• 7),8) İnformasiya Sistemi (İS) nədir Ümumi məlumat ), İnformasiya sisteminin xasseleri və yerinə yetirilən proseslər)
  • 7-ə aid) İnformasiya sistemi aşağıdakı xassələrlə səciyyələnir
  • 10) Idarəetmə strukturunun İS-də rolu.
  • -ci mərhələ (90-cı ildən başlayaraq)-




    Download 0,62 Mb.
    bet10/32
    Sana15.05.2024
    Hajmi0,62 Mb.
    #234249
    TuriMücərrəd
    1   ...   6   7   8   9   10   11   12   13   ...   32
    Bog'liq
    İT İMTAHAM cavablar

    5-ci mərhələ (90-cı ildən başlayaraq)- «yeni» informasiya texnologiyası. Əsas instrumentari kimi müxtəlif təyinatlı geniş çeşidli proqram məhsulları ilə təmin edilmiş fərdi kompüterlərdən istifadə olunur. Bu mərhələdə mütəxəssislər tərəfindən qərar qəbuletmənin təminatı sistemlərinin qurulması ilə avtomatlaşdırılmış idarəetmə sistemlərinin fərdiləşməsi prosesi baş verir. Bu cür sistemlər idarəetmənin müxtəlif səviyyələri üçün məzmunlu analiz və intellekt elementlərinə malik olub, fərdi kompüterlərdə reallaşdırılır və telekommunikasiyadan istifadə edirlər.
    Mikroprosessor bazasına keçidlə əlaqədar olaraq, məişət, mədəniyyət və digər təyinatlı texniki vasitələr də əhəmiyyətli dərəcədə dəyişilir. Müxtəlif sahələrdə lokal və qlobal kompüter şəbəkələrindən, o cümlədən, İnternet şəbəkəsindən geniş istifadə olunur.
    7),8) İnformasiya Sistemi (İS) nədir? Ümumi məlumat ),
    İnformasiya sisteminin xasseleri və yerinə yetirilən proseslər)
    8-ə aid) İnformasiya sisteminin xassələri və yerinə yetirilən proseslər
    İstənilən təyinatlı informasiya sistemindəki prosesləri və onların yerinə yetirilmə ardıcıllığını şəkildə kimi göstərmək olar.

    Bu proseslərə aşağıdakılar aiddir:



    • xarici və ya daxili mənbələrdən informasiyanın daxil edilməsi;

    • informasiyanın kompüterin xarici yaddaşında saxlanması;

    • istifadəçilərin sorğularına uyğun informasiyanın axtarışı;

    • tapılan informasiyanın emal edilməsi və əlverişli formada təsvir edilməsi;

    • informasiyanın istifadəçilərə və ya digər sistemə çatdırılması üçün xaric edilməsi;

    • əks əlaqə:

    əgər alınan nəticədə informasiya istifadəçini təmin etmirsə, onun təklifi ilə daxil edilən informasiyada, sorğuda, informasiyanın saxlanma sxemində, axtarışında və emalında düzəlişlər edilə bilər.
    7-ə aid) İnformasiya sistemi aşağıdakı xassələrlə səciyyələnir:
    istənilən İS-in analizi, qurulması və idarə edilməsi sistemlərin yaradılmasının ümumi prinsipləri əsasında yerinə yetirilir;
    İS dinamiki və inkişaf edən sistemdir;
    İS-in qurulmasında sistemli yanaşmadan istifadə olunur;
    İS-in çıxış məhsulu qərarların qəbul edilməsi üçün istifadə edilən informasiyadır;
    İS «insan-maşın» tipli verilənlərin emalı sistemidir
    Baxmayaraq ki, ümumi halda İS-in kompütersiz variantı da ola bilər, müasir informasiya sistemlərinin demək olar ki, hamısı kompüter texnikası əsasında reallaşdırılır.
    İnformasiya sisteminin işini anlamaq üçün onun həll etdiyi problemin mahiyyətini və həmçinin hansı təşkilatı proseslərə qoşulduğunu bilmək lazımdır. Məsələn, qərarların qəbulunun təminatı üçün qurulan informasiya sisteminin imkanlarını təyin edəndə aşağıdakıları nəzərə almaq lazımdır:

    • həll olunan idarəetmə məsələlərinin strukturlaşdırılması;

    • firmanın idarə edilməsi iyerarxiyasının hansı səviyyəsində qərar qəbuletmə aparılır;

    • həll olunan məsələlərin hansı funksional bölmələrə aid olması;

    • istifadə olunan informasiya texnologiyasının növü.

