• Tərbiyəvi-ideoloji funksiya
  • Ədəbiyyat siyahısı
  • A zərbaycan Respublikası Elm və Təhsil Nazirliyi western caspian university sərbəst iş




    Download 92.62 Kb.
    bet3/3
    Sana18.05.2023
    Hajmi92.62 Kb.
    #61349
    1   2   3
    Bog'liq
    alişah

    Sosial funksiya

    Konstitusiyanın üçüncü funksiyası onun sosial funksiyasıdır. Konstitusiya ölkədəki sosial təbəqələrin ortaq mənafe və maraqlarını aşkara çıxarır. O, sosial sistemin başlıca ünsürlərini bir-birilə əlaqələndirir və onlara hüquq çərçivəsində davranış imkanı verir, onları təşkilatlandırır. Ailə, din kimi sosial təşkilatlara, atalıq, analıq kimi sosial dəyərlərə təsir göstərərək, bütün sosial sistemdə mövcud münasibətlərə təsir edir və yeni dəyərlərin formalaşması üçün zəmin yaradır.
    Konstitusiya sosial sistemin sabitliyini təmin edir, onun inkişafının ümumi əsaslarını müəyyənləşdirir. Təhsil, elm kimi sosial sistemin yaşamasına birbaşa təsir göstərən ünsürlərə təsir etməklə konstitusiya bu sistemin həyatı əhəmiyyətli maraqlarının müdafiəsini öz üzərinə götürmüş olur.


      1. Tərbiyəvi-ideoloji funksiya

    Dördüncü funksiya tərbiyəvi funksiyadır. Bu funksiya, hər şeydən əvvəl, hər bir insanda konstitusiyaya, qanunlara, insan və vətəndaşın hüquq və azadlıqlarına və dövlətə hörmət ruhu aşılayır. O yeni zamanda müəyyən dünyagörüşünü ifadə edir. Tərbiyəvi funksiya həm də insan-cəmiyyət-dövlət münasibətlərinin qarşılıqlı əlaqəsini və onların məsuliyyətini müəyyən etməkdə böyük rol oynayır. Konstitusiyanın tərbiyəvi funksiyasından danışarkən «12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya günü»nün qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanını qeyd etmək yerinə düşərdi. Bu fərmanda Azərbaycanda 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində müstəqil

    Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsinin Azərbaycanın milli dövlətçiliyi tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, kütləvi informasiya vasitələrində Konstitusiyanın mahiyyətini işıqlandıran materialların dərc olunması, elm və təhsil müəssisələrində hər il Konstitusiyanın öyrənilməsi və izahı ilə bağlı elmi-nəzəri konfransların və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.


    Konstitusiya ideoloji sənəd kimi demokratik institutları və ümumbəşəri dəyərləri özündə əks etdirir. Bu dəyərlər, demokratik ideologiyanın əsası kimi, Konstitusiya ilə qorunur. Konstitusiya cəmiyyətin mənəvi həyatına təsir göstərir, xalqın hüquqi şüurunun və dünyagörüşünün formalaşmasında mühüm rol oynayır.
    Konstitusiya insan hüquqları, demokratiya, ailə və s. Kimi cəmiyyətdə hamılıqla qəbul edilmiş dəyərləri əks etdirərək, insanları bu dəyərlər naminə Konstitusion göstərişlərə əməl etməyə inandırır.
    Konstitusiyanın ideoloji funksiyası onu ifadə edir ki, konstitusiya xüsusi dünyagörüşünü əks etdirməklə, dövlət hakimiyyətinin fəlsəfəsini təşkil edir: mühüm dəyərləri -insan və vətəndaş hüquq və azadlıqlarını, siyasi plüralizmi, mülkiyyət formalarmın müxtəlifliyi və hüquqi bərabərliyini, hakimiyyətin hüquqla məhdudlaşmasını və digər hamılıqla tanınmış demokratik dəyərləri elan edir və qoruyur, müəyyən ideologiyanı – dövlət və ictimai quruluşa dair ideya və baxışlar sistemini məcmu halında nəzərdə tutur. Konstitusiyanm mütləq ideologiyasızlaşdırılması qeyri-mümkündür.
    Tərbiyəvi-ideoloji funksiyanın əsas əhəmiyyəti Konstitusiyanın müəyyən siyasi və hüquqi ideyaların, təsəvvürlərin və dəyərlərin yayılması və təsbiti yolu ilə cəmiyyətin mənəvi həyatına təsir göstərmək imkamnda təzahür edir.

