|
Güclü elektron lampalarının xüsusiyyətləri
|
bet | 4/8 | Sana | 30.11.2023 | Hajmi | 52,38 Kb. | | #108809 |
Bog'liq 8. Elektro vakuum cihazlar Elektrovakuum cihazlar n klassifikasGüclü elektron lampalarının xüsusiyyətləri. Hal-hazırda elektron lampalarını əsasən, yüzlərlə kilovat gücünə çatan böyük güclü elektrik rəqslərinin generasiyası və gücləndirilməsi üçün tətbiq edirlər. Lakin bununla yanaşı bir çox çatışmazlıqlarına (böyük kütləsi, ölçüləri və sərf etdiyi güc) baxmayaraq miniatür elektron lampalar məxsusi küylərinin az olması və statik xarakteristikalarının geniş diapazonda yüksək xəttiliyə malik olması, xarakteristikalarının dikliyinin böyük olması nəzərə alınaraq bəzi xüsusi təyinatlı aparaturada yenə də tətbiq olunmaqdadırlar. Güclü elektron lampaları böyük anod gərginliklərində (10 kV- lara qədər) və böyük anod cərəyanlarında (100- lərlə amperlərə qədər) işləyirlər.
Təyinatına görə güclü lampaları generator və modulyator lampalara bölürlər. Generator lampaları yüksəktezlikli rəqslərin gücləndirilməsi və generasiya edilməsi üçün nəzərdə tutulublar. Rəqs generatorlarının yükü, sinusoidal gərginliyi anod cərəyanının impulsunun birinci harmonikası və rəqs konturunun rezonans müqaviməti ilə təyin olunan rəqs konturudur. Bir qayda olaraq belə lampalar idarəedici elektrodunda gərginlikləri müsbət oblasta sürüşmüş anod-tor xarakteristikalarına malik olurlar. Modulyator lampalar yüksəktezlikli rəqsləri modulyasiya edən aşağı tezlikli rəqslərin gücləndirilməsi üçün nəzərdə tutulublar. Bu lampalar siqnalların təhrifsiz gücləndirilməsini təmin etməlidirlər, ona görə də mənfi torda mənfi gərginlik qiymətləri oblastında işləyirlər.
Güclü lampaların işi onların elektrodlarının qızdırılması və onların məcburi soyudulması zərurəti ilə əlaqəlidir. İstiliyin ötürülməsi üsulundan asılı olaraq hava ilə, su ilə və buxarlı soyudulma var.
Hava ilə soyudulmanı gücü 100 kVt - a qədər lampalarda tətbiq edirlər. Belə lampalarda anod misdən hazırlanır və konstruktiv olaraq şüşə balonla, yaxud, keramik balonla birləşir. İstilik ötürməni artırmaq üçün anodun xarici səthini tilli düzəldirlər. Hava ilə soyutma anodun temperaturunu 250C-yə qədər azaltmağa imkan verir.
Su və buxarlı soyudulmanı gücü 100 kVt - dan çox olan lampalarda tətbiq edir- lər. Su ilə soyudulma anodun temperaturunu 120C-yə qədər azaltmağa imkan verir.
Metrlik və desimetrlik radio dalğalar diapazonunda işləmək üçün minimal məxsusi induktivliyə malik olan diskli koaksial çıxışları olan güclü lampalar işlənib hazırlanıbdır. Güclü radiovericilərdə ayrı-ayrı detallarının dəyişdirilməsinə və eyni zamanda bahalı güclü lampaların xidmət müddətini artırmağa imkan verən sökülüb quraşdırılan lampalar tətbiq tapırlar.
|
| |