Elektro vakuum cihazları
Elektrovakuum cihazların klassifikasiyası. Elektron və ion cihazlar.
İkielektrodlu lampa- diod. Üçelektrodlu lampa- triod. İndikator cihazları.
Ümumi məlumatlar
Daxilində vakuumda, və ya, qazda hərəkət edən elektronların, yaxud, ionların hərəkəti hesabına elektrik keçiriciliyi yerinə yetirilən cihazları elektrovakuum cihazları adlandırırlar. Elektrovakuum cihazları elektron-idarə olunan lampalara, elektron-şüa və qazboşalma cihazlarına bölünürlər.
İstənilən elektrovakuum cihazının əsas konstruktiv elementləri balonun (qaz keçməyən örtüyün) daxilində yerləşdirilmiş elektrodlardır.
Elektrodlar, elektronları (ionları) emissiya edən (buraxan), yaxud yığan, ya da onların bir elektroddan o biri elektroda hərəkətini idarə edən naqillərdir. Təyinatından asılı olaraq elektrovakuum cihazlarının elektrodları katod, anod və idarəedici elektrodlara bölünürlər. Katod bu cihazlarda elektronlar mənbəyidir. Anod sürətləndirici elektrod olub çıxış elektrodu və əsas kollektor (yığıcı) rolunu oynayır. İdarəedici
elektrod, əsas elektron selini idarə etmək üçün nəzərdə tutulmuş elektroddur. Əgər idarəedici elektrod tor şəklində hazırlanıbsa, onu idarəedici tor adlandırırlar. Elektrodları sap, müstəvi lövhə, boş silindr və spiral şəklində hazırlayırlar, onları balonun daxilində xüsusi tutqacların üstündə: traverslərdə və slyudada , yaxud keramik izolyatorlarda bərkidirlər.
Elektrovakuum cihazlarının balonları şüşədən, metaldan və ya keramikadan hazırlanmış qaz keçməyən örtükdür (korpusdur). Elektron-idarə olunan lampaların balonlarında 10
-8... 10
-4 Pa vakuum, qazboşalma cihazlarının balonlarında isə 10
-1... 10
-4 Pa seyrəklik yaradılır.