Multikulturalizm siyasət modelidir Multikulturalizm siyasətinin tipologiyası




Download 101.17 Kb.
bet1/2
Sana18.11.2022
Hajmi101.17 Kb.
#30778
  1   2
Bog'liq
Multikulturalizm siyasət modelidir


Multikulturalizm siyasət modelidir
Multikulturalizm siyasətinin tipologiyası
Liberalların və kommunitaristlərin fərdə və cəmiyyətə, azadlığa və bərabərliyə, universalizmə və məxsusiliyə necə yanaşmaları, qrupların cəmiyyətdəki kəmiyyət və keyfiyyət parametrlərinin elmi təhlili multikulturalizm haqqında çox şeyi desə də, hər şeyi demir. Real həyatda multikulturalizm dövlətlərin, dövlət və qeyri-dövlət təsisatlarının atdıqları addımlarda, qəbul etdikləri siyasi proqramlarda təzahür edir. Əvvəlki bölmələrdə multikulturalizmin iki əsas tərəfi - ideoloji yanaşmalar və multukultural cəmiyyətlərin təsviri ilə bağlı məsələlərə baxdıq. Bu bölümdə isə multikulturalizm siyasətinin ümumi təsviri və tipologiyasına nəzər salacağıq. Multikulturalizm fərqliliyin idarə olunması yollarından biridir. Fərqliliyin idarə olunması dedikdə, geniş mənada dövlət tərəfindən həyata keçirilən dil, din, etnik mənsubiyyət, irq və mədəniyyət fərqliliyinin universum\kainat daxilində yerləşdirilməsinə yönəlmiş qanunvericilik aktları, siyasi qərar və proqramlarda təzahür edən fəaliyyət nəzərdə tutula bilər. Bu mənada o, bu qruplara təzyiqi də, onların məhv olmasına istiqamətlənmiş addımları da ehtiva edir. Multikulturalizm siyasəti isə fərqliliklərin tanınması və qorunması məqsədi güdən siyasi proqramlar kimi qiymətləndirilir.
Fərqliliyin idarə olunması ilə bağlı elmi ədəbiyyatda çoxsaylı araşdırmalar mövcuddur. Məsələn, Chandran Kukathas dövlətin müxtəlifliyə beş yanaşma tərzini göstərir: izolyasiya siyasəti, assimilyasiya siyasəti, zəif multikulturalizm, güclü multikulturalizm və apartied. İzolyasiya siyasəti mədəni yekcinsliyin qorunub saxlanması məqsədilə müxtəlifliyin meydana çıxmasının qarşısının başqalarının cəmiyyət girişinə qadağa qoyulması yolu ilə alınmasıdır. Tarixən Yaponiya və Avstraliya belə siyasət yürüdüb. Avstraliyanın miqrasiya siyasətinin ilkin məqsədi etnik kompozisiyanın dəyişməməsindən, daha doğrusu yalnız ağlardan və Britaniya mədəni stilinin qorunmasından ibarət idi.
Buna görə də yalnız Böyük Britaniyadan və Şimali Avropadan gələn miqrantlar diqqətlə seçilirdi. Şərqi avropalılar az arzu olunan, asiyalılar və digər qeyri-ağlar isə arzuolunmayanlar idi. İzolyasiyanın yaxın alternativi olan assimilyasiya siyasəti kənardan gəlmələrə icazə versə də, onların ev sahibinin mədəniyyətinə tam assimilyasiyasını, mədəni özünəməxsusluğunun qorunmasının qeyri-mümkünlüyünü və yerli mədəniyyətin gəlmə mədəniyyətlərdən təsiri nəticəsində transformasiyasının qəbul edilməz olduğunu əks etdirən dövlət siyasətidir. Bu siyasət gəlmələrə aid edildiyi kimi ümumi dominant mədəniyyətdən fərqlənən yerli xalqların mədəniyyətinə də şamil edilə bilər. Məsələn, Avstraliya dövləti uzun illər aborigenlərin dominant ağların mədəniyyəti içərisində əridilməsi üçün istiqamətlənmiş siyasət yürütmüşdür.
Zəif multikulturalizmin əsas məziyyəti ondan ibarətdir ki, bu zaman dövlət kənardan gəlmələrə icazə verir, lakin gəlmələrin yerli mədəniyyətə inteqrasiyası onların öz arzusuna bağlıdır. Bu zaman, miqrantlar cəmiyyətin ictimai həyatında daha yaxından iştirak etmək üçün yerli mədəniyyətin ən mühüm elementlərini özününküləşdirirlər. Lakin dövlət şüurlu assimilyasiya siyasəti aparmır. Bəzi gəlmələr dominant mədəniyyətə könüllü inteqrasiya etsələr də, digərləri başqa seçim olmadığından könülsüz şəkildə və ya dövlətin mədəni müxtəlifliyinin qorunmasına yönəlmiş siyasəti omadığından qeyri-iradi assimilyasiyaya məruz qalırlar. Güclü multikulturalist yanaşma isə azlıqların nəinki cəmiyyətin tam hüquqlu üzvü kimi iştirakçılığının təmin edilməsinə, həmçinin bu zaman öz fərqli kimliklərini və ənənələrinin qorunub saxlanılmasına təminat verir.
Bu zaman müxtəlifliyə qarşı yalnız dözümlü münasibət sərgilənmir, həmçinin fərqliliyin maddi təminat və xüsusi hüquqlar vasitəsilə təşviq edilməsi və qorunması üçün pozitiv addımlar atılır. Fərqliliyin idarə olunmasının beşinci yolu olan aparteid zamanı dövlət azlıqları istisna etmir, lakin onların hər cür assimilyasiyasının və inteqrasiyasının qarşısına sədd çəkir. Cənubi Afrikada qaraların çoxluq təşkil etməsinə baxmayaraq, ağların hakimiyyəti zamanı onlara qarşı bu cür siyasət həyata keçirilmişdir. Chandran fərqliliyin idarə olunmasının müxtəlif formalarını göstərmək üçün qrafik təsvirdən istifadə edir. O, ordinat absis oxu üzərində dövlətin azlıqlarının varlığına və ya azlığın üzvü olmağa münasibətini, ordinat oxu üzərində isə azlığın cəmiyyətə inteqrasiyasına münasibətini yerləşdirir və beləliklə də müxtəlif dövlət siyasəti formalarının koordinat müstəvisindəki yerini göstərir.