    Konstitusiyanın beşinci funksiyası iqtisadi funksiyadır. Konstitusiya xüsusi, dövlət və bələdiyyə mülkiyyət formalarını elan və müdafiə edir.


    Bəzən Konstitusiyanın təsisedici və təşkilati funksiyaları da fərqbndirilərək Əsas Qanunun funksiyalarının dairəsi aşağıdakı kimi müəyyən edilir:
    1) təsisedici funksiya – hüquqi dövlətin inkişafı üçün əsas;
    2) təşkilati funksiya – dövlətin inkişafı üçün zəruri olan yeni vəzifə və istiqamətlərin müəyyənləşdirilməsi;
    3) xarici siyasi funksiya – beynəlxalq siyasi fəaliyyət üçün əsas;
    4) ideoloji funksiya – müəyyən siyasitəlim, məsələn, SSRİ konstitusiyalarının kommunist xarakteri;
    5) hüquqi funksiya
    Konstitusiya hüquq ədəbiyyatmın və konstitusiya qanunvericilıyinin normalarmın təhlili əsasmda Konstitusiyanın aşağıdakı funksiyalarının fərqləndirilməsini məqsədəmüvafüq hesab edirik:
    - hüquqi funksiya;
    - siyasi funksiya;
    - sosial funksiya;
    - tərbiyəvi-ideoloji funksiya;
    - təsisedici funksiya;
    - inteqrasiya funksiyası;
    - humanitar funksiya;
    - kollizion funksiya.

    Təsisedici funksiya cəmiyyətin mühüm institutlannm müəyyən edilməsində və onlara ictimai-hüquqi forma verilməsində ifadə olunur. Konstitusiyada dövlət hakimiyyəti orqanlarınm və konstitusiya hüququnun digər subyektlərinin hüquq və vəzifələrinin dairəsi müəyyən edilir.


    Konstitusiya cəmiyyətin həyatında köklü dəyişikliklər nəticəsində meydana çıxır və onun gələcək inkişafınm siyasi və hüquqi əsasını təşkil edir. Konstitusiyanm təsisedici rolu onda ifadə olunur ki, birincisi, o, qəbul edildiyi zaman cəmiyyətdə formalaşmış olan ictimai münasibətlər sistemini təsbit edir, ikincisi, yüksək qanunvericilik dəstəyi olmadan hamılıqla tanınması mümkün olmayan yeni ictimai münasibətlərin təzahür etməsinə zəmin yaratmaqla, siyasi-hüquqi inkişafın proqressiv tendensiyalarını qanuniləşdirir. Yəni konstitusiya mövcud münasibətləri təsbit etməklə yanaşı, cəmiyyətdə artıq yetişən, lakin zəruri hüquqi baza olmadığı üçün təzahür edə bilməyən yeni münasibətlərin meydana çıxması üçün zəmin yaradır. Bu baxımdan, konstitusiyanın təsisedici funksiyası həm bütövlükdə ictimai (siyasi) sistemə, həm də konkret dövlət-hüquq institutlanna və təsisatlarına münasibətdə özünü göstərə bilər.
    Konstitusiya inteqrasiya funksiyasını yerinə yetirərək, dövlətin və cəmiyyətin bütövlüyünü, vəhdətini və bölünməzliyini təmin edir.
    Humanitar funksiyanm mahiyyəti ondan ibarətdir ki, Konstitusiya sivil cəmiyyət üçün xarakterik olan ümumbəşəri dəyərbri, hüquq və azadlıqları təsbit edir, beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsiplərini dövlətin hüquq sisteminin tərkib hissəsi elan edir.
    Kollizion funksiya normativ hüquqi aktlar arasında yaranan ziddiyyətləri həll etməyə və aradan qaldırmağa xidmət edir.
    Beləlilkə, yuxarıda qeyd edilənləri ümumiləşdirərək aşağıdakı nəticələrə gələ bib5rik:

