• “hər nəsildə getdikcə qısalan və çəlimsizləşən arxa ayaqlar”
  • “xəyal qurmağı qadağan edən bir qanun yoxdur, amma elm bu işin içinə daxil edilməməlidir”.
  • Həyatin gerçƏK




    Download 1.74 Mb.
    bet69/209
    Sana24.03.2017
    Hajmi1.74 Mb.
    #1343
    1   ...   65   66   67   68   69   70   71   72   ...   209

    “National geographic”in lamarkçı nağılları


    Əslində təkamülçü zümrənin böyük hissəsinin canlıların mənşəyi haqqında əsas batil inancı var və problem də elə bundan qaynaqlanır. Bu batil inanc canlılara ehtiyacları olan orqanları, biokimyəvi formaları və ya anatomik xüsusiyyətləri qazandıran sanki sehirli bir “təbii güc” düşüncəsidir.

    Bunu görmək üçün “National geographic”in 2001-ci il, noyabr sayında “Balinaların təkamülü” başlıqlı məqaləsindəki bəzi maraqlı abzaslara nəzər salaq:

    ... Bu ərazidə tapılan balinaların bəzi əcdadlarını gözümün önündə canlandırmağa çalışdım... Hər nəsildə getdikcə qısalan və çəlimsizləşən arxa ayaqlarından istifadə edərək şappıltı ilə hərəkət etməyə çalışırdılar... Bir tərəfdən arxa ayaqları, digər tərəfdən də gövdələrini saxlayan bud sümükləri getdikcə kiçilirdi... Boynu qısaldı, beləliklə, gövdənin ön hissəsi suyu ən az müqavimətlə yarıb keçməyi təmin edən boru şəklində sualtı qayığın gövdəsinə bənzəyən formaya çevrilərkən qollar da üzgəc formasını almağa başladı. Xarici qulaqlara olan ehtiyacın azalması ilə bəzi balinalar sudakı səsləri birbaşa alt çənə sümükləri ilə qəbul edib xüsisi yağ kisələri vasitəsilə daxili qulağa ötürürdülər.

    Diqqət edilsə, bütün bu hekayələrdə təkamülçü məntiq uydurması sadəcə canlıların dəyişən mühitə görə dəyişən ehtiyaclarınin olduğunu bildirir və bu ehtiyacı özbaşına “təkamül mexanizmi” kimi qavrayır: bu məntiqə əsasən, ən az ehtiyac hiss olunan orqanlar yox olur, ehtiyac olan yeni orqanlar öz-özünə meydana gəlirlər!

    Lakin biologiya sahəsində ən əsas məlumatlara malik olan bir insan bilər ki, ehtiyaclarımız orqanlarımızı irsi şəkildə formalaşdıra bilməz. Bu, Lamarkın “qazanılmış xüsusiyyətlərin sonrakı nəsillərə ötürülməsi” tezisinin təkzib edilməsindən bəri, yəni təqribən 100 ildir ki, məlum olan qəti həqiqətdir. Amma təkamülçü KİV-lərə baxdıqda görürük ki, hələ də Lamarkın nəzəriyyəsinə görə düşünürlər.

    Əgər onlara etiraz etsəniz: “Xeyr, biz lamarkçı deyilik, ətraf mühit şərtlərinin canlılara təkamül xarakterli təzyiq göstərdiyini, bu təzyiq nəticəsində uyğun canlıların seçildiyi və beləliklə, növün təkamül keçirdiyini nəzərdə tuturuq”, -deyəcəklər. Amma elə məsələnin əsli də buradadır: təkamülçülərin “təkamül xarakterli təzyiq” dedikləri şey canlılara ehtiyaclarına uyğun olaraq yeni xüsusiyyətlər qazandıra bilməz. Çünki bu təzyiqə reaksiya verəcəyini nəzərdə tutduqları iki “təkamül mexanizmi”, yəni təbii seçmə və mutasiyanın canlılara yeni orqanlar qazandırma xüsusiyyəti yoxdur:



    • Təbii seçmə ancaq mövcud olan xüsusiyyətləri seçə bilər, yeni bir xüsusiyyət əmələ gətirə bilməz.

