Fənn: İnformasiya texnologiyası İmtahan sualları 1 it fənninin əsas anlayışları




Download 0,62 Mb.
bet11/32
Sana15.05.2024
Hajmi0,62 Mb.
#234249
TuriMücərrəd
1   ...   7   8   9   10   11   12   13   14   ...   32
Bog'liq
İT İMTAHAM cavablar

İdarəetmə səviyyəsi (idarəetmə fəaliyyətinin növü) həll olunan məsələlərin mürəkkəbliyi ilə təyin olunur.Məsələ mürəkkəbləşdikcə onun həll üçün idarəetmə səviyyəsi də yüksək olmalıdır.Həlli dərhal (operativ) tələb olunan sadə məsələlər daha çox yaranır, odur ki, onlar üçün idarəetmə səviyyəsi daha aşağı olmalıdır.Bu səviyyədə operativ qərarlar qəbul edilir. İdarəetmədə həmçinin qəbuledilən qərarların reallaşdırılma dinamikası nəzərə alınmalıdır.Bu da idarəetməyə vaxt amili nöqteyi-nəzərindən baxmağı tələb edir.
Şəkildə səlahiyyətlərin, məsuliyyətin, məsələlərin mürəkkəbiyinin artma dərəcəsi və qərarların qəbuletmə dinamikası ilə uyğunlaşdırılan səviyyəli idarəetmə strukturu əks etdirilmişdir
İdarəetmənin səviyyələri

Şəkil. Üç səviyyəli idarəetmə strukturu
İdarəetmənin operativ səviyyəsi dəfələrlə təkrarlanan məsələlərin və əməliyatların həllini və cari informasiyanın dəyişməsinə cəld reaksiya verilməsini təmin edir.Bu səviyyədə həm yerinə yetirilən əməliyyatların həcmi, həm də idarəetmə qərarlarının qəbulunun dinamikası yüksək olur.Situasiyanın dəyişməsinə cəld reaksiya verilməsi tələb olunduğundan, idarəetmənin bu səviyyəsi operativ adlanır.Operativ idarəetmə səviyyəsində həll olunan məsələlərin böyük hissəsini uçot və nəzarət məsələləri təşkil edirlər.
Məsələn,

  • istehsal olunan və satılan məhsulun uçotu,

  • xammalın və materialların sərfinin uçotu,

  • mühasibat uçotu,

  • məhsulun keyfiyyətinə nəzarat və s.

Funksional (taktiki) səviyyədə operativ səviyyədə hazırlanan informasiyanın analizini tələb edən məsələlər həll olunur.
Həll olunan məsələlərin həcmi azalır, lakin mürəkkəbliyi artır.
Analizə, dərk etməyə, çatmayan məlumatın toplanmasına əlavə vaxt tələb olunduğundan, bəzən lazımi nəticəni operativ almaq mümkün olmur.
İdarəetmə, informasiyanın daxilolma anından qərarların qəbuluna və onların reallaşdırılmasına qədər və həmçinin reallaşdırma anından onlara reaksiya verilənə qədər sərf olunan vaxtla əlaqəli olur.

Download 0,62 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Download 0,62 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Fənn: İnformasiya texnologiyası İmtahan sualları 1 it fənninin əsas anlayışları

Download 0,62 Mb.