- ətraf mühitə zərərli təsir – ekoloji sistemin ayrı-ayrı komponentlərinin kəmiyyət və keyfiyyətcə dəyişməsinə, ekoloji tarazlığın pozulmasına səbəb olan kimyəvi və bioloji, zərərli fiziki, texniki, dağ-mədən işlərində texnologiyanın pozulması, təbii ehtiyatlardan israfçılıqla istifadə edilməsi ilə müşayiət olunan fəaliyyət.
Ətraf mühitin mühafizəsinin əsas prinsipləri aşağıdakılardır:
-sosial-iqtisadi, mənəvi-estetik problemlərin qarşılıqlı həlli;
- ərazilərdə ekoloji tarazlığın təmin edilməsi və pozulmuş təbii ekoloji sistemlərin bərpası;
- təbii ehtiyatların səmərəli istifadə olunması və bərpası, təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin iqtisadi stimullaşdırılmasının tətbiq edilməsi;
- ətraf mühitin bioloji müxtəlifliyinin qorunmasının təmin edilməsi;
- dövlət nəzarəti, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət;
- ətraf mühitə zərər vurulmasının qarşısının alınması və vurulan zərərin qiymətləndirilməsi;
- ətraf mühitin mühafizəsi sahəsində əhalinin və təşkilatların iştirakı;
- ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq.
|