|
Pedaqoji anlayışlar lüğəti
|
bet | 3/85 | Sana | 04.04.2017 | Hajmi | 339 Kb. | | #2977 | Turi | Referat |
PEŞƏ MƏKTƏBİ – bir sıra təhsil müəssisələrinin – texniki-peşə, xüsusi orta, bəzi ali məktəblərin adı.
PEDAQOJİ TƏDQİQATIN METODİKASI – ped. tədqiqatın təşkili üçün üsullar, vasitələr cəmi və müəyyən elmi nəticənin alınması üçün qaydaların tətbiqi.
PEDAQOGİKANIN METODOLOGİYASI – ümumi elm metodologiyasından çıxış edərək və ped.nəzəriyyənin inkişaf xüsusiyyətlprini nəzərə almaq, ped.tədqiqat metodlarının öyrənilməsi, ped.halların və tədqiqatların öyrənilməsi prinsiplərinə baxılması, əldə edilmiş praktikanın tərbiyə, təlim, təhsil prosesinə tətbiqi.
PEDAQOJİ DÜŞÜNCƏ –ped. qarşılıqlı əlaqənin tapşırıqlarının hesablanması və həlli üçün əsas kimi çıxış edən müəllim tərəfindən şagirdin, onun özünün, ətraf aləmin anlaşılması üsulu.
PRAKTİK- PEDAQOJİ DÜŞÜNCƏ – ped. qarşılıqlı əlaqənin nəzəri qanunauyğunluqlarının inkişafı və bunun əsasında həyata keçirilə bilən real ped. həllin tapılması.
PEDAQOJİ İSTİQAMƏT – müəllim işində bütün maneələri dəf etməkdə yardımçı olan müəllim olmaq və gələcəkdə də bu sənətdə qalmağa can atmasıdır. P. i. Müəllimin bütün professional fəaliyyətində və ayrı-ayrı ped. hallarda fəaliyyəti.
PEDAQOJİ SƏHVLƏR – müəllim tərəfindən profesional norma, qayda, meyarların pozulmasına gətirib çıxaran vasitələrin istifadə olunması. P.s. həm obyektiv, həm də subyektiv səbəblərlə meydana çıxa bilər.
PEDAQOJİ QİYMƏTLƏNDİRMƏDƏ SƏHV – müəllimin ped. təfəkkürü ilə şərtlənən düzgün olmayan tərbiyə fəaliyyətinin nəticəsi. Yüksək qiymət qoyulması ilə mydana gəlir; şagirdin fərdi keyfiyyətləri, bilik səviyyəsi nəzərə almadan müəllimin şəxsi münasibətindən asılı olaraq qiymətləndirilməsi.
PEDAQOJİ USTALIQ – ped. fəaliyyətə yiyələnməyin yüksək səviyyəsi; xüsusi biliklərin, bacarıq və biliklərin, şəxsiyyətin professional mütəxəsis xüsusiyyətlərinin kompleksi.
PLAN-KONSPEKT- mövzu, dərsin tapşırıqları, dərsin mərhələləri, şagirdlərin tapşırıqları.
PRAKTİKA (yun. prakticos - aktiv, fəal) – insan fəaliyyətinin maddi məqsədyönlü tərəfi; idrakın və insan cəmiyyətininümumi əsası. Müxtəlif istiqamətlərdə əldə edilmiş praktika müəllim praktiki fəaliyyətinin əsası kimi çıxış edir.
PROREKTOR (lat. Pro - əvəzinə) ali təhsil müəsissəsində rektorun əvəzləyicisi və müavini (elmi, təlim-tədris, inzibati-təsərrüfat, qiyabi və axşam təhsil və s ahələrdə olur)
PEŞƏ-İXTİSAS MƏKTƏBLƏRİ – ixtisaslı mütəxəsislər hazırlayan müxtəlif istiqamətli təhsil müəssisələri. İlk peşə-ixtisas məktəbləri Almaniyada XVIII əsrin əvvəllərində, Fransada XIX əsrdə, ABŞ-da XIX əsrin 70-ci illərində yaranıb. Peşə-ixtisas məktəblərinin növləri: ixtisas gimnaziyası, ixtisas liseyi, xüsusi tip hazırlıq məktəblərində olur.
