• Kontrollerli avtomatlaşdırma sistemində siqnallama
  • Temperaturun kaskad tənzimlənməsi




    Download 161.5 Kb.
    bet3/4
    Sana22.05.2022
    Hajmi161.5 Kb.
    #21639
    1   2   3   4
    Bog'liq
    sənaye avtomatlaşdırılması
    Transmitter hərfi mənada
    Temperaturun kaskad tənzimlənməsi

    İstidəyişdiricinin çıxışında temperaturun qızdırıcı (soyuducu) agentin sərfi ilə müxtəlif kaskad tənzimləmə sxemləri şəkil 1-də verilmişdir:


    a – temperaturun 1a termometri (TE), 2a daraldıcı quruluş (FE), 1b normallaşdırıcı (TY-E/E), 1c elektropnevmatik (TY-E/P) çevirici­lə­ri, 1d və 2b ikinci cihazları (TİRK, FİR), 1e və 2c tənzimləyiciləri (TC, FC) və 2d icra mexanizmi ilə tənzimlənməsi;



    Şəkil 1. Temperaturun analoq (a), analoq-rəqəmsal (b)
    və rəqəmsal (c) vasitələrlə kaskad tənzimlənməsi
    b - temperaturun 1a termometri (TE), 2a daraldıcı quruluş (FE), 1b pnevmoelektrik (FY-P/E), 2c elektropnevmatik (FY-E/P) çevirici və 2d icra mexanizmi ilə tənzimlənməsi. Analoq-rəqəm (Aİ) və rəqəm-analoq (AO), tənzimləyicilər (C) PMK-da, virtual göstərən (İ) və tapşırıqverici (K) OP-də reallaşdırılmışdır;
    c - temperaturun 1a rəqəmsal termometri (TE), 2a rəqəmsal sərfölçən (FE) və 2d icra mexanizmi ilə tənzimlənməsi. Tənzimləyicilər (C) PMK-da, virtual göstərən (İ) və tapşırıqverici (K) OP-də reallaşdırılmışdır.


    Kontrollerli avtomatlaşdırma sistemində siqnallama

    Kontrollerli avtomatlaşdırma sistemində (KAS) siqnallamanın funksiya­sı klassik sistemdə olduğu kimi qalsa da, texniki reallaşdırılması tamamilə fərqlidir. Məlum olduğu kimi klassik avtomatlaşdırma sistemindəki böyük sahəli operator zalı və mərkəzi nəzarət lövhəsi KAS-da dəfələrlə kiçik sahəli operator məntəqəsi və monitorla əvəz edilir. Mərkəzi nəzarət lövhəsindəki texniki vəsatlər monitorda virtual vasitələrlə əvəz olunur. Klassik sistemdə texnoloji siqnallama bir qayda olaraq parametrin yalnız texnoloji reqlamentdən çıxmasını bildirirdisə, KAS-da texnoloji siqnallamanın imkanları daha genişdir: siqnallanan parametrin müxtəlif hədlərində həmin parametrin qiymətini göstərən virtual cihaz müxtəlif rəng ala və müxtəlif işıqlana (sabit və ya döyünərək) bilər. Bunun üçün heç bir texniki və ya proqram vəsaiti tələb olunmur. Bütün bu işlər operator panelinin ekran elemenlərinin xassələrinin verilməsi ilə yerinə yetirilir.


