması və idarə olunması, istifadəçilərin reqlamentli və ixtiyari sorğularının emalı və çıxış informasiyasının (hesabatların) formalaşdırılması və s.funksiyaları yerinə yetirən proqramlar daxildir.
Proqram sənədlərində həll olunan məsələlərin təsviri , alqoritmləşdirmə üçün tapşırıqlar, məsələlərin iqtisadi-riyazi modelləri, ayrı-ayrı proqram komponentlərinin funksiyaları və xarakteristikaları, onlarla işləmək üçün təlimatlar və s. əks olunur.
18)İS-nin strukturu: İnformasiya təminatı
İnformasiya təminatı
İnformasiya təminatı altsisteminin vəzifəsi sistemi vaxtında və lazımi informasiya ilə təmin etməkdir.
Bu altsisetm
informasiyanın qəbul olunmuş üsullarla təsnifatı və kodlaşdırılması,
sənədləşdirmənin unifikasiya edilməsi,
müəssisədə dövr edən informasiya axınlarına uyğun sxemlər və verilənlər bazalarının qurulma metodologiyası əsasında yaradılır.
|
| |