PEŞƏ TƏHSİLİ- konkret ixtisas və peşə üzrə müəyyən bilik və bacarıqlara yiyələnmək. Peşə təhsili almağın yolları – texniki-peşə məktəbləri, xüsusi orta ixtisas məktəbləri. İşçilərin istehsalatda işə hazırlığı praktika alınır. İşçilər və mütəxəsislər profesional biliklərini yenidən hazırlıq və ixtisasartırma kurslarında artırırlar.
PROFESSOR (lat. Professor-müəllim) - yüksək elm və təhsil göstəricilərinə nail olan təcrübəli elmlər doktorlarına (xüsusi qabiliyyət tələb edən sahələr istisna olmaqla) verilən elmi ad, ali təhsil müəssisəsində seçkili vəzifə.
PEDAQOJİ PSİXOLOGİYA (yun. pais (paidos) - uşaq və ago – tərbiyə edirəm)- uşaqların tədris və tərbiyə və müəllimin ped. fəaliyyətinin əsaslarını öyrənən psi.sahəsi.
PEDAQOJİ KOLLEKTİVƏ RƏHBƏRLİK ETMƏK- ped. kollektivin qarşya qoyulmuş məqsədə çatmaq üçün birgə fəaliyyət istiqamətinin koordinasiyası; ped. kollektivin psixoloji durumunun qiymətləndirilməsi, kollektiv üzvlərinin qarşılıqlı əlaqəsinin tənzimlənməsi; kollektiv düşüncə tərzinə və birgə fikir formalaşması prosesinə təsir, əldə edilmiş nəticələrin qiymətləndirilməsi.
PEDAQOJİ SİSTEM- şəxsiyyətin formalaşması üçün təşkiledilmiş, məqsədyönlü ped. təsirin qarşılıqlı əlaqəli vasitə, metod və proseslərinin topusu.
PEDAQOJİ MÜHİT- ped. məqsədlərə uyğun olan uşaqların fəaliyyətinin dünyaya, insanlara, insanların bir-birinə münasibət şərtləri sistemidir.
PEDAQOJİ STANDART- profesional təhsil prosesi və fəaliyyəti zamanı əldə edilən və onu dəyərləndirən meyarlar.
PEDAQOJİ PROSESİN STRUKTURU - ped. sistemin komponentlərinə uyğun olan vəonu təşkil edən tərkib hissələrinin cəmi. Komponentlər: məqsəd, məzmun, əməliyyat- fəaliyyəti, dəyər-qiymət.
PEDAQOJİ QABİLİYYƏT – məqsəd, prinsip, şərt, forma və uşaqlarla işin təşkil metodları əsasında olan praktik fəaliyyətlərin cəmi; üç növ qabiliyyət fəqləndirilir: məqsədlərin qoyulması və situasiyanın təşkili ilə bağlı olanlar; təsir və qarşılıqlı təsir üsullarını tətbiq edənlər; ped.özünütəhlil istifadə olunanlar
PEDAQOJİ ÜNSİYYƏT TƏRZİ- pedaqoji fəaliyyətin reallaşmasının fərdi xüsusiyyətləri, üsulları və tərzinin cəmi.
PEDAQOJİ ÜNSİYYƏT STİLİ- pedaqoji fəaliyyətin indivudial xüsusiyyətlərin, üsullarının, vasitələri. P.ü.s müxtəlif əsaslar üzərində: qarşılıqlı birgə yaradıcılıq fəaliyyəti, dost yanaşması, məsafə və s. qurulur.
PEDAQOJİ TAKSONOMİYA – ped. məqsədlərin kateqoriyalarının və ardıcıl səviyyələrinin seçildiyi dəqiq sistemin qurulması.
PEDAQOJİ TAKT- müəllim öz davranış və münasibətində humanizm, şagirdin şəxsiyyətinə hörmət, ədalətlilik,uşaqlarla davranış zamanı dözümlülük tələb edən hissdir. P.t ped. etikanın yerinə yetirilmə növlərindən biridir.
PEDAQOJİ TERMİNOLOGİYA- tərbiyə nəzəriyyəsi və praktikasında, təlim və tədrisdə istifadə edilən leksik vasitələr. P.t. –nı bilmək nitqin düzgünlüyünü,dəqiqliyini, dürüstlüyünü qurmağa yardım edir.
