• İnsan həyatının hər bir sahəsində innovasiya proseslərinin getdiyi günümüzdə E-Azərbaycan
  • E-Hökumət” nədir
  • qlobal aləmdə şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir.
  • "İkt ili" çərçivəsində "Respublikada "Elektron hökumət": mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər"




    Download 420.89 Kb.
    bet1/8
    Sana08.05.2021
    Hajmi420.89 Kb.
      1   2   3   4   5   6   7   8

    "İKT ili" çərçivəsində "Respublikada "Elektron hökumət": mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər" mövzusunda məqalə

      "İKT  ili"  çərçivəsində  "Respublikada "Elektron  hökumət":  mövcud  vəziyyət, problemlər,  perspektiv  və gözləntilər"


     Yaşadığımız XXI əsr İnformasiya Kommunikasiya Texnologiyalarının özünün pik nöqtəsinə çatdığı ,  İKT –nin hər kəsin ayrılmaz dostuna çevrildiyi  bir dövrdür. 2013-cü  il  İKT ili elan olunub və  bu gün artıq  texnologiyalar çağımızın vaz keçilməz  hissəsinə çevrilib.Eləcə də hər yeni inkişaf müəyyən dərəcədə həyatımızın dəyişməsinə səbəb olur.XXI əsrdə hər mənada güclü, ağıllı, intellektual insan olmağın yolu düzgün alınan informasiyadan keçir. Niyə məhz informasiya? Bu gün informasiya həm bilik, həm təcrübə, həm də karyera deməkdir. Müasir dünyada isə informasiya deyəndə ilk olaraq fikrimizə internet gəlir.



    İnternet bütün dünyada kütləvi olaraq yayıldıqdan sonra qloballaşmanın məntiqinə uyğun olaraq sanki bütün dünya kiçilərək vahid informasiya sisteminin ətrafında qruplaşıb. Bu qlobal sistemdə kim informasiyaya daha yaxındırsa,  kim informasiyadan daha səmərəli istifadə edə bilirsə O da daima irəlidədir. Bu gün güclü, ağıllı, intellektual olmağın yolu internetə və informasiyaya yaxınlıqdan, bütövlükdə cəmiyyət olaraq informasiya cəmiyyətinə qoşulmaqdan gedir.Bu gün “internet” sözü “sürət” sözünə paralel olaraq istifadə olunur.
     

         İnsan həyatının hər bir sahəsində innovasiya proseslərinin getdiyi günümüzdə E-Azərbaycan, Elektron Hökumət,  E-Təhsil, E- Məktəb, E-Müəllim,  E-Dərslik, E-Dərs, E-Kitab, E-Jurnal, E-İmza, E-xəritə,  E- poçt ,E-məktub, E-Xidmət , E-Ticarət və sairə ifadələr  gündəlik  həyatımızda  müntəzəm  işlətdiyimiz  və  istifadə etdiyimiz  məfhumlara  çevrilmişdir.Son illər ölkəmizdə müxtəlif sahələrdə məqsədyönümlü  inkişaf siyasəti müəyyənləşdirilmiş və uğurla həyata keçirilməkdədir.Mövcud   informasiya sistemləri və ehtiyatları arasında  səmərəli məlumatlandırma  mübadiləsinin təmin olunması,  eyni məlumatların müxtəlif  mənbələrdə  formalaşmasını aradan qaldırmaq  üçün artıq vahid informasiya portalları yaradılır  və istifadəyə verilir.Artıq  bir neçə ildir ki,  inkişaf etmiş ölkələrdə  demokratiyanın inkişaf   etməsinə  stimul verən amillərdən  biri və əsası  Elektron Hökumət (ingilis  dilində E-Government)  formalaşdırılması hesab  olunur.



      “E-Hökumət” nədir?




    Bəzilərimiz üçün bu məfhum hələ də aydın deyil.Ölkəmizdə formalaşan elektron hökumət beynəlxalq təcrübəyə əsaslanır və Azərbaycan Respublikası  prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)  təsdiq edilməsi haqqında sərəncamına əsasən yaradılmışdır və  cəmiyyətdə şəffaflığı  inkişaf etdirən mühüm amillərdən biri E-hökumətin formalaşdırılmasıdır.Elektron Hökumət anlayışı ilə yanaşı işlənən Elektron imza isə  qlobal aləmdə  şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. 



    Elektron imza anlayışı ümumi xarakter daşıyır. İnsanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir. Elektron imza elektron sistemdə imzanın malik olduğu bütün işləri yerinə yetirən, elektron sertifikat vasitəsilə bir elektron məlumata əlavə edilən və məlumatı göndərəni təyin edən bir ədədi koddur.


    Download 420.89 Kb.
      1   2   3   4   5   6   7   8




    Download 420.89 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    "İkt ili" çərçivəsində "Respublikada "Elektron hökumət": mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər"

    Download 420.89 Kb.