• Mutasiyalar
  • Təbii seçmə kompleksliyi nə üçün açıqlaya bilmir?




    Download 1.73 Mb.
    bet6/72
    Sana24.03.2017
    Hajmi1.73 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   72

    Təbii seçmə kompleksliyi

    nə üçün açıqlaya bilmir?


    Əvvəldə də dediyimiz kimi, təbii seçmə ilə təkamül nəzəriyyəsinin ən böyük müəmması təbii seçmə vasitəsilə canlıların yeni orqanlar və xüsusiyyətlər qazanmamasıdır. Təbii seçmə yolu ilə bir növün genetik məlumatı təkmilləşmir və beləliklə də, yeni növlərin əmələ gəlməsi açıqlana bilməz. Harvard Universitetindən paleontoloq Stefen C.Quld təbii seçmənın düşdüyü bu çıxılmaz vəziyyəti belə izah edir:

    Darvinizmin əsası bir cümlə ilə ifadə edilə bilər: “Təbii seçmə təkamül xarakterli dəyişikliyin yaradıcı gücüdür”. Kimsə seçmənın uyğun olmayanı aradan çıxarmasındakı neqativ rolunu inkar etmir. Ancaq darvinist nəzəriyyə “uyğun olanı yaratmasını” da istəyir.17

    Təbii seçmə məsələsində istifadə edilən yanıldıcı üslublardan biri də bu mexanizmin şüurlu dizayner kimi başa düşülməsidir. Lakin əslində təbii seçmənın şüuru yoxdur. Canlılar üçün nəyin yaxşı, nəyin pis olduğunu ayırd edəcək ağıla sahib deyil. Bu səbəbdən təbii seçmə kompleks quruluşa malik sistemlərin və orqanların necə mövcud olduqlarını heç vaxt açıqlaya bilməz. Sözügedən sistem və orqanlar bir çox hissənin birlikdə fəaliyyət göstərməsi ilə əmələ gəlir və bu hissələrdən tək biri olmasa və ya qüsurlu olsa, heç bir işə yaramazlar. Bu cür sistemlər “sadələşdirilməz komplekslik” kimi tərif edilən xüsusiyyətə malikdir. Məsələn, insan gözünün quruluşu sadələşdirilə bilməz, çünki bütün detalları ilə birlikdə mövcud olmadıqca öz funksiyasını yerinə yetirməz.

    Bu cür sistemi meydana gətirən şüur gələcəyi əvvəlcədən hesablayıb sadəcə ən son mərhələdə nail olunacaq faydanı əldə etmək üçün qarşısına məqsəd qoymalıdır. Təbii seçmə isə şüur və iradəyə malik mexanizm olmadığı üçün belə bir şey edə bilməz. Bu həqiqət “bir-birinin ardınca çox sayda kiçik dəyişikliklərlə kompleks orqanın əmələ gəlməsinin qeyri-mümkün olması göstərilsə, nəzəriyyəmin tamamilə mənasız olduğu sübut ediləcək”, -deyən Darvinin narahat olduğu kimi, təkamül nəzəriyyəsini süqut uğratdı.18



    Mutasiyalar


    Mutasiyalar canlı hüceyrəsinin nüvəsində yerləşən və genetik məlumat daşıyan DNT molekulunda radiasiya və ya kimyəvi təsirlər nəticəsində meydana gələn qırılmalar və ya yerdəyişmələrdir. Mutasiyalar DNT-ni təşkil edən nukleotidləri pozur və ya yerlərini dəyişdirirlər. Çox vaxt hüceyrənin təmir edə bilmədiyi ölçüdə zərər və dəyişikliklərə səbəb olurlar.

    Ona görə də mutasiya heç də canlıları daha təkmil və mükəmməl etmir. Mutasiyalar konkret olaraq zərər verirlər. Mutasiyaların səbəb olduğu dəyişikliklər ancaq Xirosima, Naqasaki və ya Çernobıldakı insanlarda olan dəyişikliklər kimidir: yəni ya ölürlər, ya da şikəst olurlar...