PEDAQOJİ TEXNİKA – müəllimin öz psixoloji halı, əhval-ruhiyyəsi, emosiyalrı, nitqi və silə davranmasına yardımçı olan ümumpedaqoji və psixoloji bacarıqlar kompleksi.
R
RƏHBƏRLİK STİLİ – rəhbərin ( pedaqoqun) öz tabeçiliyndə olanlara təsir sitemi.
REKTOR (lat. Rector – rəhbər, idarə edən)- ali məktəbə rəhbərlik edən şəxs. İntibah dövründə çoxsinifli məktəblərə rəhbərlik edən baş müəllimlər adlanırdı.
REFERAT (lat. refero – məlumat verirəm) - 1. Elmi işin, mövzunun nəticəsi barədə malumatın yazılı və ya şifahi məzmunu. 2. R. müxtəlif növlülüyü - avtoreferat. 3. R. tədqiqatçının erudisiyasını, onun müstəqil şəkildə təhlil etmək, sistemləşdirmək, növlərə ayırmaq və ümumiləşdirmək qabiliyyətinin göstəricilərindən biridir. R. adətən nəşr edilmir.
RESENZİYA (lat. recensio – qiymət) – elmi və ya ədəbi-bədii əsərin təhlili barədə əsaslandırılmış rəy. Resenziya prosesində verilmiş problemin aktuallığı, onun strukturu və məzmunundakı yeniliklər, müəllifin orijinal yanaşması və s özünü göstərir.
REZİDENTURA - tibb ixtisasları üzrə ali baza təhsili əsasında mütəxəssis hazırlığını həyata keçirən struktur.
RƏHBƏRLİK STİLİ – rəhbərin ( pedaqoqun) öz tabeçiliyndə olanlara təsir sitemi.
S
SAVAD - ədəbi dilin normalarına uyğun olaraq insanın yazılı və şifahi nitq bacarıqlarına yiyələnməsi. Əhalinin sos.-mədəni inkişafının, məktəbdə tətbiqi isə - təhsilin əsas şərt və göstəricilərindən biridir. S. geniş mənada bu və ya digər sahədə biliklərə yiyələnmək və onları tətbiq etmək bacarığını bildirir.
SEMİNAR (lat . seminarium - maarifçi) – a)ali məktəblərdə tələbələrin xüsusi fənn və ya mövzu üzrə keçirdikləri məşğələ; b)müəyyən bir problem ilə əlaqədaq keçirilən elmi yığıncaq.
SƏRBƏST (EKSTERNAT) TƏHSİL - müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsilalana ümumi təhsilin hər hansı bir pilləsini vaxtından əvvəl bitirmək hüququ verən təhsilalma forması.
SOSİAL TƏRBİYƏ – insanın yaxın ictimai mühitlə münasibətdə məqsədyönlü tərbiyəsi (ailə, ədəbi-mənəvi, vətəndaş, hüquqi, dini və s.) ilə qarşılıqlı fəaliyyətidir: insanın müəyyən rollara, normativ qaydalara və sos. hadisələrə aktiv uyğunlaşması insanın sosiallaşmasında inkişaf prosesidir.
SİNİFDƏNXARİC TƏRBİYƏ İŞİ - müəllim tərəfindən təhsil alanların dərsdənxaric vaxtlarında uşağın şəxsiyyətinin formalaşması üçün zəruri şərtləri təmin edən müxtəlif məşğuliyyət növlərinin təşkil edilməsi.
SİNİFDƏNXARİC İŞ – sinifdənxaric iş məktəbdə və ya peşə-ixtisas məktəbində tərbiyə prosesinin tərkib hissəsidir, təhsil alanların asudə vaxtının təşkili formasıdır. S.i. əksər hallarda sinifdənxaric tərbiyə işləri rəhbərlərinin nəzarəti altında pedaqoji kollektiv və təhsil alanların kiçik bir qismi tərəfindən reallaşır
SİNİF-DƏRS TƏDRİS SİSTEMİ – hazırlanmış tədris proqramı və dərs cədvəli əsasında tədris fənlərinin məktəbdə dərs məşğələlərinin təşkili.Əsas tədris metodu dərs məşqələsidir.
