|
Verilənlər, aqreqasiya və müqayisənin aşağı səviyyəsini
|
bet | 3/32 | Sana | 15.05.2024 | Hajmi | 0,62 Mb. | | #234249 | Turi | Mücərrəd |
Bog'liq İT İMTAHAM cavablarVerilənlər, aqreqasiya və müqayisənin aşağı səviyyəsini, informasiya isə yuxarı səviyyələrini əhatə edir.
İnformatikada çox vaxt «informasiya» və «verilənlər» terminləri sinonim kimi işlədilir, yəni onlar arasında yuxarıda göstərilən fərq nəzərə alınmır.
Bunun səbəbi ondan ibarətdir ki, kompüterdə saxlanan və emal olunan verilənlərin informasiya daşıyıb-daşımamasının emal prosesi üçün əhəmiyyəti yoxdur. Nəticəvi verilənlərin informasiya daşımasi isə istifadəçi marağından qiymətləndirilir.
«Bilik» anlayışı da daşıdığı mənaya görə məlumat, verilənlər və informasiya anlayışlarına yaxındır.
Biliyə xas olan əsas cəhət onun müəyyən kontekstlə əlaqəli olması və həmin kontekstdə müəyyən məna (semantika) daşımasıdır. «Bilik» anlayışından süni intellektdə, o cümlədən, ekspert sistemlərində geniş istifadə olunur.
2)İnformasiya texnologiyasının növləri.
2.1) İnformasiya texnologiyaları (qeyri əsas hissə)
Texnologiya sözü yunanca «techne» (ustalıq, bacarıq) və «logos» (öyrənmə, idrak) sözlərinin birləşməsindən yaranmışdır və istehsal proseslərinin yerinə yetirilməsi üçün üsullar və vasitələr haqqında biliklər toplusunun və həmin proseslərin özlərini ifadə edir.
Material istehsalı texnologiyasında materialın ilkin vəziyyəti dəyişdirilməklə material məhsulu alınır
Neft, qaz, faydalı qazıntılar və s. tipli material resursları ilə yanaşı informasiya da cəmiyyətin vacib resurslarından biridir. Odur ki, informasiyanın emalı prosesini də material resurslarının emalı prosesinə analoji olaraq informasiya texnologiyası adlandırırlar
Beləliklə, informasiya texnoldogiyası- verilənlərin toplanması, ötürülməsi və emalı üçün metod və vasitələrdən istifadə etməklə tədqiq olunan obyektin, prosesin, hadisənin vəziyyəti haqqında informasiyanın (informasiya məhsulunun) alınması prosesidir.
Material istehsalı texnologiyasında məqsəd insanın və ya sistemin tələblərinə cavab verən məhsulun istehsalıdır. İnformasiya texnologiyasında isə məqsəd insan tərəfindən analiz edilmək və onun əsasında qərar qəbul etmək üçün informasiya istehsalıdır.
Məlumdur ki, eyni material resurslarına müxtəlif texnologiyaları tətbiq etməklə müxtəlif məmulat və məhsul almaq olar.Bu deyilən informasiyanın emalı texnologiyasına da aiddir.
Müqayisə üçün cədvəldə bu iki texnologiyanın əsas komponentləri verilmişdir.
Material və informasiya texnologiyalarının əsas komponentləri
|
Material texnologiyası
|
İnformasiya texnologiyası
|
1
|
Xammalın və materialların yığılması və ya hazırlanması
|
Verilənlərin və ya ilkin informa-siyanın toplanması
|
2
|
Material məhsulun istehsalı
|
Verilənləri emalı və nəticəvi informasiyanın alınması
|
3
|
İstehsal məhsullarının istehlakçıya çatdırılması
|
Nəticəvi informasiyanın istifadə-çilərə çatdırılması
|
|
| |