|
Elektro vakuum cihazları Elektrovakuum cihazların klassifikasiyası
|
bet | 5/8 | Sana | 30.11.2023 | Hajmi | 52,38 Kb. | | #108809 |
Bog'liq 8. Elektro vakuum cihazlar Elektrovakuum cihazlar n klassifikasElektron-şüa boruları
Elektron – şüa boruları (EŞB), daxilində elektron şüası, elektrik siqnallarını görünən işıq siqnallarına çevirmək üçün nəzərdə tutulan cihazlardır. EŞB - də katoddan emissiya olunan elektron seli elektrik və ya maqnit sahəsi-nin təsiri ilə nazik elektron şüası şəklinə salınaraq ekrana yönəldilir.
EŞB - də elektron şüasının böyük sürətlə hərəkət edən elektronları ekranın daxili səthinə çəkilmiş lüminofor təbəqəsinin səthini bombalayaraq ondan elektronları ayırır və bunun nəticəsində həyəcanlanmış atomlar öz normal halına qayıtdıqda işıq kvantları şüalandırır. Bombalanma nəticəsində elektronların səthdən
qopub ayrılması prosesi ikinci elektron emissiyası adlanır. Elektron şüası ekran boyunca hərəkət etdirildikdə, onun hərəkət trayektoriyası boyunca işıq izi alınır.
Elektron şüasının fokuslanma və meyl etdirmə üsulundan asılı olaraq EŞB - ləri aşağıdakı növlərə bölürlər:
- elektron şüası elektrik sahəsi ilə fokuslanan və meyl etdirilən elektrostatik idarəli (elektrostatik);
elektron şüası maqnit sahəsi ilə fokuslanan və meyl etdirilən maqnit idarəli;
elektron şüasının fokuslanması və meyl etdirilməsi sistemi kombinə edilmiş
olan.
Təyinatına görə EŞB-ləri aşağıdakı əsas qruplara bölürlər:
elektrik siqnallarının ossilloqramları müşahidə etməyə xidmət edən
ossilloqrafik EŞB-lər. Bu EŞB-lər ölçmə texnikasında tətbiq olunurlar;
RLS-lərdə və radionaviqasiya qurğularında elektrik siqnallarının qeydə alınması üçün nəzərdə tutulan indikator EŞB-lər ;
televiziya siqnallarını işıq təsvirinə çevirmək üçün tətbiq olunan
kineskoplar ;
yazma və informasiyanın yadda saxlanılması üçün istifadə olunan yaddaş EŞB-ləri. Radiolokasiyada və hesablama texnikasında tətbiq olunur;
optik təsvirləri elektrik televiziya siqnallarına çevirmək üçün nəzərdə tutulmuş ikonoskoplar – ötürücü televiziya boruları.
|
| |