SİNFƏ GÖRƏ MƏSULİYYƏTLİ ŞƏXS – ped. işçi.Onun vəzifəsinə daxildir: fərdin inkişafı və şəxsiyyətinin inkişafı üçün əlverişlik şəraitin yaradılması; onun tərbiyə sisteminə lazımi düzəlişlərin edilməsi; uşaqların öz aralarında.müəllimlərlə, valideynlərlə, ətraf aləmlə yaranan ünsiyyət problemlərinin həllində kömək etmək.
SİNİF RƏHBƏRİ – mütəxəssis-müəllim, şagirdlərlə cəmiyyət arasında mədənniyyət mübadiləsinin vasitəçisi, sinfə müxtəlif tərdris üsulları ilə elmlərin aşılanması, hər bir şagirdin şəxsiyyət kimi formalaşması və özünü fərdi xüsusiyyətlərinin göstərməsinə yardım edir. Sinif rəhbərinin fəaliyyəti təlim- tədris prosesində həlledici rol oynayır. Sinif rəhbərinin əsas məqsədi: cəmiyyətə yararlı fərdin formalaşması, onun şəxsiyyət kimi formalaşmasına, fərdi keyfiyyətlərini formalaşdırmaqda, onun tərbiyəsinin formalaşmasında yardım etmək. S.r. şagirdin fərdi inkişafına bilavasitə nəzarət etmək youl ilə həyarta keçirilir. S.r. öz sinfinin ümumi səviyyəsini nəzərə alaraq əlverişli psixoloji şəraiti yaradır, şagirdlərinin şəxsiyyət kimi fərdi kefiyyətlərinin formalaşdımaq üçün bütün müəllimlərin səylərini birləşdirir.
SUBBAKALAVR - orta peşə-ixtisas təhsili pilləsində məzunlara verilən peşə-ixtisas dərəcəsi.
T
TEXNİKUM – sənaye sahələri üzrə müxtəlif mütəxəssislər yetişdirmək üçün olan xüsusi təhsil müəssisələri. Bunlar əsasən peşə məktəbləri olur və müəyyən peşə üzrə diplom verilir.
TEST (ing. test – sınaq, imtahan) - insanın zehni inkişafını, bilik və bacarığını yoxlamaq üçün standart tapşırıqların yerinə yetirilməsi.
TESTLƏŞDİRMƏ METODU – şəxsiyyətin diaqnostikası (psixoproqnostikası) yolu ilə onun psixi vəziyyətinin, hər hansı standart tapşırığın yerinə yetirilməsi zamanı funksiyalarının tədqiqi.
TƏDRİS – şagirdlərə təhsil aldıqları müddətdə bilik, bacarıq, tərbiyə vermək çəqsədi daşıyan müəllimin pofesional fəaliyyəti; müəllimin öyrətmək məqsədini realaşdırması üçün fəaliyyəti, biliklərin tətbiq edilməsi.
TƏDQİQAT OBYEKTİ (ped-da.) – daxilində öyrəniləcək əşyanın olduğu ped. mühit, sahədir. T.o. insanların təhsil sferası və tərbiyəsi daxildir, predmetinə isə bu sferada baş verən proseslərin qanunauyğunluqları nəzərdə tutulur.
TƏDRİS FƏALİYYƏTİNİN AKTİVLƏŞDİRİLMƏSİ - onun intensivləşdirilməsi və effektivliyinin artırılması məqsədilə həyata keçirilən tədbirlərin cəmidir. Üç istiqamət üzrə həyata keçirilir: a) pedaqoji - idraki maraqları stimullaşdıran forma və metodlardan istifadə etmək; b) sosial-psixoloji – üzvlərinin rəqabətinə və qarşılıqlı öyrənməsinə şərait yaradan tədris qrupu daxilində şəxsiyyətlərarası ünsiyyəti təşkil etmək, pedaqoq və qrup tərəfindən fərdi nailiyyətlərin dəstəklənməsi; c) sosial - iqtisadi – tədris fəaliyyətinin daha yüksək nəticələri üçün şəxsi sosial iqtisadi marağın artması.
TƏDRİSİN FƏRDİLƏŞMƏSİ – şagirdlərin şəxsi keyfiyyətlərini, onların intellektual inkişaf səviyyəsini, idrakı maraqlarını, sosial statusnu, təhsilin keyfiyyətinə təsir edən faktorları nəzərə alan didaktik prinsiplərdən biri.
