KAMPUS - müvafiq maddi-texniki bazaya və infrastruktura malik təhsil kompleksi (şəhərciyi).
KART-TAPŞIRIQ – şagirdlərə tapşırıqları təqdim etmə formasıdır. Ümumi texniki və xüsusi fənləri öyrənərkən kart-tapşırıqlar əsasən şagirdlərin biliyinin yoxlanması zamanı istifadə olunur. Kart-tapşırıq əsasən proqramlaşdırılmış sorğu zamanı tətbiq olunur. Kart-tapşırıqların verilməsi elmi namizəd dərəcəsinin təltif olunması üçün mütləqdir. Namizədlik imtahanı fəlsəfə, xarici dil və dissertasiya mövzusuna müvafiq olaraq xüsusi fənlər üzrə tətbiq olunur.
KOLLEC (ing . college) - orta peşə-ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsi.
KOLLOKVİUM (lat . colloquium – danışıq, söhbət),1) tədris növlərindən biri müəllimin şagirdlərlə söhbəti, adətən ali məktəblərdə semestr sonlarında tələbənin bilik səviyyəsini yoxlamaq üsullarından biri; 2) məruzələrin müzakirə olunduğu elmi iclas.
KOMPÜTER BİLİYİ – texnoloji təhsilin hissəsi. K.b-nin tərkibinə daxildir: hesablama texnologiyasının və informatikanın əsas anlayışlarının bilmək; kompüter texnologiyasının əsas quruluşunu və funksional bacarıqlarını bilmək; müasir əməliyyat sistemlərinin və onların əsas komandalarını bilmək ; müasir proqramlar və ümumi təyinatlı əməliyyat vasitələrini(Norton Commander, Windows və onların fayl genişlənmələrini)və onların funksiyalarını bilmək; ən azı bir mətn redaktorunu bilmək; proqramlaşdırma alqoritmi, dili və paketi barədə ilkin təsəvvür; utilitar məqsədli tətbiqi proqramların ilikin istifadə təcrübəsi.
KONSERVATORİYA - musiqi sahələri üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlayan ali təhsil müəssisəsi.
KONSPEKT – müəyyən bir əsərin, məruzənin, mühazirənin və s. qısa xülasəsi
KONSPEKTLƏŞDİRMƏ (lat. conspectus - baxış) – məruzənin, nitqin qısalmış məzmunu, xülasəsidir. Elmi k. Hər hansı elmi mövzunun sitatlar, tezislər vasitəsilə xülasəsi. Bədii k. öz sözlərinin , fikirlərinin vasitəsilə xülasəsi.
KURS İŞİ - iqtisadi, humanitar , ümumiyyətlə, bütün istiqamətlərdə təhsil alanların fənnin tədrisinin sonunda yerinə yetirdiyi müstəqil iş. K.İ.-nin yerinə yetirilməsi prosesində tələbələrin yaradıcı fikirlərinin də qeyd olunduğu işlər təqdim olunur.
Q
QEYRİ-FORMAL TƏHSİL - müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə olunan və dövlət təhsil sənədi verilməsi ilə müşayiət olunmayan təhsil forması.
L
LİSENZİYA - təhsil fəaliyyətinə dövlət tərəfindən verilən xüsusi razılıq.
LİSEY - ümumi və tam orta təhsil səviyyələrində istedadlı şagirdlər ümumi və tam orta təhsil səviyyələrində istedadlı şagirdlər üçün müvafiq təmayüllər üzrə təhsil xidmətləri həyata keçirilən ümumtəhsil müəssisəsi.
M
MAARİF PROSESİ –dövlət təhsil standartlarına uyğun təhsil məsələlərinin həllinə və şəxsiyyətin inkişafına yönəlmiş təlim-tədris və özünütəhsil proseslərinin məcmusudur.
MAGİSTRATURA – ali təhsilin ikinci səviyyəsi.
MAGİSTR (lat. magister – rəhbər, müəllim) – magistraturanı bitirmiş şəxslərə verilən ali elmi-ixtisas dərəcəsi.