    Bununla belə, operator panelinin hər hansı bir parametrin reqlamentdən çıxmasını səs siqnalı ilə bildirən imkanı yoxdur. Bu məqsədlə sistemə əlavə olaraq adi zəng qoşulur və onu kontroller idarə edir. Siqnallanan parametrlərin reqlamentdən çıxmasını yoxlamaq, zəngi səsləndirmək, zəngi şöndürmək üçün proqramdan istifadə edilir. LAD dilində iki parametr üçün proqram şəkil 1-də verilmişdir. Proqramı istənilən sayda parametrə tətbiq etmək öçün Network 3 hər bir yeni parametr üçün uyğun dəyişənlərlə tirajlan­malı, Network 4-ə isə bir sətir əlavə edilməlidir.
    Təqdim edilən proqram siqnallamanın operator panelində siqnalanan parametrin cari qiymətini göstərən virtual cihazın rənginin dəyişməsini nəzərə almaqla tərtib edilmişdir, daha doğrusu proqram yalnız zəngin çalınması və onun söndürülməsi üçün nəzərdə tutulmuşdur. Virtual cihazın rənginin dəyişdirilməsi isə ekran elementləri yaradılarkən uyğun virtual cihazın xassəri verilməklə nəzərə alınmalıdır. Baxılan proqram hər bir parametrin aşağı və yuxarı həddən çıxmasını bir parametr kimi nəzərə almaqla işləyir.



    Şəkil 1. İki parametrə görə zəngi səsləndirmə proqramı

    Şəkildə: y1y2 siqnallanan texnoloji parametrlər; y1min, y1max. y2min, y2max uyğun olaraq onların aşağı və yuxarı hədd qiymətləri­dir.


    Siqnallama proqramının işi: fərz edək ki, y1 parametri özünün aşağı və ya yuxarı həddinə çatmış və ya onu keçmişdir. Bu zaman p1 konnektoru “1” qiymət alır (Network 2) və onun Network4 -dəki p1 kontaktı qapanaraq zəngi səsləndirən diskret çıxışı (zeng) işə salır. Səngi susdurmaq üçün operator panelindəki susdurma düyməsi sıxıldıqda zsus konkaktı qapanır (Network 1) və R relesi (proqramda konnektor) işə düşərək özünün Network 2-dəki R kontaktını qapayır. Həmin dövrədəki k1 relesi (proqramda konnektor) işə düşərək həm öz dövrəsindəki na k1 kontaktını qapayaraq R kontaktını sığortalayır, zeng dövrəsindəki nb k1 kontaktını açaraq zəngi söndürür. Network 4 -dəki zyok kontaktı kontaktı zəngin işləmə qabiliyyətinin yoxlanması üçündür.
    Əgər operator panelində siqnallama virtual lampalarla yerinə yetrilirsə, onda proqram zəngi idarə etməklə yanaşı həmin lampaları da idarə edir – yandırır və söndürür. Bu halda hər hansı bir texnoloji parametrin aşağı və yuxarı həddən çıxmasının siqnallanması iki siqnallanan parametr hesab edilir. Şəkil 2-də bir texnoloji paramet­rin aşağı və yuxarı həddən çıxmasını siqnallayan LAD proqramı verilmişdir. Proqramı istənilən sayda texnoloji parametrin sinallanmasına tətbiq edilməsi üçün hər bir parametr üçün Network 2 və Network 3 uyğun dəyişənlərlə tirajlanmalı, Network 4-ə isə iki sətir əlavə edilməlidir.



    Şəkil 2. Bir parametrin reqlament həddindən çıxmasını
    siqnallama proqramı

    Bu proqramın işi də əvvəlki kimidr. Fərq paramrn aşağı və yxarı hədlərdən çıxmasının ayrılıqda baxılması və ki releləri və onların na ki kontaktlarına paralel virtual lampa ilə bağlı olan konnekto­runun qoşulmasıdır.


    Virtual lampalarla siqnallama virtual göstərən cihazlarda rənglərdən istifadə edilməsinə mane olmur.
    Vəziyyət siqnallanması operator panelində virtual lampa vasitəsilə yerinə yetirilir. Virtual lampa ilə siqnallama ekran elementləri yaradılarkən lampa kimi lstifadə edilən dairə və ya digər qapalı fiqurun animasiyası ilə yerinə yetirilir və heç bir kontroller proqramı tələb etmir.



    Download 161.5 Kb.
    1   2   3   4




    Download 161.5 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Temperaturun kaskad tənzimlənməsi

    Download 161.5 Kb.