Ekoloji amillər
Ətraf mühitin qorunması həm kənd təsərrüfatı sahələrinin inkişafı, həm də insanların yaşaması və fəaliyyət göstərməsi baxımından olduqca vacibdir. Çünki, insanların yaşaması üçün vacib olan ərzaq və qeyri-ərzaq məhsullarının istehsalı, onların sağlamlığı bilavasitə ətraf mühitlə - torpaq, meşə örtüyü, çaylar, dənizlər, dağlarla bağlıdır və bu amillər nəzərə alınmalıdır. Elmi-texniki tərəqqinin sürətlənməsi, təbiətlə kənd təsərrüfatı arasındakı qarşılıqlı əlaqəni dəyişdirməklə kənd təsərrüfatı istehsalının ətraf mühitə təsirini gücləndirir. Bu özünü müxtəlif istiqamətdə büruzə verir.
|