    • İnformasiya sistemi ilə işləmə texnologiyası kompüter sahəsini bilməyən mütəxəssislər tərəfindən asan mənimsənilir və professional fəaliyyət proseslərinə nəzarət edilməsi və onların idarə olunması üçün müvəffəqiyyətlə istifadə oluna bilər.

    İnformasiya sisteminin tətbiqi aşağıdakıları əldə etməyə imkan verir:

    • riyazi və süni intellekt metodlarının tətbiqi sayəsində idarəetmə məsələlərinin həllinin daha səmərəli variantlarının alınması;

    • avtomatlaşdırma sayəsində işçilərin atil işlərdən azad edilməsi;

    • informasiyanın həqiqiliyinin təmin edilməsi;

    • kağız daşıyıcıları əvəzinə verilənlərin kompüterdə emalının səmərəli təşkilini təmin edin maqnit və kompakt disk daşıyıcılarından, fleş yaddaşdan istifadə edilməsi;

    • firmada informasiya axınlarının strukturunun və sənəd dövriyyəsinin təkmilləşdirilməsi;

    • məhsul istehsalına və xidmətlərin göstərilməsinə qoyulan xərclərin azaldılması;

    • istifadəçilərə lazımi informasiya xidmətinin göstərilməsi;

    • yeni bazar münasibətlərinin qurulmasına kömək edilməsi;

    • müxtəlif güzəştlər və xidmətlər sayəsində firmaya alıcıların və tədarükçilərin cəlb edilməsi.

    10) Idarəetmə strukturunun İS-də rolu.
    Hər hansı bir təşkilat üçün informasiya sisteminin yaradılması və istifadə olunması zamanı aşağıdakılar nəzərə alınmalıdır:

    1. İS-in strukturu və onun funksional təyinatı təşkilat qarşısında qoyulan məqsədlərə uyğun olmalıdır. Məsələn, kommersiya firmasında-səmərəli biznes, dövlət müəssisəsində-sosial və iqtisadi məsələlərin həlli.

    2. İnformasiya sistemi insanlar tərəfindən nəzarət edilməli, başa düşülməli və uyğun sosial və etik prinsiplərlə istifadə olunmalıdır.

    3. İS gerçək, etibarlı, müasir və sistemləşdirilmiş informasiya istehsal etməlidir.

    Göstərilənlərin nəzərə alınması üçün İS-i qurmazdan əvvəl təşkilatın strukturunu, funksiyalarını, siyasətini, idarə olunmanın məqsədlərini, qəbul edilən qərarları, komüter texnologiyasının imkanlarını öyrənib başa düşmək lazımdır. İstismara verilən İS təşkilatın bir hissəsinə çevrilir.
    İS-in yaradılmasına təşkilatın idarə strukturunun analizindən başlanır.
    Təşkilatın bütün bölmələrinin işinin koordinasiyası müxtəlif səviyyəli idarəetmə orqanları vasitəsilə aparılır.
    «İdarəetmə» dedikdə

    • təşkilatı,

    • plan,

    • uçot,

    • analiz,

    • nəzarət,

    • stimullaşdırma

    kimi funksiyaların reallaşdırılması şəraitində qarşıya qoyulan məqsədin təmin edilməsi başa düşülür.
    Son illər idarəetmə sahəsində

    • «qərar qəbuletmə» anlayışından və onunla əlaqəli

    • qərar qəbuletmə sistemləri,

    • metodları və vasitələri

    anlayışlarından çox istifadə olunur.
    Qarar qəbuletmə

    • situasiyanın analizinə,

    • məqsədin təyin edilməsinə

    • və bu məqsədə nail olma proqramına əsaslanaraq

    idarə olunan obyektə məqsədyönlü təsiretmə aktıdır.
    İstənilən təşkilatın idarəetmə strukturu 3 səviyyədən ibarət olur:

    • operativ,

    • funkisonal

    • və strateji.


    Download 0,62 Mb.
    1   ...   6   7   8   9   10   11   12   13   ...   32




    Download 0,62 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    -ci mərhələ (90-cı ildən başlayaraq)-

    Download 0,62 Mb.