«Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları»na 1 nömrəli əlavə




Download 1.82 Mb.
bet3/19
Sana24.03.2017
Hajmi1.82 Mb.
#1548
TuriQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   19
2. Tərəflərin vəzifələri
2.1. İcarəyə verən (fraxtverən):

2.1.1. bu Müqavilənin qüvvədə olduğu müddətdə icarəyə götürdüyü nəqliyyat vasitəsini saz (işlək) vəziyyətdə saxlamağı, ona texniki xidmət göstərməyi, onun cari və əsaslı təmirini yerinə yetirməyi və icarəçiyə (fraxtedənə) lazım olan avadanlığı təqdim etməyi;

2.1.2. bu Müqavilənin 1.5-ci bəndində göstərilən məqsədlərə uyğun olaraq, icarəçiyə (fraxtedənə) avtonəqliyyat vasitəsinin təhlükəsiz istismarını təmin etməklə, onun idarə olunması və texniki cəhətdən istismarı ilə bağlı xidmətlər göstərməyi;

2.1.3. avtonəqliyyat vasitələrini bu müqavilənin şərtlərini yerinə yetirmək üçün tələb olunan sayda müvafiq dərəcəli sürücü ilə təmin etməyi;

2.1.4. avtonəqliyyat vasitəsinin kommersiya baxımından istismarı ilə bağlı yaranan xərcləri ödəməyi;

2.1.5. avtonəqliyyat vasitəsini və digər avtonəqliyyat vasitələri tərəfindən dəymiş zərərə görə və ya onun istismarı ilə bağlı məsuliyyəti sığorta etməyi öhdəsinə götürür.

2.2. İcarəçi (fraxtedən):

2.2.1. bu Müqavilənin 1.3-cü və 1.4-cü bəndlərində nəzərdə tutulmuş miqdarda, qaydada və müddətdə avtonəqliyyat vasitəsindən istifadəyə görə icarə haqqını ödəməyi;

2.2.2. icarəyə götürülmüş (fraxt edilmiş) avtonəqliyyat vasitəsinin kommersiya baxımından istismarının həyata keçirilməsi ilə bağlı öz adından üçüncü şəxslərlə daşıma müqaviləsi və digər müqavilələr bağlamamağı öhdəsinə götürür.



Download 1.82 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   19




Download 1.82 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



«Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları»na 1 nömrəli əlavə

Download 1.82 Mb.