    • Mutasiyalar canlılara genetik məlumat əlavə edə bilməzlər, sadəcə mövcud genetik məlumatı pozarlar. Genetik məlumat əlavə edən (yeni bir orqan və ya biokimyəvi forma əmələ gətirən) bir mutasiyaya əsla rast gəlinməmişdir.

    Bu həqiqətlər işığında “National geographic”in yuxarıdakı “şappıltı ilə hərəkət edən balinalar” nağılına bir daha nəzər salsaq, əslində həqiqətən də olduqca bəsit lamarkçılıq etdiklərini görərik. Diqqət edilsə, “National geographic”in jurnalisti Duqlas H.Çedvik “hər nəsildə getdikcə qısalan və çəlimsizləşən arxa ayaqlar”dan bəhs edir. Necə olur ki, “hər nəsildə” bir canlı növündə morfoloji dəyişiklik- həm də müəyyən bir istiqamətdə dəyişiklik olur? Bunun üçün, o növün hər nəsildəki təmsilçiləri ayaqlarının qısalmasına səbəb olan mutasiyalara uğramalı, bu mutasiyalar canlıya başqa heç bir zərər verməməli, mutasiyaya uğrayan fərdlər digərlərinə görə üstün olub seçilməli, sonrakı nəsildə (necə bir təsadüfdürsə) yenə eyni genin eyni yerində eyni mutasiya olmalı, bu nəsillər boyu heç dəyişmədən davam etməli, bütün bunlar təsadüfən qüsursuz şəkildə baş verməlidir.

    Əgər “National geographic” yazıçıları buna inanırlarsa: “Biz sülələ olaraq uçmağı çox sevirik, oğlum da baxın, təsadüfi mutasiya keçirdi və qoltuq altlarında quş tükünə bənzər bir neçə forma əmələ gəldi. Nəvəm də eyni mutasiyaları keçirəcək və tükləri bir az da artacaq, bu nəsillər boyu davam edəcək və nəticədə sülaləmiz qanadlanıb uçacaq”, -deyən bir insana da inana bilərlər. Çünki hər iki hekayənin cəfəngiyyat səviyyəsi eynidir.

    Bu vəziyyət əvvəldə bildirdiyimiz həqiqəti, yəni təkamülçülərin canlıların tələbatlarının sanki təbiətdəki sehirli bir güc tərəfindən təmin edildiyinə dair batil inancını üzə çıxarır. Əslində maraqlıdır ki, animizmdəki (təbiətdəki canlı və cansız bütün varlıqların şüuru və ruhu olduğu inancı) “təbiətə şüur aid etmə” inancı XXI əsrdə “elm” adı ilə qarşımıza çıxır. Halbuki darvinizmin məşhur tənqidçilərindən biri olan Fransanın məşhur bioloqu Pol Pier Qrassenin bildirdiyi kimi, “xəyal qurmağı qadağan edən bir qanun yoxdur, amma elm bu işin içinə daxil edilməməlidir”.167

    İnsanlara təlqin edilmək istənilən başqa bir ssenari də sözügedən canlıların bədən səthi ilə bağlıdır. Quruda yaşayan canlılar kimi qəbul edilən pakicetusambulocetusun digər məməlilər kimi tüklü bədənə malik olduğu hər kəsin ortaq fikridir. Belə ki, bərpa işlərində hər iki canlı sıx tüklərlə təsvir olunmuşdur. Ancaq daha sonrakı canlılara (yəni həqiqi dəniz məməlilərinə) keçdikdə birdən tüklər yox olur. Bunun təkamül baxımından açıqlaması yuxarıda danışdığımıza bənzər lamarkçı hekayələrdən fərqli deyil.

    Həqiqət isə sözügedən canlıların hər birinin yaşadıqları mühitə görə ən uyğun şəkildə yaradılmalarıdır. Bu qüsursuz canlıları mutasiyalarla və ya daha bəsit lamarkçı hekayələrlə açıqlamağa çalışmaq ağıldankənardır. Canlılardakı hər xüsusiyyət kimi, sözügedən canlıların mükəmməl sistemləri də bu canlıları Allahın yaratdığını sübut edir.


    Download 1.74 Mb.
    1   ...   65   66   67   68   69   70   71   72   ...   209




    Download 1.74 Mb.