MƏKTƏB – sos. inistitut, cəmiyyət, şəxsiyyət və dövlətin təhsil tələbatını ödəmək üçün ictimai- dövlət sistemi
MƏKTƏBDAXİLİ İNNOVATİV VƏZİYYƏT - məktəbin idarə edilməsinə müsbət və ya mənfi təsir göstərən yeni yaranmış qaydaların cəmi. M.i.v. ölkədə və dünyada baş verən innovativ proseslər təsir edir.
MƏKTƏBDƏNXARİC İŞ- mədəni- maaarif, digət təşkilatlar tərəfindən şagirdlər ilə keçirilən təlim- tərbiyə işləri; şagirdlərin asudə vaxtını dəyərləndirilməsi, nəzarətsizlik ilə mübarizə.M.i. şagirdlərin maraqlarını nəzərə almaqla könüllü iştirakı, aktivliyivə müstəqilliyini üzərində həyata keçirilir.
MƏKTƏBDAXİLİ İDARƏ SİSTEMİ – bir-birilə bağlı elementlərin elə cəmidir ki, onların qarşılıqlı təsiri ilə idarəetmə funksiyalarını və onların idarə edilən obyektə təsirini həyata keçirtmək mümkündür.
MƏKTƏBDAXİLİ İDARƏ – qarşısında duran məqsədlərdən asılı bütün işlərin koordinasiyası, ped. heyətə mümkün səhvlər barədə xəbərdarlıq etmək və onlara lazımı köməyi göstərmək. M.n.-in prinsipləri: xəbərdaredici xarakter, planauyğunluq, əsaslılıq, hərtərəflilik, nəzəri və metodoloji hazırlıq. olaraq məktəbdə təlim- tədris prosesinin hərtərəfli tədqiqi və analizi. M.n.-in obyektləri: tədris prosesi, tərbiyə prosesi, metodiki iş, elmi və təcrübi fəaliyyət, uşaq və ped. kollektivin psixoloji vəziyyəti, təlim-tədris prosesinin zəruri şərtlərlə təmin edilməsi. M.n.-in növləri: nəzarəti həyata keçirənin əlamətləri (kollektiv, qarşılıqlı idarə, özünüidarəetmə, planlı və planlaşmamış inzibati idarə etmə); idarə edilən obyektlərin əhatə edilməsinə görə
(sinif ümumiləşdirici –eyni sinifdə oxuyan şagird və müəllimlərin işinin təhlili, ümumi – bütün istiqamətlər üzrə işlərin ümumi vəziyyətinin dərin tədqiqi və analizi, tematik –təlim-tədris prosesinin konkret istiqamət üzrə öyrənilməsi, şəxsi – ayrı müəllimlərin fəaliyyətinin hərtərəfli tədqiqi, icmal – məktəbdəki vəziyyətin dərin tədqiq edilmədən təhlili. M.i. metodları: dərs və təlim məşğələlərinə gəlmək və onları təhlil etmək, məktəb sənədlərinin və şagirdlərin işlərinin təhlili, müəllim, şagird və valideynlərlə söhbət, inzibati yoxlama tədbirlərinin və sorğularının aparılması; anketləşdirmə, testləşdirmə, xronometraj və s.
MƏKTƏB VALEOQOLOGİYASI – uşaq, onların valideynləri və pedaqoqların sağlamlığının möhkəmləndirilməsini öyrənən elm sahəsi. M.v-nın əsas məqsədləri ped. prosesin iştirakçılarının və onu müəyyən edən faktorların sağlamlıq vəziyyətinin öyrənilməsi; uşaq və böyülərin sağlamlığının qorunması, yenidən bərpası və s., onların bu sahədə məlumatlandrılması və təlimi, təhsilin valoqoloji məzmunlu nəzəri və məsuliyət hissi yaranır.
MƏKTƏBİN TƏRBİYƏ SİSTEMİ – məktəbin bütöv sos.-ped. strukturunu təşkil edən və tərbiyənin əsas və daimi inkişaf edən faktoru kimi çıxış edən qarşılıqlı bağlı komponentlərin (tərbiyəvi məqsədlər, onları həyata keçirən insanların fəaliyyəti və münasibəti, əlaqələri, yaşam məkanı) cəmidir. Humanist istiqamətli vahid M.t.s.-nin inkişafı, sağlam həyat tərzinin formalaşmasına, təsir və qarşılıqlı təsir, kollektivin müdafiə funksiyalarının təminatı, müxtəlif yaş səviyyəsi müxtəlif və çoxistiqamətli fəaliyyəti.
