• Siyasi funksiya
  • A zərbaycan Respublikası Elm və Təhsil Nazirliyi western caspian university sərbəst iş




    Download 92.62 Kb.
    bet2/3
    Sana18.05.2023
    Hajmi92.62 Kb.
    #61349
    1   2   3
    Bog'liq
    alişah

    Hüquqi funksiya

    Konstitusiya müxtəlif funksiyalara malikdir. Onun əsas funksiyası hüquqi funksiyadır. O, nə qədər müxtəlif sosial hadisələrlə əlaqədar olsa da, konstitusiya hüquq normaları sistemidir və bu bütün hüquq sisteminə xas olan tənzimləmə, qorunma funksiyalarını yerinə yetirir. O həm də qanunvericilik sistemində bütün digər normaların keyfiyyət və xarakterinin müəyyən edilməsi üçün başqa heç bir hüquqi aktın malik olmadığı funksiyanı-hüquq normalarının hüquqauyğunluqlarının qiymətləndirilməsi, müəyyənləşdirilməsi funksiyasını yerinə yetirir.
    Konstitusiyanın hüquqi funksiyasının mahiyyəti ondan ibarətdir ki, o:

    1. Ölkədə yeni hüquq sistemi və hüquq qaydasının (və ya əgər onlar mövcuddursa və prinsipcə saxlanılırsa, onların inkişafında yeni mərhələnin) əsasına çevrilir;

    2. Özü ictimai münasibətləri tənzim edir və birbaşa hüquqi qüvvəyə malik sənəd kimi onların yaranmasının ilkin əsası ola bilər;

    3. Qanunvericiliyin inkişafına və konstitusiyanın ümumi ideyaları və ayrı-ayrı müddəalarını əks etdirən yeni böyük normativ hüquqi aktlar kütləsinin qəbuluna impuls verir.

    Konstitusiya milli hüquq sisteminin ən yüksək hüquqi qüvvəyə malik başlıca mənbəyi olmaqla, bütün hüquqi tənzimetmə sisteminin əsasını təşkil edən normativ hüquqi aktdır və bütün hüquq sistemi üçün ilkin başlanğıcları və rəhbər müddəaları özündə əks etdirir.


      1. Siyasi funksiya

    Konstitusiyasının ikinci funksiyası siyasi sistem ilə bağlı olan siyasi funksiyadır. Konstitusiyanın bu funksiyası hakimiyyətin təşkili və dövlətin əsasları ilə birbaşa bağlıdır. Konstitusiya fərdlərin siyasi sistemində, siyasi durumda davranış qaydalarını müəyyən edir, siyasi qüvvələrin hakimiyyəti əldə etməsinin sivil forma və üsullarını təsbit edir və nəhayət, siyasi partiyaların təşkili və fəaliyyətinin hüquqi əsasını formalaşdırır. Məhz konstitusion normalar bütün siyasi qüvvələr üçün ümumi imperativlər müəyyən edir və siyasi sistemdə bu imperativlərə riayət olunmasına nəzarət edir.
    Konstitusiya həm də siyasi sənəddir. O, siyasi inkişafın nəticəsini, müxtəlif ıctimai-siyasi qüvvələrin maraq və mövqelərinin balansını özündə əks etdirir və cəmiyyətin siyasi sisteminin əsas institutlarmı təsbit edir, dövlət hakimiyyətinin təşkilinin, dövlət-şəxsiyyət münasibətlərinin əsaslarını, bütövlükdə siyasi sistemin fəaliyyət prinsiplərini müəyyən edir. Konstitusiyada bütün əsas siyasi hüquq və azadlıqlar və onların təminatları öz əksini tapır. Həmin hüquq və azadlıqların reallaşdırılması vətəndaşların sosıal-siyasi fəallığınm stimullaşdırılmasına xidmət edir. Konstitusiya dövlət siyasətinin əsas ideya, prinsip və məqsədlərini özündə əks etdirməklə siyasi münasibətlərə tənzimedici təsir göstərir. Konstitusiya sosial sistemin başlıca ünsürlərini bir-biri ilə əlaqələndirir, bu sistemin sabitliyini təmin edir və onun inkişafının əsaslarını müəyyən edir. Əsas qanun insan və vətəndaşlann sosial təminatmın və bütövlükdə dövlətin sosial siyasətinin ən mühüm və prioritet istiqamətlərini özündə əks etdirir, din, səhiyyə, təhsil və s. kimi vacib sosial sahələrin hüquqi tənzimi ib bağlı ilkin və rəhbər müddəalan təsbit edir.



      1. Download 92.62 Kb.
    1   2   3




    Download 92.62 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    A zərbaycan Respublikası Elm və Təhsil Nazirliyi western caspian university sərbəst iş

    Download 92.62 Kb.