TƏDRİS ALQORİTMİ – ən qısa üsulla istənilən nəticəyə çatmağa kömək edən, real şərtləri nəzərə alaraq fəaliyyətin daha məqsədəuyğun həyata keçirilməsinin yazılı təlimat sənədi. Səmərəli tədrisdə iki əsas T.a. tipi tətbiq olunur: fəaliyyət alqoritmi və axtarış alqoritmi.
TƏDRİSDƏ ƏMƏKDAŞLIQ- müəllim və şagirdlərin demokratik prinsiplər üzərində qurulmuş, həm müəllim, həm də şagirdlər üçün əhəmiyyətli birgə, qarşılıqlı fəaliyyət növü.
TƏDRİSDƏ ƏYANİLİK(lat. illustratio - əyani təsvir, maarifləndirmək) – dərs məşğələlərində ləvazimat, apparat, maket, müxtəlif tədris filmlərinin nümayişini nəzərdə tutur.
TƏDRİSİN TƏŞKİLİ FORMALARI – şagird və müəllimlərin müəyyən qayda ilə uyğunlaşdırılmış fəaliyyətinin ifadəsi: dərs, ekskursiya, ev tapşırığı, məsləhətlər, seminarlar, fakultətivlər, praktikumlar, əlavə tapşırıqlar.
TƏDRİS FƏALİYYƏTİNİN AKTİVLƏŞDİRİLMƏSİ - onun intensivləşdirilməsi və effektivliyinin artırılması məqsədilə həyata keçirilən tədbirlərin cəmidir. Üç istiqamət üzrə həyata keçirilir: a) pedaqoji - idrakı maraqları stimullaşdıran forma və metodlardan istifadə etmək; b) sosial-psixoloji – üzvlərinin rəqabətinə və qarşılıqlı öyrənməsinə şərait yaradan tədis qrupu daxilində şəxsiyyətlərarası ünsiyyəti təşkil etmək, pedaqoq və qrup tərəfindən fərdi nailiyyətlərin dəstəklənməsi; c) sosial - iqtisadi – tədris fəaliyyətinin daha yüksək nəticələri üçün şəxsi sosial iqtisadi marağın artması.
TƏDRİS KABİNETİ – müəyyən tədris fənni (və ya bir neçə) üzrə dərs və ya dərsdən kənar məşğələlərin keçirilməsi üçün təhsil müəssisəsində otaq. Tədris planı və proqramlarına əsasən lazımi vəsaitlər, mebel və avadanlıqlarla təchiz olunur. Peşəkar təhsil müəssisələri üçün tədris və əyani vəsaitlərin, tədrisin texniki vasitələrinin və daha kütləvi və tipli tədris kabinetləri üçün tədris avadanlıqlarının standart siyahıları işlənib hazırlanmış və daima yenilənir. Kabinet sistemi peşəkar təhsilin tədris bazasının təşkilində 60-cı illərdə daha geniş yayılmağa başlamışdır, lakin ümumi texniki və xüsusi fənlər üçün tədris kabinetləri istənilən təhsil müəssisəsində daha erkən yaradılmışdır.
TƏDRİS KONSEPSİYASI (lat. conceptio - anlama, qavrama, sistem) – müxtəlif təhsil müəssisələrində əsas tədris fənlərinə baxış sistemi, məqsədlərin,vəzifələrin, tədris proqramlarının təşkili sistemidir.
TƏDRİS KİNO VƏ VİDEOFİLMLƏRİ – tədris məqsədi ilə kino vasitələri və televiziya vasitəsilə yaradılan filmlər. Pedaqoji məqsəd və imkanlara görə bu audiovizual tədris vasitələri praktik olaraq eynidir, ancaq texniki daşıyıcılara görə fərqlənir və buna görə də onlara vahid məfhum kimi baxılır – tədris filmi və videofilm. Son illər ərzində tədris filmi demək olar ki, tədris televiziyası tərəfindən tamamilə çıxarılmışdır. Tədris filmi və videofilmləri aşağıdakı növlərə ayırmaq olar: video kurslar – istənilən fənn üzrə əsas materialı izah edən və vahid tədris materialının qurulması metodikası və tematika ilə əlaqəli olan silsilə filmlər; qısametrajlı filmlər (10 50-yə qədər) – tədris proqramının ayrıca mövzularının materialını izah edən tədris filmləri. Bu cür filmlər yeni materialı keçərkən hissələrlə, ayrıca fraqmentlərlə və ya giriş dərslərdə tam şəkildə, həmçinin keçilən materialı təkrarlayarkən istifadə olunur; film-fraqmentlər – bu istənilən bir mövzuya aid olan 4-5 dəqiqədən çox olmayan qısa tədris filmidir. Bir qayda olaraq, bu filmlər mövzunun izahı üçün istifadə olunur.