MƏKTƏB MÜHAZİRƏSİ – tədris materialının davamlı şifahi ifadəsi (45-50 dəq).
MƏKTƏBİN TƏRBİYƏ SİSTEMİ – məktəbin bütöv sos.-ped. strukturunu təşkil edən və tərbiyənin əsas və daimi inkişaf edən faktoru kimi çıxış edən qarşılıqlı bağlı komponentlərin (tərbiyəvi məqsədlər, onları həyata keçirən insanların fəaliyyəti və münasibəti, əlaqələri, yaşam məkanı) cəmidir. Humanist istiqamətli vahid M.t.s.-nin inkişafı, sağlam həyat tərzinin formalaşmas, təsir və qarşılıqlı təsir, kollektivin müdafiə funksiyalarının təminatı, müxtəlif yaş səviyyəsinin müxtəlif və çoxistiqamətli fəaliyyəti.
MƏQBUL – laborator, praktiki, hesabi-qrafiki işlərin, kurs işlərinin və həmçinin seminar məşğələlərində, diplomqabağı hazırlıq zamanı görülən işlərə nəzarət formasıdır. Məqbulun nəticələri həm beşballıq sistemlə, həm də təhsilin formasından asılı olaraq “məqbul” qeydi ilə göstərilə bilər.
MƏŞĞƏLƏ –müəllim tərəfindən dəqiq müəyyən edilmiş vaxtda, daimi şagird tərkibi olan və elmi tapşırıqların həll edildiyi tədris prosesinin forması.
METOD (yun. methodos – tədqiqat və ya dərketmə yolu) – praktiki və nəzəri biliklərin dərki, müəyyən tapşırığın həllinə istiqamətlənmiş vəzifələr. Pedaqogikada təlim və tədris metodlarının probleminin həlli yollarını və klasifikasiyası əsas xüsusiyyət kimi çıxış edir.
METODİKA
-
Tədris metodikası barədə elm. Nə isə öyrənmək, nə isə yerinə yetirməyin praktik icra metodlarının cəmi.
METODİST – Hər hansı fənnin tədrisi sahəsində mütəxəssis.
MÜHAZİRƏ (leksiya) (lat . lectio – qiraət) – tədris materialının, hər hansı sualın, elmi, siyasi mövzunun sistematik şifahi ifadəsi.
MÜƏLLİM – ümumtəhsil məktəblərində yeni yetişən nəslin tərbiyə, təhsil və tədrisini həyata keçirən pedaqoji işçi..metodoloji problemlərinin işlənib hazırlanması, valeoqoloji baxışları nəzərə almaqla pedaqoji kadrların hazırlanması
MÜƏLLİMLƏRİN ATTESTASİYASI – Dövlət və ya özəl təhsil müəssisələrinin işçilərinin bacarığının, pedaqoji profesionallığının və əmək məhsuldarlığının kompleks qiymətləndirilməsi.
MÜƏLLİMİN DİAQNOSTİK DÜŞÜNCƏSİ – uşağın müxtəlif xüsusiyyətlərinin təhlili və şəxsiyyətin proqnozlaşdırılması ilə vahid şəkildə birləşdirilməsi.
MÜƏLLİMİN DİDAKTİK SİSTEMİ –müəllimin dərsdə və dərsdənkənar məşğələlərdə istifadə etdiyi sənəd və didaktik materialların toplusu. Daxildir: təhsil standartı, tədris proqramı, təqvim və tematik planlar, dəslərin konspekti, Tərbiyəvi iş planı, vəsait, əyani vəsaitlər və s.
MÜƏLLİMİN İMİCİ (ing. image – surət) – şagirdlərin, həmkarlarının, sosial ətrafının təfəkküründə müəllimin stereotripinin qavranması. İmicin for malaşmasında ona xas olan real xüsiyyətlərlə yanaşı ona ətrafdakıların da aid xüsusiyyətlər təsir göstərir.
MÜƏLLİMİN FƏRDİ FƏALİYYƏT VƏ ÜNSİYYƏT TƏRZİ - ped. fəaliyyət və ünsiyyətin tapşırıq, vasitə və üsullarının cəmi. M.f.f.ü.t dəyişilə bilər.
