• 6.3. Fotoqəbuledicilər Fotoqəbuledici
  • Yarımkeçirici işıq diodları




    Download 221 Kb.
    bet3/5
    Sana03.11.2023
    Hajmi221 Kb.
    #93948
    1   2   3   4   5
    Bog'liq
    6.yarimkecirici fotoelektron cihaz
    Dbhfbdjdbfd, 2014-2730, 2014-2729, V vasiT L R f nnind n m hazir l r toplusu hazirladi qaim c F r, 3.Bipolyar tranzistor, 8. Elektro vakuum cihazlar Elektrovakuum cihazlar n klassifikas, M vzu ¹ sosiologiya c M YY t haqqqinda elmdir plan Sosiologiya , N etm k laz md r, 1. fazal sisteml r haqq nda mumi m lumat (1), fdsfsdfsds, uhjmuhy
    6.2. Yarımkeçirici işıq diodları


    Yarımkeçirici işıq diodları elektrik enerjisini işıq enerjisinə çevirən p-n keçidli dioddur. İşıq diodları dövrəyə düz istiqamətdə qoşulur. Dioddan düz cərəyan axdıqda elektron və deşiklərin p-n keçid və onun yaxınlığında intensiv rekombinasiyası nəticəsində şüalanma yaranır. Yaranan şüaların böyük əksəriyyətinin xaricə çıxması üçün işıq diodları yarımkürə şəklində həzırlanır. İşıq diodları, şüalanma rekombinasiyası üstün olan yarımkeçirici materiallardan hazırlanır. Bu məqsədlə GaAs, GaP, SiC bərk məhlullarından istifadə olunur. GaAs diodlarının şüalanması yaxın infraqırmızı oblasta düşür (max=0,920,96 mkm), qalan diodlar görünən oblastda şüalanır. Həm də eyni bir yarımkeçiriciyə müxtəlif aşqarlar vurmaqla və bərk məhlullarda tərkibi dəyişməklə şüalanmanın rəngini dəyişmək olar.
    Görünən diapazonda işləyən işıq diodlarının əsas xarakteristikaları şüalanma parlaqlığının (B) və ya işıq şiddətinin (Iy) dioddan axan cərəyandan asılılıq əyrisi və spektral xarakteristikadır. İnfraqırmızı oblastda işləyən işıq diodları üçün parlaqlıq xarakteristikası əvəzinə şüalanma gücünün cərəyandan asılılıq əyrisindən istifadə olunur. İşıq diodları üçün həm parlaqlıq, həm də güc xarakteristikaları əsasən xətti xarakterlidir.
    İşıq diodlarının spektral xarakteristikası şüalanmanın parlaqlığının şüalanan işığın dalğa uzunluğundan asılılığını göstərir. Başqa sözlə, bu xarakteristika yaradılan şüaların spektrin hansı hissəsinə uyğun gəldiyini göstərir.İşıq diodlarının əsas parametrləri işıqlanmanın zaman sabiti (10-9san.) və f.i.ə.-dir (bir neçə faiz).

    Şək.5.2.



    6.3. Fotoqəbuledicilər


    Fotoqəbuledici – işıq selinin təsiri ilə hər hansı parametri dəyişən, yəni işığa reaksiya verən cihazdır. Hazırda iş prinsipi xarici və daxili fotoeffektə, eləcə də işığın istilik təsirinə əsaslanan müxtəlif fotoqəbuledicilər mövcuddur. Lakin onlardan ən geniş tətbiq sahələri tapanlar daxili fotoeffektə əsaslanan cihazlardır.

    Download 221 Kb.
    1   2   3   4   5




    Download 221 Kb.