TƏDRİS SİNFİ - 1) tədris ili ərzində bir tədris proqramına malik olan təhsil alanların daimi kollektivi; 2) İncəsənət təhsil müəssisələrində istənilən bir fənn üzrə ixtisaslaşan təhsil alanlar qrupu; 3) Məktəbdə dərslərin keçirilməsi üçün otaq.
TƏDRİS PLAKATLARI- əyani tədris materialı növlərindən biri. T.p.-da öyrənilən fənnin obyektləri, predmeti, vasitələri, qanunları və s göstərilə bilər. T.p. adətən əyani tədris materialı növlərinə aiddir.
TƏDRİS PROSESİ – təhsil məsələləri, şagirdlərin inkişaf və təhsillə bağlı məsələlərinin həll olunduğu müəllim və şagirdin məqsədyönlü fəaliyyəti.
TƏDRİS PLANI - müvafiq təhsil pilləsində tədris olunan fənlərə və dərsdənkənar məşğələlərə ayrılan saatların miqdarını müəyyən edən əsas tənzimləyici sənəd.
TƏDRİS PROSESİ – təhsil məsələləri, şagirdlərin inkişaf və təhsillə bağlı məsələlərinin həll olunduğu müəllim və şagirdin məqsədyönlü fəaliyyəti.
TƏDRİS PROSESİNİN NƏTİCƏSİ – şagirdlərin biliklərində, bacarıqlarında, istiqamətlərində, fiziki vəziyyətinndə baş verən dəyişikliklər. T. p.n dövlət akkreditasiyasına malik olan təhsil müəssisələrində dövlət standartlarına uyğun olmalıdır.
TƏDRİS METODLARI-təhsilin məzmununun mənimsənilməsini, əqli qüvvələrin və şagirdlərin bacarıqlarının inkişafını təmin edən, onların özünütəşkil və özünütəhsil vasitələri ilə yiyələnməsini göstərən sistemdir. T.m. təhsilin məqsədini, mənimsənilmə səviyyəsini və subyektlərin qarşılıqlı təsirini göstərir.
TƏDRİS PLANI METODU –təhsil proqramına uyğun məzmuna malik olan modelİ əks etdirən sənəd. (konkret ixtisasları nəzərə almadan). T.p.m-da. təhsilin son səviyyəsi, təhsil müddəti, dövrləri, kursu, fənnləri, barədə məlumat əks olunur. Modeldə regionun spesifikasına uyğun fənlərin tədris dövrünə, məsləhət, imtahan; ayrılmış saatların təxmini miqdarı əks olunur. T.m.p.36 həftəlik, 16 günlük iş həftəsi üçün yük nəzərdə tutulub.
TƏDRİS METODLARININ TƏSNİFATI – vahid əsas üzrə nizamlanan tədris metodlarının sistemi. Müxtəlif təsnifatlar mövcuddur: məlumat mənbəyi və dərk etmə üzrə, didaktik məqsədlər üzrə, ifadə məntiqi üzrə, təhsil alanların dərk etmə fəaliyyətinin dərəcələri üzrə və s.
TƏDRİS NƏŞRİ – elmi və ya tətbiqi xarakterli, sistemləşdirilmiş, rahat formada olan məlumatlar. Bu nəşrlər tədris və ya təlim məqsədi daşıyır.
TƏDRİS LƏVAZİMATI - 1) müxtəlif müəllif mövqeyindən müəyyən bir fənnin elmi əsaslarını izah edən kitablar; 2) metodiki materiallar, izahatlar, müxtəlif fənlər barədə tövsiyyələrdən bəhs edən müəllim və ya şagirdlər üçün kitablar ; 3) təlim-tədris prosesində mənbə kimi istifadə edilən xüsusi hazırlanmış və təbii fənn və materiallar.
