• ALLOXOL
  • Farmakoterapevtik qrupu
  • İstifadəsinə göstərişlər
  • Ehtiyatla
  • İstifadə qaydası və dozası
  • Əlavə təsirləri
  • Saxlanma şəraiti
  • Alloxol örtüklü tabletlər allochol tərkibi




    Download 18,13 Kb.
    Sana31.12.2019
    Hajmi18,13 Kb.
    #6943

    TƏSDİQ EDİLMİŞDİR

    Azərbaycan Respublikası

    Səhiyyə Nazirliyi

    Farmakoloji və Farmakopeya

    Ekspert Şurasının sədri
    _______________ E.M.Ağayev
    “___”___________2014-cü il

    Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)



    ALLOXOL örtüklü tabletlər

    ALLOCHOL
    Tərkibi



    Təsiredici maddələr: 1tabletin tərkibində 80 mq iribuynuzlu heyvanın quru ödü, 40 mq qurudulmuş

    sarımsaq; 25 mq aktivləşdirilmiş kömür, 5 mq gicitkən yarpaqları vardır.



    Köməkçi maddələr: nüvə: maqnezium oksid, kartof nişastası, talk, silisium 4-oksid kolloidli (aerosil),

    kalsium stearat.

    Örtük: saxaroza (şəkər)-164 mq, maqnezium hidroksikarbonat (əsasi maqnezium karbo-

    nat), kolloidal silisium dioksid (aerosil), titan dioksid, povidon

    (polivinilpirrolidon), talk, rəngləyici tropeolin O, arı mumu.

    Təsviri

    Girdə, ikitərəfi qabarıq, açıq-sarı rəngli örtüklü tabletlər. Köndələn kəsikdə 3 qat görünür: nüvə-boz-qara rəngli, xallı, orta qat-ağ rəngli, xarici qat-açıq-sarı rəngli.


    Farmakoterapevtik qrupu

    Ödqovucu vasitə.



    ATC kodu: A05AX.
    Farmakoloji xüsusiyyətləri

    Farmakodinamikası

    Ödqovucu (xolekinetik və xoleretik) vasitə, bağırsaqda çürümə və qıcqırma proseslərini azaldır. Qaraciyər hüceyrələrinin sekretor funksiyasını gücləndirir, mədə-bağırsaq traktı üzvlərinin sekretor və hərəki aktivliyini reflektor artırır. Öd və öd turşularının əmələ gəlməsini gücləndirir.

    Ödün təsiri qaraciyər parenximasının sekretor funksiyasına reflektor təsirlə bağlıdır. Öd həmçinin mədə bağırsaq traktının sekretor və hərəki funksiyasını gücləndirir.

    Sarımsağın tərkibindəki maddələr mədə-bağırsaq traktının sekretor və hərəki funksiyasını gücləndirir, ödün sekresiyasını stimullaşdırır.

    Gicitkən yarpaqları ödqovucu və iltihabəleyhinə təsirə malikdir.

    Aktivləşdirilmiş kömür mədə-bağırsaq traktında toksik maddələri birləşdirən adsorbentdir.



    Farmakokinetikası

    Alloxol mədə-bağırsaq yolundan yaxşı sorulur. Alloxolun tərkibindəki xol və xenodezoksixol turşusu qaraciyərdə metabolizmə uğrayır; aminturşularla birləşir, ödə sekresiya olunur, oradan isə yenidən bağırsağa ifraz olunur, sonra isə qismən reabsorbsiya olunur, digər hissəsi isə bağırsaq vasitəsilə xaric olur.



    İstifadəsinə göstərişlər

    Xronik reaktiv hepatit, xolangit, qeyri-kalkulyoz (daşsız) xolesistit, ödqovucu yolların hipokinetik tipli diskineziyası, atonik qəbzlik, postxolesistektomik sindrom zamanı kompleks müalicənin tərkibində istifadə olunur.


    Əks göstərişlər

    Hiperhəssaslıq, kalkulyoz xolesistit, obturasion sarılıq, kəskin hepatit, qaraciyərin kəskin və yarımkəskin distrofiyası, mədə və 12-barmaq bağırsağın xora xəstəliyi (kəskinləşmə mərhələsində), kəskin pankreatit, 12 yaşa qədər uşaq yaş dövrü, saxaroza/izomaltoza çatışmazlığı, fruktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası (tərkibində saxaroza olduğu üçün).


    Ehtiyatla

    Şəkərli diabet (preparatın tərkibində saxaroza var).


    Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

    Alüminium-hidroksid, kolestiramin, kolestipol preparatın absorbsiyasını aşağı salır və effektini azaldır.

    Birgə istifadəsi məqsədəuygun deyil.
    İstifadə qaydası və dozası

    3-4 həftə ərzində, sutkada 3-4 dəfə yeməkdən sonra 1-2 tablet daxilə qəbul edilir.

    12 yaşdan yuxarı uşaqlarda -3-4 həftə ərzində gündə 3 dəfə 1 tablet (yeməkdən sonra).

    Təkrar kurslar 3 ay fasilə ilə aparılır.


    Əlavə təsirləri

    İshal, allergik reaksiyalar, qan zərdabında “qaraciyər” transaminazalarının aktivliyinin artması.


    Doza həddinin aşılması

    İshal, ürəkbulanma, qıcqırma, qaşınma mümkündür. Müalicə simptomatikdir.


    Buraxılış forması

    Örtüklü tabletlər.

    50 tablet, polimer bankada.

    10 və ya 50 tablet, konturlu-yuvalı qablaşdırmada.

    Hər birində 10 tablet olmaqla, 2 və ya 5 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

    1200 (10 tablet olmaqla) və ya 280 (50 tablet olmaqla) konturlu-yuvalı qablaşdırma və ya 80 banka bərabər sayda içlik vərəqələrlə birlikdə karton qutuya qablaşdırılır.


    Saxlanma şəraiti

    25ºC-dən yuxarı olmayan temperaturda, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.


    Yararlılıq müddəti

    4 il.


    Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
    Aptekdən buraxılma şərti

    Reseptsiz buraxılır.


    İstehsalçı

    “İrbitskiy kimya-əczaçılıq zavodu” ASC



    623856, Sverdlovsk vil., İrbit şəh., Kirov küç., 172

    Tel.: (343-55) 3-60-90; faks: (343-55) 3-60-73
    Download 18,13 Kb.




    Download 18,13 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Alloxol örtüklü tabletlər allochol tərkibi

    Download 18,13 Kb.