MÜƏLLİMİN NÜFUZU – şagirdlərə təsirilə seçilən, qərar qəbul etmək, qiymət qoymaq, məsləhət vermək hüququ verən xüsusi peşə mövqeyi. Əsl M.n. vəzifə və yaş üstünlüklərində deyil, tərbiyəçinin yüksək şəxsi və mütəxəsis keyfiyyətlərinə: tərbiyə etdikləri ilə demokratik əməkdaşlıq tərzinə, başqasının dərdinə şərik ola bilmək, açıq ünsiyyət qura bilmək bacarığı, müəllimin müsbət konsepsiyasına, onun daima təkmilləşmək, hərtərəfli biliyə sahib olmaq istəyi, səriştəliliyi, ədalətlilik və mehribanlığına, ümumi mədəniyyətinə əsaslanır. Müəllimin nüfuzunun irradiasiyası –nüfuz təsiri hüququnun hələ tətbiq olunmadığı sahələrə keçirilməsidir. Nüfuzun spesifikasiyası - insanın sahələrdən yalnız birində nüfuzunu tanıyır, digər sahədə o, nüfuz sahibi olmur.
MÜƏLLİMİN XİDMƏTİ SƏLAHİYYƏTİ – müəllimin ped. fəaliyyətini müəyyənləşdirən bilik və bacarıq səviyyəsinə malik olması, onun müəyyən dəyərlər, ideayalar daşıyıcısı kimi ped.cəhətdən dəyərləndirilməsi
MÜƏLLİMİN MƏNƏVİYYYATI - müəllimin ped.fəaliyyəti zamanı ətrafındakı insanlarla münasibətinin xüsusi normativ- dəyərlər forması.
MÜHAZİRƏ (leksiya) (lat . lectio – qiraət) – tədris materialının, hər hansı sualın, elmi, siyasi mövzunun sistematik şifahi ifadəsi.
MÜHAZİRƏ-SEMİNAR MƏŞĞƏLƏLƏRİ - müstəqil surətdə tədris materialının öyrənilməsi, dərs materialını təkrarlanmaq və dərinləşdirmək məqsədilə təşkil edilən tədris prosesi növüdür. M-s.m.-də bir qayda olaraq fənnin ən mühüm və əhəmiyyətli hissəsi öyrənilir. M-s. m.-i 3 mərhələdə keçirilir: birinci – müəllimin mühazirəsi, ikinci – tələbələrin mühazirəyə hazırlaşmaq üçün müstəqil işləri; üçüncü – seminarın keçirilməsi. M-s.m. dərslə müqayisədə daha effektivdir burada müəllim və şagirdlərin funksiyaları dəyişilir; müəllimin təşkilatçılıq fəaliyyəti daha canlı olur.
MÜSAHİBƏ - təhsil alanın suallar sisteminə cavab verdiyi tədris metodu. Müsahibənin məqsədi - yeni biliklərin əldə edilməsi və keçilən materialın təkrarlanması
MÜSTƏQİL TƏHSİL MÜƏSSİSƏSİ – birbaşa və ya hər hansı təşkilat rəhbərlik edilmədən təsdiqlənmiş proqram əsasında fəaliyyət göstərən təhsil müəssisəsi. Adətən bu humanitar istiqamətli təhsil verən müəssisədir. Bu təhsil müəssisələri dövlət, özəl qurumlar, yerli özünüidarəetmə orqanları, qeyri-hökümət təşkilatları tərəfindən maliyələşdirilə bilər.
MÜVƏFƏQİYYƏT – təhsil alanların tədris proqramlarının tələblərinə əsasən profesinal elm, bilik və bacarıqlara yiyələnməsinin xüsusiyyətləri. Təhsil alanların m. göstəriciləri: cari, cari mövzuya görə, yarımilliklərə əsasən; yekun- bütün il boyu fənn üzrə beşballıq sistem əsasında ol qiymətlər hesab edilir.
N
NAMİZƏDLİK İMTAHANLARI – elmi və elmi-pedaqoji heyətin attestasiyasının tərkib hissəsidir.
NİTQ MƏDƏNİYYƏTİ - yazılı və şifahi nitqin normativliyi, səlisliyi, leksik zənginliyi, həmsöhbətlərlə mədəni davranış və onlara mədəni cavabın və s. əhatə edir.
