|
Fənn: İnformasiya texnologiyası İmtahan sualları 1 it fənninin əsas anlayışları
|
bet | 12/32 | Sana | 15.05.2024 | Hajmi | 0,62 Mb. | | #234249 | Turi | Mücərrəd |
Bog'liq İT İMTAHAM cavablarStrateji idarəetmə təşkilatın üzünmüddətli strateji məqsədlərinə nail olmasına yönələn idarəetmə qərarlarının hazırlanmasını təmin edir.
Qəbul edilən qərarların nəticələri uzun müddət keçdikdən sonra özlərini biruzə verdiklərindən, bu səviyyədə strateji planlaşdırma böyük əhəmiyyət kəsb edir.
Odur ki, idarəetmənin bu səviyyəsini çox vaxt strateji və ya uzunmüddətli planlaşdırma adlandırırlar.
Bu səviyyədə qəbul edilən qərarların düzgünlüyü aylar və bəzən illər keçəndən sonra təsdiq oluna bilər.
İdarəetmə qərarlarının qəbulunda məsuliyyət təkcə riyazi və xüsusi aparatın köməyilə aparılan analizin nəticələri ilə deyil, menecerlərin professional intuisiyaları ilə də təyin olunur.
Göstərilən səviyyələrdə idarəetmə funksiyarını müxtəlif peşə dərəcələrinə malik olan mütəxəssislər və menecerlər yerinə yetirirlər.
Onlar öz sahələri üzrə həll olunası problemləri, məsələləri və funksiyaları təyin etmək üçün informasiya sisteminin layihələndirilməsi və tətbiqi mərhələlərində fəal iştirak etməlidirlər.
Qeyd etmək lazımdır ki, İS özü-özlüyündə gəlir gətirmir, lakin gəlirin alınmasına imkan yaradır.
O baha başa gələ bilər və əgər, onun strukturu və istifadə olunma strategiyası ətraflı ölçülüb-biçilməyibsə, xeyirsiz ola bilər.
İS-in tətbiqi istifadəçiləri, idarəetmə heyyətini vaxtında və lazımi informasiya ilə təmin edə bilirsə, idarəetmənin keyfiyyəti artır, firmanın işi yaxşılaşır və bu da son nəticədə iqtisadi səmərəyə gətirir.
İşçilərin funksiyaları avtomatlaşdırıldığından, onların sayını azaltmaq olar.
Odur ki, İS tətbiq edilən firma və təşkilatlarda rəhbərlik bu amili nəzərə almalı, sosial və psixoloji siyasəti düzgün seçməlidir.
11)İnformasiya sistemlərinin təsnifatı
12)İS-nin miqyasina görə təsnifatı
13)IS-nin resurslarına görə təsnifatı
3-ü 1 də sual
İnformasiya sistemləri müxtəlif əlamətlərə görə sinifləşdirilir. Ən çox istifadə olunan təsnifat üsullarına baxaq.
Miqyasına görə təsnifat 12)
İnformasiya resurslarının xarakterinə görə təsnifatı 13)
Miqyasına görə informasiya sistemlərini aşağıdakı qruplara bölürlər:
lokal İS,
qrup İS,
korporativ İS
|
| |