Üçfazlı mühərrikin reversiv idarəetmə sxemi




Download 161.5 Kb.
bet4/4
Sana22.05.2022
Hajmi161.5 Kb.
#21639
1   2   3   4
Bog'liq
sənaye avtomatlaşdırılması
Transmitter hərfi mənada
Üçfazlı mühərrikin reversiv idarəetmə sxemi

Üçfazalı mühərrikin rotorunun fırlanma istiqamətini dəyişmək üçün istənilən iki fazanın mühərrikə qoşulma yerini dəyişmək kifayətdir. İdarəetmə sxemi aşağıdakı tələbatları ödəməlidir:



  1. Mühərrikin istənilən vəziyyətində (sükunət və ya işçi) D1 və D2 düymələrinin eyni zamanda sıxılması onun vəziyyətinə təsir etmir;

  2. Mühərrikin işçi vəziyyətində D1 və ya D2 düymələrinin sıxılması onun vəziyyətinə təsir etmir;

  3. Mühərrikin rotorunun fırlanma istiqamətini dəyimək üçün ilk növbədə onu dayandırmaq lazımdır.

Bu tələbatları təmin edən idarəetmə sisteminin sxemi şəkil 3-də verilmişdir.

Şəkil 3. Üçfazlı mühərrikin reversiv idarəetmə sxemi

Şəkildə: F1, F2, F3 - faza xətləri, 0 – sıfır xətti, D1 və D2 mühərrikin (M) rotorunun şərti düz və əks istiqamətdə fırlanması üçün işəburaxma, D3 dayandırma düymələridir.


Sxem işi aşağıdakı kimidir: D1 düyməsi qısa müddətə sıxıldıqda R1 relesi işə düşərək özünün na R1 kontaktlarını qapayır və nb kontaktlarını açır. R1 relesini dövrəsindəki R1 kontaktı D1 düyməsi­ni sığortalayaraq relenin işçi vəziyyətdə qalmasını təmin edir. R2 relesinin dövrəsindəki nb R1 kontaktı açılaraq həmin relenin işəburaxılmasına imkan vermir (bloklayır). Mühərrik dövrəsindəki R1 kontaktları onu fazalara qoşaraq işə salır. D3 düyməsi sıxıldıqda R1 relesini dövrəsi qırılır və onun na kontaktları açılır, nb kontaktları qapanır. Analoji olaraq D2 düyməsi sıxıldıqda mühərrik əks istiqamətdə işə düşür. Sxemdən göründüyü kimi mühərrik dövrəsindəki R1 və R2 kontaktları F3 fazasını sabit saxlayıb, F1 və F2 fazalarını dəyişirlər.
İdarəetmə sisteminə qoyulan tələbatlar aşağıdakı kimi təmin edilir:

  1. D1 və D2 düymələri eyni zamanda sıxıldıqda onların nb kontaktları açılaraq bir-birinin dövrəsini qırır. Mühərrik sükunətdə olduqda o, işə düşmür. Mühərrik işçi vəziyyətdə olduqda isə işləyən relenin öz dövrəsindəki kontakt qapalı olduğu üçün mühərrik işçi vəziyyətdə qalır;

  2. Mühərrik düz istiqamətdə işlədikdə R2 relesinin dövrəsindəki nb R1 kontaktı açıq olduğu üçün D2 düyməsi sıxıldıqda R2 relesi işə dümür. Mühərrik əks istiqamətdə işlədikdə uyğun bloklamanı R1 relesinin dövrəsindəki nb R2 kontaktı yerinə yetirir.

  3. Bu tələbat 1-ci tələbatda göstərilən səbəblədən təmin edilir. Yəni mühərrik işçi vəziyyətdə olduqda D1 və ya D2 düymələrinin sıxılması onun işinə təsir etmir, yalnız D3 düyməsi sıxıldıqda mühərrik dayanır və bundan sonra işəsalma düymələri ilə mühərriki bu və ya digər istiqamətdə işə salmaq olar.

Download 161.5 Kb.
1   2   3   4




Download 161.5 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Üçfazlı mühərrikin reversiv idarəetmə sxemi

Download 161.5 Kb.