    Bunun səbəbi çox sadədir: DNT çox kompleks quruluşa malikdir. Bu molekula olan hər hansı təsadüfi təsir ancaq zərər verir. Amerikalı bioloq B.G.Ranqanatan bunu belə açıqlayır:

    Əvvəla, mutasiyalar təbiətdə çox nadir meydana gəlirlər. İkincisi, onlar genlərin quruluşundakı nizamlı dəyişikliklər deyil, təsadüfi dəyişikliklərdir; ona görə əsasən zərərli olurlar. Olduqca nizamlı sistem daxilindəki hər hansı bir dəyişiklik daha yaxşıya doğru deyil, daha pisə doğru olur. Məsələn, əgər bir zəlzələ bina kimi çox nizamlı quruluşa malik konstruksiyanı silkələsə, binanın skeletində təsadüfi dəyişiklik olar və bu binanı əsla təkmilləşdirməz.19

    Belə ki, bu günə qədər heç bir faydalı mutasiya nümunəsi müşahidə edilməmişdir. Bütün mutasiyaların zərərli olduğu məlum olmuşdur. İkinci dünya müharibəsindən sonra nüvə silahları nəticəsində əmələ gələn mutasiyaları tədqiq etmək üçün qurulan Atom Radiasiyasının Genetik Təsirləri Komitəsinin (Committee on Genetic Effects of Atomic Radiation) hazırladığı hesabat haqqında təkamülçü elm adamı Uarren Uiver belə deyirdi:

    Çoxları məlum olan bütün mutasiya nümunələrinin zərərli olması nəticəsi qarşısında təəccüblənəcəkdir, çünki mutasiyalar təkamül prosesinin əsasını təşkil edir. Necə olur ki, müsbət təsir – yəni canlının daha təkmil canlı növlərinə təkamüllə çevrilməsi – faktiki olaraq tamamilə zərərli olan mutasiyaların nəticəsi ola bilər?20

    İllər boyu davam etdirilən “faydalı mutasiya əmələ gətirmə” səylərinin hamısı uğursuzluqla nəticələnmişdir. Təkamülçü bioloqlar çox sürətlə çoxaldığı və mutasiyaya uğradılması asan olduğu üçün meyvə milçəkləri üzərində on illər ərzində mutasiya təcrübələri keçirdilər. Bu canlılar mümkün olan hər cür mutasiyaya milyon dəfələrlə uğradıldılar. Amma bircə faydalı mutasiya müşahidə edilmədi. Qordon Teylor bununla bağlı belə yazır:

    Bu çox təəccüblüdür, amma bir o qədər də gözdən qaçan həqiqətdir: altmış ildən bəri dünyanın hər tərəfində genetiklər təkamülü sübut etmək üçün laboratoriyalarda meyvə milçəkləri yetişdirirlər. Amma hələ də bir növün, hətta bircə fermentin belə əmələ gəlməsi müşahidə edilməmişdir.21

    Başqa bir tədqiqatçı Maykl Pitman meyvə milçəkləri üzərindəki təcrübələrin uğursuzluğunu belə ifadə edir:

    Morqan, Qoldsmit, Müller və digər genetiklər meyvə milçəyi generasiyalarını isti, soyuq, işıqlı, qaranlıq, kimyəvi və radioaktiv təsirləri olan şərtlər altında saxlamışlar. Təcrübələr nəticəsində az zərərli və ya tamamilə zərərli olan hər cür mütasiya baş vermişdir. Bəs nəticədə insan tərəfindən həyata keçirilən süni təkamül baş verdimi? Xeyr. Genetiklərin əmələ gətirdiyi məxluqların çox azı sınaq şüşələrindən kənarda həyatlarını davam etdirə bildilər. Mutantlar ölür, qısır qalır və ya əvvəlki vəziyyətlərinə yenidən qayıtma meyli göstərirdilər.22

    İnsan üçün də vəziyyət eynidir. İnsanlar üzərində müşahidə edilən bütün mutasiyalar zərərlidir. Tibb kitablarında “mutasiya nümunəsi” kimi verilən monqolizm, Daun sindromu, albinizm, cırtdanlıq kimi əqli və ya fiziki pozuntuların və ya xərçəng kimi xəstəliklərin hər biri mutasiyaların zərərli təsirlərini göstərir.

