Ətraf mühitin mühafizəsi sahəsində standartlaşdırma və sertifikatlaşdırma




Download 4,21 Mb.
bet35/47
Sana01.07.2021
Hajmi4,21 Mb.
#15321
TuriMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   47
Ətraf mühitin mühafizəsi sahəsində standartlaşdırma və sertifikatlaşdırma obyektlərinə ekoloji təhlükəsizlik, əhalinin həyat və sağlamlığına, təbii ehtiyatların bərpasına və səmərəli istifadəsinə təhlükə yarada biləcək Azərbaycan Respublikasında istehsal olunan və ya onun ərazisinə gətirilən məhsullar (işlər, xidmətlər) və texnologiyalar aid edilir.

  1. Təbiəti mühafizəni təmin etməyin və təbiətdən istifadəni tənzimləyən iqtisadi əsasları ekoloji təhlükəsizlik, təbii ehtiyatlardan səmərəli istifadə, onların bərpası və artırılması tədbirlərinin işlənib hazırlanmasına, planlaşdırılmasına və yerinə yetirilməsinə təbiətdən istifadəçilərin maddi marağını artırmaqdır;

  2. Ətraf mühitin mühafizəsinin fəaliyyət sahələri və iqtisadi əsasları:

- ətraf mühitin mühafizəsi sahəsində tədbirlərin proqnozlaşdırılması və maliyyələşdirilməsi;

- təbiətdən istifadəyə görə ödəmələr;

- ətraf mühitin çirkləndirilməsinə görə ödəmələr və cərimələr;

- ətraf mühitin mühafizəsi sahəsində iqtisadi maraqlandırma;

- ətraf mühitin mühafizəsi fondlarının yaradılması, qrantlar;

- beynəlxalq qurumlardan ekoloji proqramları həyata keçirmək məqsədilə ayrılan vəsaitlər

3. Ətraf mühitin çirkləndirilməsinə görə müəssisələrdən, təşkilatlardan və vətəndaşlardan alınan cərimələr bir qayda olaraq ətraf mühitin mühafizəsi sahəsində tədbirlərin maliyyələşdirilməsinə sərf edilir. Ətraf mühitdən istifadənin konkret sahələrində bu və ya digər fəaliyyət növünə aid olan spesifik tədbirlər həyata keçirilir. ―Təbiəti mühafizə‖ geniş mənalı anlayışdır. ―Təbiəti mühafizə‖də ətraf mühitdən istifadənin bir-biri ilə əlaqəli bütün tərkib hissələri iştirak edir. Təbii ehtiyatlardan səmərəli istifadə eyni zamanda təbii sistemlərə antropogen yükün azalmasını özündə ehtiva edir, yəni müəyyən dərəcədə ətraf mühitin mühafizəsi funksiyasını yerinə yetirir. Praktikada ehtiyatların məhdudluğu problemləri nəzərə alınmalıdır. Belə ki, bərpa olunmayan təbii ehtiyatların sonunun olduğu və təbii mühitin assimilyasiya imkanlarının məhdudluğu (tullantıların təkrar istehsalı, istehsalat çirkləndirmələri və s.) özünü büruzə verir. Texnogen istiqamətli iqtisadiyyatın inkişafı qlobal ekoloji problemlərin yaranmasına səbəb olmuşdur. Belə hallar ola bilsin ki, insanın yaşayış mühitində dönməz dəyişikliklərə gətirib çıxara bilsin və bəşəriyyətin taleyi üçün təhlükə yaransın.

Fəlakətli ekoloji vəziyyətin olacağı təhlükəsinin dərk edilməsi, təbii ehtiyatlar potensialının məhdudluğunu nəzərə almaqla, dünya inkişafının yeni ssenarisini işləyib hazırlamaq üçün əsas təkanlardan biri oldu. Cəmiyyətin texnogen növlü inkişafı şəraitində iqtisadiyyat bir neçə mərhələdən keçir:

1) frontal iqtisadiyyat - əsas diqqət əməyə və kapitala yönəldilir, təbii

ehtiyatlar isə tükənməz hesab edilir;

2) ətraf mühitin mühafizəsi nəzərə alınmaqla iqtisadi inkişaf;

3) tarazlı-müvazinətli inkişaf.

Yer planetinin əhalisinin şüurunun ekolojiləşdirilməsində ətraf mühitin mühafizəsi üzrə birinci Ümumdünya konfransının (5 iyun 1972-ci ildə Stokholmda açılmışdır) və Roma klubunun məruzələrinin böyük əhəmiyyəti olmuşdur. Həmin klubun bir çox məruzələri dünya inkişafının nəzəriyyəsinə və metodologiyasına böyük hədiyyə olmuşdur. Ən məşhur məruzə ―İnkişafın hüdudları (sərhədləri)‖ kimi məlumdur. Dünya dinamikası modelinin müxtəlif variantları göstərirdi ki, təbii ehtiyatların tükənməsi və ətraf mühitin çirklənməsinin artması nəticəsində XXI əsrin ortalarına yaxın Yer üzündə dünyəvi fəlakət baş verə bilər. Yeganə məqbul variant kimi ―sıfır inkişaf‖ variantı qəbul edilə bilər. Bunun üçün əhalinin sayı sabitləşməli, sənayenin inkişafı dayandırılmalıdır və s. Lakin irəli sürülən təklifləri bəşəriyyət qəbul etmədi. Bəşəriyyətin gələcək inkişaf variantlarının axtarışı davam edirdi. BMT-nın tapşırığı ilə Ətraf Mühit və İnkişaf üzrə Beynəlxalq Komissiya (ƏMİBK) ―Bizim ümumi gələcəyimiz‖ adlı məruzə hazırladı (1987) və ―Sabit inkişaf‖ konsepsiyasını təklif etdi. Q.X.Brutland ətraf mühitin mühafizəsi sahəsində uzun müddətli strategiya təklif edilirdi ki, bu da dünya iqtisadiyyatının sabit inkişafını uzun dövr üçün təmin etməyə, ekoloji problemlərin üsul və vasitələrini nəzərdə keçirməyə imkan verirdi.


Download 4,21 Mb.
1   ...   31   32   33   34   35   36   37   38   ...   47




Download 4,21 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Ətraf mühitin mühafizəsi sahəsində standartlaşdırma və sertifikatlaşdırma

Download 4,21 Mb.