|
Elektrik induksiyası ( D ) və polyarlaşma
|
bet | 2/6 | Sana | 31.01.2024 | Hajmi | 147,41 Kb. | | #149038 |
Bog'liq DİELEKTRİK MÜHAZİRƏ 3 (1)Elektrik induksiyası ( D ) və polyarlaşma
Bildiyimiz kimi vakuumda yerləşən müstəvi kondensatordakı sahənin qiyməti elektrodlardakı yüklərin səth sıxlığı ( ) ilə aşağıdakı kimi ifadə edilir:
( 5 )
dielektrik sabitidir, σ kondensatorun lövhələrindəki yüklərin səth sıxlığıdır
Boş müstəvi kondensator b) Dielektrik olan müstəvi kondensator
Kondensatorun lövhələri arasındakı gərginlik isə olar. Bu zaman nəzəri olaraq belə hesab edilir ki, kondensatorun lövhələrinin sahəsi “sonsuz” böyükdür, yəni
Məlum olduğu kimi kondensatora yerləşdirilən dielektrik onun lövhələri arasındakı potensiallar fərqini dielektrik nüfuzluğu ( ) qədər azaldır. Bu zaman hesab edilir ki, lövhələrdə ki yük sabit qalır (fərz edilr ki, kondensator mənbəyə birləşməyib və dielektrikin keçiriciliyi sıfırdır, ona görə də yük axını yoxdur).
Əgər elektrodlardakı yüklərin sıxlığını dəfə azaltmış olsaq vakuum kondensatorun lövhələri arasındakı gərginliyi dəfə azaltmış olardıq. Belə ki, dielektriki kondensatora daxil etdikdə onun köynəklərindəki yük dəyişmir və lövhələr arasında gərginliyin dəyişməsinin səbəbi dielektrikin kondensatorun lövhələrinə toxunan səthlərində əks işarəli bağlı yüklərin əmələ gəlməsidir. (şəkil 3.1. (b)). Bu bağlı yüklər kondensatorun lövhələrindəki yükləri qismən neytrallaşdırdığı üçün dielektrikin yerləşdiyi sahə vakuuma nisbətən zəifləmiş olur. Dielektrikin səthindəki bu bağlı yüklər onun polyarlaşmasına dəlalət edir.
Dielektrikin polyarlaşması ilə əlaqədar olaraq üç əsas parametrdən istifadə edilir:
Dielektrikdə elektrik səhəsinin intensivliyi:
(6)
- kondensatorun lövhələrindəki sərbəst yükləri xarakterizə edir.
Elektrik induksiyası:
(7)
(8)
P dielektrikin vahid həcmindəki dipol momentlərinin cəmi olan polyarlaşma vektoru. O, nisbətən güclü olmayan sahələrdə:
(9)
(7) düsturunun ən mühüm əhəmiyyəti odur ki, dielektriki xarakterizə edən makroskopik və mikroskopik parametrləri özündə birləşdirərək dielektrik nüfuzluğunu hesablamağa imkan verir:
(7) ifadəsindən göründüyü kimi, əgər kondensatorun köynəklərində yük sabit qalarsa, dielektrik nüfuzluğunu
ifadəsi iləhesablamaq olar.
D – kondensatordakı tam yükləri xarakterizə etdiyi üçün, əgər kondensatorun köynəklərindəki yükü dəyişmədən oradan dielektriki çıxartsaq onda kondensatorun daxilindəki sahə - yə bərabər olar. Dielektrik olduqda isə bu sahə dəfə kiçilərək -a bərabər olar.
(8) ifadəsi , , və arasında vektoru əlaqəni göstərsə də izotrop dielektriklərdə (qaz, maye və amorf bərk cisimlərdə) polyarlaşmanı xarakterizə edən bu hər üç vektor kollinear olduğu üçün vektorların cəmi cəbri adi cəmlə əvəz oluna bilər. Anizotrop dielektriklərdə isə - aşağı simmetriyalı kristallarda və teksturalarda – induksiya və polyarlaşma vektorları ilə elektrik sahəsinin intensivlik vektorunun istiqamətləri fərqlənirlər.
|
| |