Elektrostatik idarəli EŞB - lərin tərkibinə borunun oxu boyunca yönəlmiş nazik elektron şüanı
yaradan elektron topu; elektron şüasının istiqamətini dəyişmək üçün nəzərdə tutulan meyletdirici sistem; elektron şüa ilə bombalama zamanı işıqlanma qabiliyyətinə malik olan ekran daxildir. EŞB - lərdə boru, daxilində vakuum səviyyəsi 10
-6 Pa- dan çox olan şüşə balondur (şək.8.3.).
Elektron top (yaxud elektron projektor), nazik elektron seli (elektron şüa) al- mağa imkan verən elektrodlar sisteminə deyilir. Elektron top kolbanın dar (boğaz) hissəsində yerləşdirilir və 1 - qızdırılan
katoddan, 2 - idarəedici elektroddan (modul- yatordan) 3 - birinci və 4 - ikinci anoddan ibarətdir. Katod böyük olmayan, qız- dırılma zamanı elektronlar buraxan, içərisi aktivləşdirilmiş təbəqə ilə örtülmüş nikelli silindr şəklində hazırlanmışdır. Adətən EŞB- lərdə
oksidli katodlar tətbiq olunur. İdarəedici elektrod (modulyator) katodun ətrafında yerləşmişdir, dibində balaca deşik (diafraqma) olan nikel silindr şəklində hazırlanıb. Modulyator elektron-idarə olunan lampalardakı tora analoji olaraq işləyir və şüanın cərəyan şiddətini tənzimləmək üçün nəzərdə tutulub. Modulyatora katoda nəzərən 0- 30V həddində mənfi gərginlik verilir. Bu gərginlik hesabına yaranan elektrik sahəsinin təsiri ilə katoddan emissiya olunmuş elektronlar borunun oxuna tərəf sıxılırlar (yönəldilirlər) və
bu elektronlar
Şək.8.3. Elektrostatik idarə etməli elektron-şüa borusu: