|
Şəkil.
Miqyasına görə informasiya sistemlərinin təsnifatı 12)
|
bet | 13/32 | Sana | 15.05.2024 | Hajmi | 0,62 Mb. | | #234249 | Turi | Mücərrəd |
Bog'liq İT İMTAHAM cavablarŞəkil.
Miqyasına görə informasiya sistemlərinin təsnifatı 12)
Lokal informasiya sistemləri
Lokal informasiya sistemi adətən şəbəkəyə qoşulmayan bir fərdi kompüterdə reallaşdırılır.
Bu cür sistem ümumi informasiya bazasından istifadə edən bir neçə tətbiqə malik ola bilər.
Sistem istənilən anda bir istifadəçiyə və ya vaxt bölgüsü ilə bir işçi yerində işləyən bir neçə istifadəçiyə xidmət edir.
Bu cür tətbiqlər çox vaxt verilənlər bazalarının (VB) lokal və ya stolüstü idarəetmə sistemləri (VBİS) vasitəsilə əldə edilir.
Ən çox istifadə olunan (yaxud olunmuş) lokal VBİS-ə
dBase,
Clipper,
FoxPro,
Paradox,
Access
sistemləri aiddir.
Qrup informasiya sistemləri
Qrup informasiya sistemi müəyyən işçi qrupun üzvləri tərəfindən kollektiv istifadə olunması üçün nəzərdə tutulur və əksər halda lokal kompüter şəbəkəsində yaradılır.
Bu cür tətbiqlərdə işçi qruplar üçün SQL serverlər adlanan verilənlər bazalarının serverlərindən istifadə olunur.
Həm kommersiya, həm də müstəqil xarakterli çoxlu sayda müxtəlif SQL-serverlər mövcuddur.
Onlara misal olaraq
MySQL,
DB 2,
Oracle,
Microsoft(MS) SQL Server,
InterBase,
Sybase,
İnformix və s.
göstərmək olar.
Korporativ informasiya sistemləri
işçi qruplar üçün İS-in inkişafı nəticəsində yaradılmış və məsafəya görə səpələnmiş qovşaqlarla və şəbəkələrlə xarakterizə olunan iri kompaniyalar üçün nəzərdə tutulur.
Bu cür sistemlər əksər halda bir neçə səviyyəli iyerarxik struktura malik olub, kliyent-server və ya çoxsəviyyəli arxitektura ilə qurulurlar.
Onların reallaşdırılmasında qrup İS-də tətbiq edilən verilənlər bazalarının serverlərindən istifadə oluna bilər.
İri korporativ İS-də daha çox
Oracle,
DB2
MS SQL Server
kimi VBİS-lərdən istifadə olunur.
Qrup və korporativ informasiya sistemlərinin fəaliyyətinə və verilənlərin mühafizəsinə daha ciddi tələblər qoyulur.
|
| |