NOSTRİFİKASİYA - təhsil haqqında sənədin ekvivalentliyinin müəyyən edilməsi (tanınması) proseduru.
O
ORTA TƏHSİL - uyğun tədris proqramının mənimsənilməsi nəticəsində əldə edilən ümumi və ya profesional təhsil səviyyəsi. Orta təhsildə natamam orta (orta məktəbin IX sinfinədək təhsil) və tam orta (11 illik təhsil) növlər fərqləndirilir. Əksər ölkələrdə natamam orta təhsil dövlət tərəfindən qəbul edilmiş qaydaya əsasən məcburidir.
Ö
ÖZƏL TƏHSİL MÜƏSSİSƏLƏRİ – şəxsi təşkilatçıları tərəfindən təsis edilən, öz şəxsi büdcəsindən maliyyələşən təhsil müəssisəəri. Aid olduğu quruma və yerinə yetirdiyi vəzifələrin əlamətlərinə görə üç növə ayrılır: a) müəyyən müəssisə və ya müəssisələr qrupuna aid olan - kadr tələbatından irəli gələn xidmət; b) qeyri-hökümət təşkilatları, siyasi partiyalar, həmkarlar ittifaqları, dini qurumlar yanında fəaliyyət göstərənlər; c) yerli özünüidarəetmə orqanları yanında fəaliyyət göstərənlər.
ÖZÜNÜTƏHSİL MƏDƏNİYYƏTİ (öz-özünə təhsilin mədəniyyəti) – özünütəhsilin bütün komponentlərinin yüksək inkişaf və mükəmməllik səviyyəsi. Özünütəhsil tələbatı inkişaf etmiş şəxsin zəruri elementidir. Özünütəhsil nəticəsində insanın iradi keyfiyyətləri, yüksək şüurluluq səviyyəsi və təşkilatçılığı formalaşır.
ÖZ-ÖZÜNƏ TƏHSİL – təhsil müəssisələrindən kənarda, müstəqil surətdə iş yolu ilə əldə edilir. Qiyabi təhsil növü nisbətən öz-özünə təhsilə yaxındır. Lakin bu tip təhsil bütöv təhsil sisteminin ayrılmaz tərkib hissəsidir. Öz-özünə təhsil –bu məqsədyönlü, sistematik, təhsilin təkmilləşməsinə yönəlmiş fəaliyyətdir.
ÖZƏL TƏHSİL MÜƏSSİSƏLƏRİ – şəxsi təşkilatçıları tərəfindən təsis edilən, öz şəxsi büdcəsindən maliyyələşən təhsil müəssisəəri. Aid olduğu quruma və yerinə yetirdiyi vəzifələrin əlamətlərinə görə üç növə ayrılır: a) müəyyən müəssisə və ya müəssisələr qrupuna aid olan - kadr tələbatından irəli gələn xidmət; b) qeyri-hökümət təşkilatları, siyasi partiyalar, həmkarlar ittifaqları, dini qurumlar yanında fəaliyyət göstərənlər; c) yerli özünüidarəetmə orqanları yanında fəaliyyət göstərənlər.
P
PEDAQOQ (yun. Paidagogós – tərbiyəçi, páis, yiyəlik halı paidós - uşaq и ágo – tərbiyə edirəm), Orta ümumtəhsil, peşə-ixtisas məktəbinin, ali, orta-ixtisas, internat, uşaq evi, tərbiyə koloniyasında, məktəbdənkənar müəssisənin müəllimi, həmçinin elmi işçisidir.
PEDAQOGİKA - 1) tərbiyənin konkret-tarixi qanunlarını, cəmiyyətin bu qanunlarla bağlılığını, cəmiyyətin mövcud təlim-tədris qaydalarını öyrənənelmdir; 2) təlim,təhsil və tərbiyəni öyrənən nəzəri və tətbiqi elmlərin toplusu; 3) ali təhsil müəssisələrində tədris edilən fənn .