    1. Konstitusiyanm cəmiyyətdəki əhəmiyyəti onun daşıdığı funksiyalar vasitəsi ilə reallaşır. Funksiyalar konstitusiyanm mahiyyətini, sosial təyinatını, konstitusion normalarını və institutların spesifik cəhətlərini özündə əks etdirir.

    Konstitusiya hüquq ədəbiyyatınm və konstitusiya qanunvericiliyinin normalannın təhlili əsasında Konstitusiyanm aşağıdakı funksiyalarınm fərqləndirilməsini məqsədə-müvafiq hesab edirik:
    - hüquqi funksiya;
    - siyasi funksiya;
    - sosial funksiya;
    - tərbiyəvi-ideoloji funksiya
    - təsisedici funksiya;
    - inteqrasiya funksiyasi;
    - humanitar funksiya;
    - kollizion funksiya.

    Səlahiyyətverici funksiya – Onun təyinatı müəyyən kateqoriya hüquq subyektlərinin hüquqi statusunun əsaslarını müəyyən etməkdən və onlar arasında əlaqələrin təmin edilməsindən ibarətdir. Belə funksional yükü iştirakçıların hüquqlarını və onlara dair pozitiv tələbləri nəzərdə tutan konstitusion göstərişlər daşıyır.


    Mühafizəedici funksiya – konstitusiyanı onun normalarının dövlətin əsaslarının, cəmiyyət və dövlət institutlarının müdafiəsinə yönəlməsi baxımından xarakterizə edir. Bu funksiya özündə qanunçuluq prinsipinin təsbit edilməsində ifadə olunur. Bu funksiya konstitusion münasibətlər sisteminin mühafizəsi və müdafiəsi üsullarının, bir saıra hallarda isə konkret sanksiyaların müəyyən edilməsində təzahür edir.
    Sistemyaradıcı funksiyası – Bu funksiya konstitusiya hüququnun digər hüquq sahələrinə təsiri ilə bağlıdır. Bu funksiyanın zahiri aspekti onda təzahür edir ki, konstitusion hüquq normaları hüquq sisteminin, onun sahələrinin tələblərinin müasir beynəlxalq hüququn imperativ normalarına uyğunluğunu təmin edir, beynəlxalq hüquq normalarının milli hüquq sisteminə implementasiya (gətirilməsi) qaydasını göstərir.

    Azərbaycan Respublikasının Konstitusiyasının hüquqi xüsusiyyətləri


    Aşağıdakılardır:


    1. Azərbaycan Respublikasının Konstitusiyası xalqın iradəsini ifadə edir. Konstitusiya xalq tərəfindən qəbul edilir. Onu da qeyd etmək lazımdır ki, konstitusiya digər üsullarla da qəbul olunur. Konstitusiya parlament tərəfindən

    Xalqa bəxş edilir (mütləq monarxiyalarda). Lakin bu demokratik konstitusiyalar üçün xarakterik deyildir.


    1. Konstitusiyanın təsisedici xarakterə malik olması. Konstitusiyalar cəmiyyət, dövlət və şəxsiyyət arasındakı əsas əlaqələrin özəyini qurur. O, əsas sosial-siyasi institutlara verilən tələbləri müəyyən etməklə onları formalaşdırır və bununla da, belə demək mümkünsə, bütün sistemin əsasını təşkil edir. O, qanunvericilik sisteminin yaradılması və dəyişdirilməsi qaydalarını, onun məzmununu müəyyən edir. Bir sözlə, konstitusiya mövcud sistemin ən əsas xüsusiyyətlərini müəyyən etməklə sistemin necə olduğunu və necə olmalı olduğunu ortaya qoyur.

