• Sənədli sistemlər
  • İnformasiya-axtarış sistemi
  • Sənəd dövriyyəsi sistemləri
  • Kargüzarlığın avtomatlaşdırılması sistemləri
  • Faktoqrafik sistemlər
  • İnformasiya resurslarının xarakterinə görə təsnifatı 13)




    Download 0,62 Mb.
    bet14/32
    Sana15.05.2024
    Hajmi0,62 Mb.
    #234249
    TuriMücərrəd
    1   ...   10   11   12   13   14   15   16   17   ...   32
    Bog'liq
    İT İMTAHAM cavablar

    İnformasiya resurslarının xarakterinə görə təsnifatı 13)
    İstifadə olunan informasiyanın xarakterinə görə informasiya sistemlərinin təsnifatı şəkildə verilmişdir.
    Göründüyü kimi, toplanan və emal olunan informasiya resurslarının xarakterinə görə informasiya sistemləri 3 sinfə bölünür:

    • sənədli,

    • Faktoqrafik

    • və sənədli-faktoqrafik sistemlər.

    Sənədli sistemlər təbii dildə ifadə olunmuş müxtəlif sənədlərlə (

    • monoqraifaylar,

    • məqalələr,

    • dövri nəşrlər,

    • normativ və hüquqi sənədlər

    • və s.

    ) işləmək üçün istifadə olunurlar. Sənədli sistemlərin tipik nümayəndəsi informasiya-axtarış sistemləridir.


    • İnformasiya-axtarış sistemi

    təbii dildə sənədlərin toplanması və müxtəlif kriterilərə görə axtarışını təmin edir. Bu cür sistemlərdən həm müəssisə (korporasiya) səviyyəsində, həm də İnternet şəbəkəsində müxtəlif tip sənədlərin toplanması, sistemləşdirilməsi və axtarışı üçün istifadə olunur.

    • Sənəd dövriyyəsi sistemləri

    müəssisə (korporasiya) daxilində sənədlərin dövriyyəsini avtomatlaşdırılmaq üçün istifadə olunur. Müəssisənin bütün funksional bölmələrinin kompüterləşdirilməsi şəraitində kompüterlərin şəbəkəsini yaratmaqla və sənədlərin elektron variantlarından istifadə etməklə, onların dövriyyəsini tam avtomatlaşdırmaq olur.

    • Kargüzarlığın avtomatlaşdırılması sistemləri

    də müəssisədə İnternet-İntranet platforması ilə qurulan kompüter şəbəkəsinin fəaliyyət göstərdiyi şəraitdə rəhbərliyin, funksional bölmələrin və işçilərin xidməti və şəxsi işlərini əhatə edən kargüzarlığın elektron sənədlərdən və elektron poçtdan istifadə edilməsilə tam avtomatlaşdırılmasına imkan verir.
    Faktoqrafik sistemlər kompüterdə verilənlərdən ibarət olan yazıların formal təsviri ilə saxlanan faktiki məlumatlarla əməliyyat aparırlar.
    Faktoqrafik informasiya sisteminin əsas funksional qovşağı verilənlər bazasının idarəetmə sistemidir.
    Faktoqrafik sistemlərdən təkcə verilənlərin saxlanması və axtarışı üçün deyil, həm də onların emalını tələb edən məsələlərin həlli üçün istifadə olunur.
    Yerinə yetirdikləri funksiyalara görə faktoqrafik sistemləri 3 qrupa bölmək olar:

    • informasiya-arayış sistemləri,

    • informasiya-idarəetmə sistemləri

    • və informasiya-məsləhət sistemləri.

    1   ...   10   11   12   13   14   15   16   17   ...   32




    Download 0,62 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    İnformasiya resurslarının xarakterinə görə təsnifatı 13)

    Download 0,62 Mb.