PEDAQOJİ QARŞILIQLI ƏLAQƏ – tərbiyə verənlə tərbiyə alanın arasında şəxsi təsadüfi və ya məqsədli, fərdi və ya ictimai, uzunmüddətli və ya qısamüddətli, şifahi və ya qeyri-şifahi əlaqə formasıdır ki, onların davranışının, fəaliyyətinin,qaydalarının qarşılıqlı dəyişməsinə təsiri müəyyənləşdirir. P.q.ə hər iki tərəfdə qarşılıqlı fəliyyətin məqsədlərinin və onun həyata keçirilməsində həmrəylik əldə edildikdə, qarşılıqlı fəaliyyətdə olan iştirakçılardan bəzilərinin uğurları digər iştirakçıları stimullaşdırması və ya dayandırması zamanı rəqabət formasında özünü göstərə bilər. Humanitar istiqamətli ped. proses yalnız o zaman tərbiyəçi və tərbiyə alanlar arasında p.q.ə ola bilər ki, burada hər iki iştirakçı öz bilik və bacarıqları çərçrivəsində bərabərhüquqlu,paritet partnyor kimi çıxış edir.
PEDAQOJİ DEONTOLOGİYA - 1)müəllimin professional fəaliyyəti barədə elm; 2) fəaliyyət iştirakçıları arasında etibarlı münasibətləri təmin edən profesional etika. Digər insanlara və onların ideyalarına münasibətdə ped. kompetensiya təlim-tədris prosesində qəbul edilmiş mənəvi məsuliyyəti ifadə edir.
PEDAQOJİ ETİKA –bütöv ped. proses şərtində əxlaqın (mənəviyyatın) fəaliyyət spesifikasını əks etdirən etikanın tərkib hisəsi; müəllimin əxlaqi fəaliyyətinin aspektləri barədə elmdir. P.e.-nın predmeti müəllimin düşüncə, davranış, münasibət və fəaliyətində əxlaqının əks olunmasıdır.
PEDAQOJİ EKSPERİMENT – ped. problemin həllinin yeni, daha effektiv həlli yollarını axtarmaq məqsədilə tədris və ya tərbiyə sahəsində elmi cəhətdən qoyulmuş təcrübə; ped. hadisə zamanı səbəb-məqsəd əlaqəsinin tədqiqatı, hansı ki, tədqiqatçının ped. hadisəyə aktiv təsirini bildirir, ped. təsir və qarşılıqlı əlaqənin nəticələri barədə rəyin öyrənilməsi; ped. hadisə və proseslərin fasiləsiz təkrarlanması.
PEDAQOJİ PROSESLƏRİN QANUNAUYĞUNLUQLARI - ped. prosesin hadisələri, müxtəlif tərəfləri arasında yaranmış obyektiv, təkrarlanan, dəyişməz əlaqələr. P.p.q. sos. şərtlərlə (konkret tarixi şərtlər daxilində cəmiyyətin, iqtisadiyyatın, milli-mədəni); insan təbiəti (uşağın şəxsiyyətinin formalaşması yaş və fərdi xüsusiyyətlərdən asılıdı); tərbiyə prosesinin məğzi ilə (təlim, tədris, təhsil prosesləri və şəxsiyyətin inkişafı qarşılıqlı əlaqəlidir; sosial qrup və şəxsiyyətin qarşılıqlı əlaqəsinin inkişafı) və silə bağlıdır.
PEDAQOJİ iMPROVİZASİYA- müəllimin dərs və ya ünsiyyət zamanı ped.həlli tapması və onu ani olaraq həyata keçirməsi. P.i. prosesi 4 mərhələdən ibarətdir: Birinci mərhələ - ped. maarifləndirmə. İkinci mərhələ- ped.ideyanın ani dərki və onun həyata keçirtmək yolunun seçilməsi. Üçüncü mərhələ - ped. ideyanın ictimaiyyət önündə həyata keçirtmək. Bu mərhələ mərkəzi olur ondan effektivlik asılıdır. Dördüncü mərhələ-dərk, yəni ped.ideyanı reallaşdırmağınani təhlili. P.i. ped.texnikanın mükəməlləşdirməyə, yaranan məsələlərə çevik reaksiya vermək imkanı yaradır.