    2. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının Qanunvericilik sisteminin əsasıdır. Konstitusiya cari qanunvericiliyin hüquqi bazasını təşkil edir və onun xarakterini müəyyənləşdirir. Konstitusiya prinsipləri və normaları əsasında qanunlar və qanun qüvvəli aktlar işlənib hazırlanır və təkmilləşdirilir. Məsələn, mülkiyyət hüququ bütün iqtisadi sistem üçün müstəsna əhəmiyyətə malik olmaqla onun çıxış nöqtəsini təşkil edir. Seçki sistemi siyasi sistemin əsasını təşkil edən çox mühüm elementlərdən birdir. Elə buna görə də konstitusion normalar bir çox hallarda konkret olmur və aid olduğu məsələnin ən əsas tərəflərini müəyyən edir.



    1. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr Konstitusiyaya zidd olmamalıdır.



    1. Azərbaycan Respublikasının Konstitusiyası xüsusi qaydada mühafizə olunur. Konstitusiyanın mühafizəsində xüsusi rol Konstitusiya Məhkəməsinə verilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasında qəbul olunan normativ-aktların və dövlətimizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğu məsələlərini həll edir.



    1. Azərbaycan Respublikasının Konstitusiyasında xüsusi qaydada dəyişikliklər və əlavələr qəbul edilir. Belə ki, konstitusiyanın qəbulu və dəyişdirilməsinin, ona əlavələr edilməsinin xüsusi qaydaları vardır.

    Konstitusiyanın yuxarıda göstərilən xüsusiyyətlərindən doğan ayrıca hüquqi xassələri də mövcuddur. Bunlara legitimlik, reallıq və stabillik xassələri aiddir.


    Konstitusiyanın legitimliyi dedikdə aşağıdakılar nəzərdə tutulur:

    1. Konstitusiyanın xalq tərəfindən seçilmiş ali nümayəndəli hakimiyyət orqanı tərəfindən qəbul edilməsi.

    2. Ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilməsi (Azərbaycan Respublikasının Konstitusiyası).

    3. Xüsusi təsis yığıncağı tərəfindən qəbul eedilməsi

    Konstitusiyanın reallıq xassəsinə aşağıdakılar daxildir:

    1. Konstitusiya müddəalarının nizama saldığı ictimai münasibətlərin xarakterinə uyğun gəlməsi.

    2. Konkret tarixi şəraitdə, tarixi, siyasi, etnoqrafik, iqtisadi xüsusiyyətlərin nəzərə alınması.

    3. Konstitusiya müddəalarının sosial nəticələrini əvvəlcədən görməsi (məqsəd və nəticə).

    4. Konstitusiyanın real təminat verməsi.

    Qeyd etdiyimiz kimi, Konstitusiyanın hüquqi xassələrindən biri də onun sabitliyidir. Konstitusiya uzun müddət üçün nəzərdə tutulan normativ-hüquqi sənəd olduğuna görə o, konstitusion tənzimlənmənin obyekti olan ictimai münasibətlərə məqsədyönlü təsir etməlidir. Bunun üçün cəmiyyətdə aşağıdakı şərtlərin olması zəruridir:

    1. Qanunçuluq rejiminə ciddi əməl olunmalıdır.

    2. Hər hansı hüquq pozuntusuna qarşı dözümsüzlük tərbiyə edilməlidir.

    3. Konstitusiyanın səmərəli müdafiə mexanizmi olmalıdır.


    Ədəbiyyat siyahısı


    1. Azərbaycan Respublikasının Konstitusiyası, Bakı-2019

    2. Yunis Xəlilov-Azərbaycan Respublikasının Konstitusiyasına dair 555 sual – 555 cavab, Bakı-2008

    3. İ. Jəfərov, Azərbaycan Respublikası Konstitusiyasının şərhi. Bakı-2010.

    4. Z. Əsgərov, «Konstitusiya hüququ» (dərslik). Bakı, 2010.



    Download 92.62 Kb.
    1   2   3




    Download 92.62 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    A zərbaycan Respublikası Elm və Təhsil Nazirliyi western caspian university sərbəst iş

    Download 92.62 Kb.