3. Dielektriklərin polyarlaşmasını xarakterizə edən kəmiyyətlər




Download 147,41 Kb.
bet3/6
Sana31.01.2024
Hajmi147,41 Kb.
#149038
1   2   3   4   5   6
Bog'liq
DİELEKTRİK MÜHAZİRƏ 3 (1)

Dielektrik nüfuzluğu
Qeyd edək ki, içərisində dielektrik olan müstəvi kondensatorun düsturundan istifadə edərək maddənin dielektrik nüfuzluğunu, elektrik sahəsinin çox geniş tezlik diapazonunda təcrübi olaraq ölçüb hesablamaq olar.
İfrat yüksək tezlik diapazonda - nu ölçmək üçün isə onu nəzərə alırlar ki, elektromaqnit dalğalarının maddədə sürəti dəfə azalır. Ona görə də, elktromaqnit dalğasının maddədə sürətini ölçərək, onu həmin tezlikli dalğanın vakuumdakı sürəti ilə müqayisə etməklə maddənin dielektrik nüfuzluğunu təyin edirlər.

Deməli, maddənin dielektrik nüfuzluğu iki asılı olmayan üsulla tapıla bilər:

  1. Kondensatorun tutumunun artması vasitəsi ilə.

  2. Maddədə elektromaqnit dalğalarının sürətinin azalması vasitəsi ilə.

Üçüncü bir təcrübi yol, iki yükün vakuumda və maddə daxilində qarşılıqlı təsirinin müqayisəsinə əsaslanan Kulon qanunundan istifadədir:

Dielektrik nüfuzluğunun təyininə aid bu üç təcrübi vasitə, həqiqətdə qarşılıqlı olaraq bir-birinə bağlıdır. Məsələn, kondensatora dielektrik daxil etdikdə onun tutumunun dəfə artmasını Kulon qanununa əsaslanaraq izah etmək olar. Doğrudan da kondensatorun lövhəsində olan mənfi və müsbət yüklər bir-birini cəzb edir. Belə ki, lövhələr arasındakı gərginlik sabit qalarsa, onda lövhələr arasındakı məsafə kiçik olduqca bu gərginlik də böyük olar, çünki bu halda Kulon cazibə qüvvəsi də böyük olar. Deməli kondensatorun lövhələr arasındakı məsafə azaldıqca onun tutumu artır.Dediklərimizdən aydın olur ki, kondensatora dielektrikin daxil edilməsi, vakuumdakı kondensatorun lövhələrinin yaxınlaşmasına ekvivalentdir, belə ki, gərginliyin eyni bir qiymətində kondensatorun yükü artmış olur.
Dielektrikin təcrübi öyrənilməsi şəraitindən asılı olaraq”dielektrik nüfuzluğu” anlayışı müxtəlif oxşar fiziki məzmun kəsb edir. Məsələn, elektrostatik sahədə ( ) dielektrik nüfuzluğunu statik dielektrik nüfuzluğu, müxtəlif tezlik dəyişən sahədə isə onu dinamik dielektrik nüfuzluğu adlandırmaq olar.Dielektrik nüfuzluğunun sahənin çox böyük tezliyindən asılılığı öyrənilərkən onu dielektrik nüfuzluğu artıq dispersiya olmayan oblastda maddəni xarakterizə edən kəmiyyət kimi qəbul edilir.Dispersiyanın rezonans oblastında dielektrik nüfuzluğu hətta mənfi qiymət də ala bilər (şəkil 4.8a)

Download 147,41 Kb.
1   2   3   4   5   6




Download 147,41 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



3. Dielektriklərin polyarlaşmasını xarakterizə edən kəmiyyətlər

Download 147,41 Kb.