|
)İnformasiya sisteminin ümumi strukturu
|
bet | 17/32 | Sana | 15.05.2024 | Hajmi | 0,62 Mb. | | #234249 | Turi | Mücərrəd |
Bog'liq İT İMTAHAM cavablar15)İnformasiya sisteminin ümumi strukturu
İnformasiya sisteminin ümumi strukturu
Miqyasından, informasiya resurslarının xarakterindən və tətbiq sahəsindən asılı olmayaraq istənilən tip informasiya sisteminin ümumiləşdirilmiş strukturunu şəkildəki kimi təsvir etmək olar. Göründüyü kimi, informasiya sistemi altsistem adlanan bir necə hissədən ibarətdir.
Altsistem ümumi sistemin müəyyən əlamətə görə ayrılmış bir hissəsidir. Altsistemlər informasiya sisteminin bütövlükdə fəaliyyətinin təmin edilməsinə xitmət edirlər.
O dur ki, onlara təminedici altsistemlər deyilir.
Həmin altsistemlərə
texniki,
riyazi,
proqram,
informasiya,
təşkilati və
hüquqi təminat
altsistemləri aiddir.
16. İS-nin strukturu: Texniki təminat
Texniki təminat
Texniki təminat –informasiya sisteminin işləməsinə xidmət edən texniki vasitələr kompleksindən və həmcinin həmin vasitələr və texnoloji proseslər ücün uyğun sənədlərdən ibarətdir.
Texniki vasitələr kompleksinə aşağıdakılar daxildir:
hər hansı modelə aid kompüterlər;
informasiyanın toplanması, saxlanması, emalı, ötürülməsi və əks etdirilməsi ücün qurğular;
kommunikasıya vasitələri (informasiyanı ötürən və qəbul edən qurğular və rabitə kanalları);
təşkilati-texniki vasitələr;
istismar materialları
və s.
Səndlərdə texniki vasitələrin
ilkin secimi,
onların istismarının təşkili,
verilənlərin emalının texnologiyası,
texnoloji təchizat
kimi məsələlər öz əksini tapır.
Sənədləri şərti olaraq 3 qrupa bölmək olar:
texniki təminata aid dövlət və sahə standartlarını əhatə edən ümumsistem sənədləri;
texniki təminatın həyata keçirilməsinin bütün mərhələlərinə aid metodikanı əhatə edən xüsusi sənədlər;
texniki təminata aid hesabatların aparılmasında istifadə olunan normativ-arayış sənədləri.
Texniki təminatın təşkilində əsasən 2 formadan istifadə olunur:
Mərkəzləşdirilmiş
qismən və ya tam mərkəzləşdirilməmiş.
Mərkəzləşdirilmiş texniki təminat böyük kompüterlərdən və hesablama mərkəzlərindən istifadə olunmasına əsaslanır.
Mərkəzləşdirilməmiş texniki təminatda isə funksional altsistemlərin bilavasitə istifadəçilərin iş yerlərində quraşdırılmış fərdi kompüterlərdə reallaşdırılması nəzərdə tutulur.
Daha təkmil və müasir yol texniki təminatın kompüter şəbəkələri bazasında qismən mərkəzləşdirilməmiş formada təşkilidir.
Bu halda İS-in texniki təminatı bütün funksional altsistemlər üçün ümumi xarakter daşıyan verilənlər bazalarını saxlayan böyük kompüterlərdən (meyn-freymdən) və ayrı-ayrı funksional altsisemlərdə quraşdırılmış və onlara aid verilənlərin saxlanması və emalı üçün istifadə olunan fərdi kompüterlərdən və kommunikasiya vasitələrindən ibarət olur.
|
| |