    Amerikalı patoloq Devid A.Demik mutasiyalar haqqında yazdığı elmi məqaləsində bu mövzuda belə deyir:

    Son illərdə genetik mutasiyalarla əlaqədar minlərlə insan xəstəliyi təsnif edilmişdir. Yeni nəşr edilən bir kitabda 4500 fərqli genetik xəstəlik sadalanır. Habelə molekulyar genetik analizlərdən əvvəl klinik cəhətdən tərif edilən bəzi irsi sindromların (məsələn, Marfan sindromunun) mutasiyalar nəticəsində əmələ gəlməsi məlum olmuşdur...

    Mutasiyaların əmələ gətirdiyi bütün bu xəstəliklərlə bərabər faydalı təsirləri də varmı? Məlum olan minlərlə zərərli mutasiya nümunəsi ilə bərabər, əlbəttə, bəzi müsbət nümunələri də saymaq lazımdır, əgər makrotəkamül doğrudursa. Bu müsbət nümunələr həm daha kompleks formalar əmələ gətirmək üçün, həm də çox sayda zərərli mutasiyanın dağıdıcı təsirini tarazlamaq üçün təkamülə lazım olacaqdır. Amma məsələ bu faydalı mutasiyaları tərif etməyə gəldikdə, təkamülçü bioloqlar həmişə qəribə sükut içindədirlər.23

    Təkamülçü bioloqların “faydalı mutasiya” kimi bəhs etdikləri yeganə nümunə demək olar ki, oraqvari hüceyrə anemiyası xəstəliyidir. Bu xəstəlik qanda oksigen daşıyan hemoqlobin molekulunun mutasiya nəticəsində pozulması və formasının dəyişməsiylə baş verir. Bunun nəticəsində də hemoqlobinin oksigen daşıma qabiliyyəti ciddi şəkildə zərər görür. Oraqvari hüceyrə anemiyası xəstəliyinə tutulan insanlar bu səbəbdən getdikcə artan tənəffüs çətinliyindən əziyyət çəkirlər. Tibb kitablarının qan xəstəlikləri bölməsində bəhs edilən bu mutasiya nümunəsi yuxarıda qeyd etdiyimiz kimi, bəzi təkamülçü bioloqlar tərəfindən çox qəribə şəkildə “faydalı mutasiya” kimi dəyərləndirilir. Bu xəstəliyə tutulan şəxslərin malyariya xəstəliyinə qarşı qismən immunitetlərinin olmasının təkamülün bu şəxslərə “hədiyyəsi” olduğu deyilir. Əgər bu məntiqlə düşünülsə, genetik cəhətdən şikəst doğulan insanların, yolda yeriyə bilmədikləri və bunun sayəsində nəqliyyat qəzalarında ölməkdən xilas olduqlarını da demək olar və şikəst olmaq “yararlı genetik xüsusiyyət” hesab edilə bilər. Şübhəsiz, bu məntiqin heç bir tutarlı tərəfi yoxdur.

    Mutasiyaların ancaq zərərli mexanizm olması açıqdır. Fransa Elmlər Akademiyasının keçmiş rəhbəri Pier Paul Qrassenin mutasiyalar haqqında verdiyi şərh bu cəhətdən olduqca aydınlaşdırıcıdır. Qrasse mutasiyaları “yazılı mətnin surətinin köçürülməsi əsnasında edilən hərf xətaları”na bənzətmişdir. Hərf xətaları kimi mutasiyalar da məlumat əmələ gətirmir, əksinə, mövcud məlumatı pozur. Qrasse bu faktı belə açıqlamışdır:

    Mutasiyalar zaman ərzində olduqca nizamsız şəkildə meydana gəlirlər. Bir-birlərini tamamlayıcı xüsusiyyətləri və bir-birini təqib edən nəsillər üzərində müəyyən istiqamətdə müştərək təsirləri yoxdur. Mövcud olan formanı dəyişdirirlər, amma bunu tamamilə nizamsız şəkildə edirlər... Bir canlı orqanizmində çox kiçik bir nizamsızlıq əmələ gəldikdə isə ölümlə nəticələnir. Həyat faktı ilə anarxiya (nizamsızlıq) arasında heç bir mümkün uzlaşma yoxdur.24

    Elə bu səbəbdən, Qrassenin ifadəsilə “mutasiyalar nə qədər çox olsalar da, hər hansı təkamül meydana gətirmirlər”.25




    Download 1.73 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   72




    Download 1.73 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Təbii seçmə kompleksliyi nə üçün açıqlaya bilmir?

    Download 1.73 Mb.