• Yalnız tənzimləmə funksiyasını yerinə yetirən kontrollerli idarəetmə sistemlərində funksional sxemlərin tərtib edilməsi
  • Avtomatlaşdırılmıış idarəetmə sistemlərinin




    Download 161.5 Kb.
    bet2/4
    Sana22.05.2022
    Hajmi161.5 Kb.
    #21639
    1   2   3   4
    Bog'liq
    sənaye avtomatlaşdırılması
    Transmitter hərfi mənada
    proqramlı idarəetmə periodik proseslərdə istifadə edilən avadanlıqların qoşulması və açılmasını əvvəlcədən verilmiş proqram üzrə təmin edir.

  • Siqnallama bu və ya digər hadisələr haqqında səs və/və ya işıq vasitəsilə operativ personalı xəbərdar edir. Siqnallamanın müxtəlif növləri vardır:

  • texnoloji siqnallama özü xəbərdarlıqqəza siqnallarına bölünür:

  • xəbərdarlıq siqnalı parametrlərin buraxıla bilən həddən meyl etməsi və qəzaya səbəb ola bilməsi haqqında verilir;

  • qəza siqnalı parametrin icazə verilməyən qiymət alması və hər hansı bir aparatın qəza vəziyyətində olması haqqında verilir.

  • vəziyyət siqnalı avadanlıqların bu və ya digər vəziyyətdə (nasos işləyir və ya işləmir) olması haqqında verilir.

  • avtomatik bloklama (sığortalama) avadanlıqların işəsalma ardıcıllığının pozulmasının qarşısını alır.

  • avtomatik mühafizə qəza hallarının qarşısını alır.

  • avtomatlaşdırılmış işəsalma və saxlama prosesin hər hansı bir səbəbdən (məs.təmir) dayandırıldıqdan sonra yenidən işə salınması və zəruri olduqda (məs.təmirə) dayandırılmasını təmin edir. Adətən bu proseslər operativ personalın və texniki vəsaitlərin birgə fəaliyyəti ilə həyata keçirilir.

  • müxtəlif hesablama məsələlərinin həlli. Buraya optimallaşdırma, texniki-iqtisadi göstəricilərin təyini, gündəlik hesabat, material balansının hesabı, yuxarı idarəetmə səviyyəsinə (MAİS) məlumatın hazırlanması və s.



    Yalnız tənzimləmə funksiyasını yerinə yetirən kontrollerli idarəetmə sistemlərində funksional
    sxemlərin tərtib edilməsi

    Şəkil 2-də kontrollerin yalnız tənzimləmə funsiyasını yerinə yetirdiyi funksional sxem verilmişdir. Digər funksiyaları analoq cihazlar şəkil 1-dəki kimi yerinə yetirir. Tənzimlənən kəmiyyətlərin cari qiymətləri kontrollerə analoq rəqəm çeviricilər (Aİ), kontrollerdən çıxan ədədi tənzimləyici kəmiyyətlər rəqəm-analoq çeviricilər (AO) və elektropnevmatik çeviricilər (E/P) vasi­təsilə icra mexanizmlərinə verilir.





    Şəkil 2 Kontrollerin yalnız tənzimləmə funksiyası ilə


    avtomatlaşdırmanın funksional sxemi

    Şəkildən göründüyü kimi tənzimlənən kəmiyyətlərlə icra mexnizmləri arasında birbaşa əlaqə görünmür. Əlaqələr yalnız, cihazların mövqe nömrələrinə əsasən müəyyən edilir. Kontrolerli avtomatlaşdırma sistemlərində bir çox hallarada Aİ, AO, Dİ (diskret siqnalları daxil etmə) və DO (diskret siqnalları obyektə ötürmə) modullarının konkret tipiləri göstərilir. Əgər, məsələn, analoq-rəqəm çeviricinin iki tipindən istifadə edilirsə, onda onların hər ikisi sxemdə onlara aid parametrlərin sayı göstərilməklə təsvir edilir.


    Şəkil 2.6 və şəkil 2.7 arasında müqayisəni asanlaş­dırmaq məqsədilə ­ eyni təyinatlı cihazlar hər iki şəkildə eyni mövqe nömrələri ilə verilmişdir.

    Download 161.5 Kb.
  • 1   2   3   4




    Download 161.5 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Avtomatlaşdırılmıış idarəetmə sistemlərinin

    Download 161.5 Kb.