Qeyd edildiyi kimi multikulturalizm siyasəti dövlət tərəfindən həyata keçirilən müxtəlifliyin idarə edilməsi yollarından biri olsa da, göstərilən alternativlər arasında bu gün ən məqbul olanı və ən çox ictimai müzakirələrə səbəb olanıdır. Şübhəsiz ki, multikulturalizm adı altında həyata keçirilən və ya ən azı bu cür qəbul edilən siyasi proqramların da bir çox formaları mövcuddur ki, bunları preskriptiv (həll yolları göstərən) multikulturalizm adlandırmaq olar. Kanadanın McGill Universitetinin professoru Jacob Levy “Qorxu multikulturalizmi” adlı məşhur monoqrafiyasında etnik və linqvistik plüralizmin idarə olunmasına yönəlmiş mədəni hüquqların təminatı tələblərindən doğan dövlət siyasətinin təsnifatını verərək onları 8 yerə ayırır:


1. İstina
2. Yardım
3. Özünü-idarəetmə
4. Daxili qaydalar
5. Xarici qaydalar
6. Hüquq tətbiqetmənin tanınması
7. Təmsilçilik
8. Simvolik tanınma

Download 101.17 Kb.
  1   2




Download 101.17 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Multikulturalizm siyasət modelidir Multikulturalizm siyasətinin tipologiyası

Download 101.17 Kb.