TƏDRİS İLİ- təhsil müəssisələrində dərsin başlanmasından tətil müddətinin başlamasına aid olan müddət. T.i. ilk dəfə Qərbi Avropa məktəblərindətətbiq olunub. XVI əsrin sonuna qədər tədris ilboyu gedirdi.
TƏDRİS SİNFİ - 1) tədris ili ərzində bir tədris proqramına malik olan təhsil alanların daimi kollektivi;2) İncəsənət təhsil müəssisələrində istənilən bir fənn üzrə ixtisaslaşan təhsil alanlar qrupu; 3) Məktəbdə dərslərin keçirilməsi üçün otaq.
TƏDRİSİN TEXNİKİ VASİTƏLƏRİ (TTV) – ped. prosesin təkmilləşməsinə, effektivliyin artmasına, təhsilin keyfiyyətinin audiovizual vasitələrin hesabına artmasına səbəb olan cihaz və qurğular.
TƏQVİM - TEMATİK PLAN – bir tədris fənni üzrə tərtib olunan plandır və burada mövzu və tapşırıqların siyahısı, mövzuya ayrılan saatların sayı, dərs növünün müəyyən olunması, fənlərarası əlaqə və metodik təminat əks olunur. Təqvim planı üzrə iş proqramın həyata keçirilməsinə zəmanət verir və şagirdləri artıq yükdən qoruyur.
TƏLƏBƏ (lat. studentis – səylə çalışan, fəal olan) ali mkətəbin, bəzi ölkələrdə isə orta məktəb şagirdləri. Qədim Romada T. elmi proseslə məşğul olan əksər şəxsləri adlandırırdılar. XII əsrdə universitetlərin yaradılması ilə bu ad həmin müəssisələrdə təhsil alanlara verilir. AR-də əsasən ali və orta-ixtisas məktəblərində təhsil alanlar-tələbə və dinləyici, hərbi məkətəblərdə təhsil alanlar- kursant adlanır.
TƏHSİL KREDİTİ - fənnin məzmununa və həcminə müvafiq olaraq onun mənimsənilməsinə ayrılan vaxtın ölçü vahidi.
TƏHSİL - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsi.
TƏHSİLLİLİK - tədris prosesində insanın elm, bilik və bacarıqları mənimsəmə səviyyyəsini fərdi inkişaf sürəti göstəriciləridir. Ümumi və xüsusi təhsilliyi fərqləndirirlər. Ümumi- istənilən materialın mənimsənilməsi, xüsusi- xüsusi növ materialların mənimsənilməsi (müxtəlif elmlər, incəsənət, praktiki fəaliyyət növləri). Birinci növ fərdin ümumi, ikinci isə xüsusi qabiliyyəti ilə seçilir. T. anlayışının komponentləri: şagirdin potensial qavrama qabiliyyəti; lazımi biliklərin toplumu; təhsil almaqda inkişaf sürəti; tədris fəaliyyətinin səmərəliliyi; əqli inkişafın yeni səviyyələrinə çatmağa hazır olmaq və
TƏHSİL ALAN - Təhsil müəssisəsində təhsil alan şəxs. Orta məktəblərin , texnikumların, ali məktəblərin şagirdləri.
TƏHSİL ALANLARIN MÜSTƏQİL İŞİ – şagirdin bütün struktur komponentlərində şagirdin müstəqilliyi əsas götürülür -problemin qoyuluşundan başlamış ona nəzarətədək funksiyaları nəzərdə tutur. T.a.m.i. – şagirdlərin dərketmə bacarıqları, onların öz-özünə təhsilini istiqamətləndirir.
TƏHSİLİN FƏRDƏ YÖNƏLMİŞ MƏZMUNU – peşə-ixtisas təhsilinin məzmunun layihələşdirilməsində ənənəvi yanaşma şəxsiyyətin tam inkişafına təminat verir. Burada şagirdə tədrisi, tədris materialını, təhsilin məzmununun tam seçmək hüququ verilir. Lakin bu zaman tədris proqramının müxtəlif modulları, istehsalat texnologiyalarının adekvat tətbiq yolları göstərilir.
TƏHSİL FRANÇAYZİNQİ - təhsil məhsullarını müvafiq şərtlərlə (təhsil müəssisəsinin rəsmi adı və fərqlənmə nişanlarının saxlanılması, müəlliflik hüququnun qorunması və s.) daxili, yaxud beynəlxalq təhsil bazarında reallaşdırılması üzrə kompleks xidmətlər sistemi.
