• Fənnin adı
  • 2. Müəllim haqqında məlumat
  • 3. Tələb olunan dərslik və dərs vəsaitləri
  • 4. Fənnin təsviri və məqsədi
  • Təsdiq edirəm: Kafedra müdiri “ ” 20 IL Fənn proqramı (sillabusu) Kafedra




    Download 29.56 Kb.
    bet1/6
    Sana29.12.2023
    Hajmi29.56 Kb.
    #129051
    TuriKompozisiya
      1   2   3   4   5   6
    Bog'liq
    kompozision mat


    AZƏRBAYCAN RESPUBLİKASITƏHSİLNAZİRLİYİ
    AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ


    Təsdiq edirəm:
    Kafedra müdiri_____________
    ( )
    “___”____________20___ il


    Fənn proqramı (sillabusu)
    Kafedra: Yapışdırıcı materiallar və betonlar texnologiyası
    Fənnin adı: Kompozisiya materialları
    1. Fənn haqqında məlumat:
    Kodu: ____________
    Tədris ili: 2014/2015 semestr : I (yaz)
    Fakültə: İnşaat texnologiyası
    Qrup: 693 a
    Tədris yükü: mühazirə - 60 saat, seminar (məşğələ)- __ saat,
    laboratoriya 30 saat. Cəmi – 90 saat.
    Kredit: _______
    Auditoriya: № ________
    Saat: ______


    2. Müəllim haqqında məlumat:
    Adı, atasının adı, soyadı və elmi dərəcəsi t.e.n., dos., Quvalov Abbas Abdurəhman oğlu
    Kafedranın ünvanı: Ayna Sultanova küçəsi 5
    Məsləhət saatları: ________________
    E-mail ünvanı: abbas-guvalov@mail.ru
    İş telefonu: 539-10-25 (2-18)
    3. Tələb olunan dərslik və dərs vəsaitləri:

    1. ХрулевВ.М. Технология и производства композиционных материалов для строительства Учеб. Пособие для строит.-техноло. Спец.вузов Уфа, 2001, 168 с.

    2. Кислицына Светлана Николаевна, Худяков Владислав Анатольевич, Современные композиционные строительные материалы" Издательство: Феникс, Высшее образование 2007 г. 224 с.

    3. Воробъев В.А., Андрианов Р.А. Технология полимеров. М., 1980.

    4. Воробъев В.А . Технология строительных материалов и изделий на основе пластмасс. М., 1974.

    5. Иванков Д. В., Фридман М. Л. Полипропилен. М., 1974.



    4. Fənnin təsviri və məqsədi:
    (Fənn haqqında qısa məlumat, onunla əlaqəli fənlər, fənnin tədrisinin məqsədi yazılı şərh olunur. Bu fənni öyrənməklə tələbələrin nəyi biləcəkləri, nəyə nail olacaqları və hansı vərdişlərə yiyələnəcəkləri qeyd edilir.)

    Kompozisiya materialları çoxfazalı sistem olub müxtəlif xassəli iki və daha çox komponentdən ibarətdir. Bir neçə ilkin komponentin rasional qarışdırılması nəticəsində verilmiş xassəli yeni materiallar alınır. Bu materialların xassələri ilkin komponentlərdən xərqlənsə də onların hər birinin özünəməxsus xüsusiyyətlərini saxlayır.


    Kompozisiya materiallarının yaradılmasında məqsəd ilkin komponentlərə nisbətən onların bu və ya digər xassələri, o cümlədən mexaniki və fiziki yaxşılaşdırılmasından, həmçinin kimyəvi dayanıqlığının, uzunömürlülüyünün və s. artırılmasından ibarətdir. Eyni zamanda kompozisiya materiallarının tətbiqi ilə müxtəlif növ tullantılardan istifadə etməklə materialların maya dəyəri aşağı salınır.
    Kompozisiya materiallarının yaradılması ideyası yeni deyil. Keçmiş zamanlarda gil və samandan ibarət olan materiallar tətbiq edilmişdir. Bu materialda gil yapışdırıcı rolunu, saman isə armatur rolunu oynayırdı. Tikintidə artıq çoxdandır ki, kompozisiya materialı kimi asbestsement tətbiq edilir. Bu materialda sement yapışdırıcısı matrisa rolunu, təbii lifli material olan asbest isə armatur rolunu oynayır.
    Kimya sənayesinin inkişafı ilə əlaqədar olaraq yeni inşaat kompozisiya materialının (polimerbetonun) alınması imkanı yarandı. Bu materiallarda yapışdırıcı kimi müxtəlif sintetik qətranların tətbiqi onların bir sıra xassələrini ənənəvi mineral yapışdırıcılı betonlara nisbətən xeyli artırdı.
    “Kompozisiya materialları” fənninin əsas məqsədi qeyri-üzvi, üzvi və qarışıq yapışdırıcılar əsasında kompozisiya materiallarının tərkibinin istehsalı, tətbiq sahələri və inkişaf perperspektivləri barədə məlumat verməkdən ibarətdir.
    Mineral yapışdırıcılardan gips, əhəng, maqnezit, portlandsement, maye şüşə və kükürd, polimer yapışdırıcılardan karbomid-formaldehid, fenol–formaldehid, poliefir, furan epoksid poliuretan qətranları, həmçinin polietilen, polipropilen və polistirol əsasında olan kompozisiya materiallarının alınması, xassələri və tətbiqi verilmişdir.
    Fənndə inşaatda tətbiq olunan kompozisiya materiallarının istehsalının bütün aspektlərini əhatə edir. Fəndə kompozisiya materialları istehsalı üçün xammallar, onların istehsalının əhatəsi, bərkimə mexanixmləri, komponenetləri, birgə istehsal imkanları geniş verilmişdir.

    Download 29.56 Kb.
      1   2   3   4   5   6




    Download 29.56 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Təsdiq edirəm: Kafedra müdiri “ ” 20 IL Fənn proqramı (sillabusu) Kafedra

    Download 29.56 Kb.