TƏHSİL İNVESTİSİYASI – təhsilin inkişafına müxtəlif istiqamətli sərmayə qoyuluşu.
TƏHSİL İŞÇİLƏRİNİN İXTİSASLAŞMA DƏRƏCƏLƏRİ – müəllimin normativ meyarlara müvafiq olan ixtisaslaşma, peşəkarlıq və məhsuldarlıq və (və ya) işçilərə peşəkar məsələləri həll etmə imkanını yaradan idarəedici əmək səviyyəsi.
TƏHSİL KEYFİYYƏTİ – təhsil prosesi və onun nəticələrinin uyğunluğunu, prosesin necə adlandırılmalı və hansı məqsədlərə xidmət etməli olduğu anlayışlarının cəmiyyətdə yayılmasının hüdudunu göstərən inteqral xarakteristikadır. Bu sahədə fikirlər nəzərə çarpacaq dərəcədə ayrıldığına görə bu terminin izahı da üst-üstə düşmür. Bütövlükdə müasir təhsilin keyfiyyəti onun sosial effektivliyinə xidmət edən bir sıra faktorlarla müəyyən olunur. Bu faktorlar aşağıdakılardır: а) fəaliyyətin bu və ya digər sahəsində təcrübə və mənəvi mədəniyyətin ən yüksək nailiyyətlərinə imkan verən məzmun; b) pedaqoji heyətin və digər maarifçilərin yüksək səriştəliliyi; c) yeni təhsil texnologiyaları və onlara müvafiq olan maddi-texniki təchizat; d) humanist istiqamət; e) əhalinin bilik, anlayış və bacarıq ehtiyaclarının tam ödənilməsi.
TƏHSİLİN HUMANİSTLƏŞMƏSİ – tədrisin məzmun, forma və təlim metodlarına humanizm ideyalarının yayılması, şəxsiyyətin azad və hərtərəfli inkişafının, onun cəmiyyət ictimai həyatında iştirakının təmini.
TƏHSİLDƏ METODİKA – tədris prоseslərində konkret üsulların, yolların, ped. fəaliyyətin texnikasının təsviri.
TƏHSİL MÜƏSSİSƏSİ - müvafiq təhsil proqramları əsasında təhsil prosesinin həyata keçirildiyi və məzunlara müvafiq dövlət sənədinin verildiyi qurum.
TƏHSİL MÜƏSSİSƏLƏRİNİN ATTESTASİYASI – təhsil müəssisəsinin məzunlarının dövlət təhsil standartlarının tələblərinə uyğun məzmununu, səviyyəsinin və hazırlıq səviyyəsinə uyğunluğunu müəyyənləşdirmək.T.m.a.-nın şərtlərinə təhsil müəssisəsinin məzunlarının ən azı. yarısının üç ardıcıl il ərzində göstərdiyi müsbət nəticələrdir. T.m.a. onların dövlət attestasiya xidmətinə müraciəti və ya dövlət idarə və ya xidmət orqanlarının, yerli özünüidarəetmə orqanalarının, aparıcı təhsil müəssisələrinin nümayəndələri vasitəsilə həyata keçirilir. Attestasiya qanunla digər hallar nəzərdə tutulmayıbsa 5 ildə bir dəfə keçirilir.
TƏHSİL MÜƏSSİSƏSİNİN DÖVLƏT ATTESTASİYASI (attestatio - şahidlik) – lisenziyalı təhsil müəssisəsinin fəaliyyətinin qiymətləndirilməsi, hesabatda təqdim olunmuş məlumatın dolğunluğu və dəqiqliyinin ekspert qiymətləndirmə prosedurudur. Attestasiyanın məqsəd və məzmunu ,əsasən, təhsil müəssisəsinin məzunlarının səviyyəsinin, biliyinin dövlət təhsil standartlarına uyğun olduğunu müəyyənləşdirməkdir. Attestasiyanın nəticəsinə əsasən attestasiya attestasiy6a nəticəsi çıxarılır. Müsbət attestasiya nəticəsi dövlət təhsil müəssisəsinin akkreditasiyası üçün zəmin yaradır.
|
| |