PEDAQOJİ İNVARİANTLAR – dəyişilməyən ped.həqiqətlər. Termin pedaqogikaya S.Fren tərəfindən daxil edilib. O, humanist ped. əsasında 30 invariant prinsip hazırlayıb. Məs: uşağın təbiəti böyüklərin təbiəti kimidir; uşağın məktəbdəki davranışı onun psi.quruluşundan və sağlamlıq vəziyyətindən asılıdır; heç kim ona əmr edilməsini sevmir və s
PEDAQOJİ TAPŞIRIQ – yaranmış ped. vəziyyətin dərki və bu vəziyyətə uyğun qərar qəbulu.
PEDAQOJİ TƏDQİQATIN MƏSƏLƏLƏRİ- ped. tədqiqatın konkret və ya daha dəqiq məqsədləri
PEDAQOJi MƏQSƏD –müəllim və şagird arasında qarşılıqlı əlaqənin nəticəsi, müəllimin düşüncəsində olan və sonradan ped.prosesə təkan verən digər təhsil komponentlərinin formalaşması.
PEDAQOJİ TƏDQİQATIN MƏQSƏDİ – ped. hadisələrdə səbəb-məqsəd əlaqəsinin və qanunauyğunluğun müəyyənləşməsi və onların əsasında nəzəriyyə və metodologiyanın işlənib hazırlanması.
PEDAQOJİ PROSESİN FUNKSİYALARI – Məqsədyönlü və təşkil edilmiş ped. prosesin yarandığı məqsəd və rollardan ibarətdir. P.p. f.- təhsil (bilik, bacarıq və qabiliyyətlərin, mədəni dəyərlər sisteminin ötürülməsi), tərbiyəvi (təlim-tədris prosesində dəyərlər və münasibətlər sisteminin ötürülməsi), inkişafını (şəxsiyyətin xüsusiyyətlərinin və hadisələrin şüurlu dərki, məntiqi üsul, əməliyyat, mülahizə, məntiqi nəticələr), sosiallaşdıran ( birgə fəaliyyətin nəticəsində təcrübənin əldə edilməsi, ictimai münasibətlər və sos.uyğun davranışın yaranmasında özünü göstərir).
PEDAQOJİ TƏSİR – müəllimin şagird və ya tələbələrin düşüncə, iradə, emosiyalarına təsiri, onlarda tələb olunan keyfiyyətlərin formalaşması və qoyulmuş məqsədlərə müvəffəqiyyətlə çata bilmək kimi bacarıqların yaranması.
PEDAQOJİ FƏALİYYƏT- ped. prosesdə şagirdin şəxsiyyətinin tərbiyə, inkişaf və özününinkişafı və azad, yaradıcı özünüifadə üçün profesional fəaliyyət. P.f.-in əsas problemi – müəllimin tələb və məqsədlərinin şagirdlərin arzu, istək və imkanları ilə birləşməsi; P.f.-in uğurlu həyata keçirilməsi müəllimin profesional səviyyəsi, onun ped. texnologiya və texnikaya yiyələnməsi ilə şərtlənir. P.f.-in üç modeli: məcburiyyət pedaqogikası (avtoritar pedaqogika), tam azad pedaqogika, əməkdaşlıq pedaqogikası. .
PEDAQOJİ DİAQNOZ - şagirdlərin xasiyyətlərinin və bacarıqlarının həcminin müəyyənləşməsi, onların tədris zamanı qarşılaşdığı çətinliklər, davranışlarındakı çatışmazlıqların müəyyənləşməsi. P.d. şagirdlərin tədris proqramını mənimsəməsi, onların tədris, fəaliyyət və onların nəticələrinin əsasında qoyulur.
PEDAQOJİ DEONTOLOGİYA - 1)müəllimin professional fəaliyyəti barədə elm; 2) fəaliyyət iştirakçıları arasında etibarlı münasibətləri təmin edən profesional etika. Digər insanlara və onların ideyalarına münasibətdə ped. kompetensiya təlim-tədris prosesində qəbul edilmiş mənəvi məsuliyyəti ifadə edir.
PEDAQOJİ DÜŞÜNCƏ – müəllimin bütün pedaqoji fəaliyyətini və və uşaqlara münasibətinin xüsusiyyətlərini bildirən bilik və bacarıqların cəmi. Mütəxəssisin şəxsi və profesional bacarıqları nəticəsində formalaşır.
PEDAQOJİ DƏSTƏK- profesional müəllimlərin və psixoloqların uşaqların fiziki və psixi sağlamlığı, insanlarla ünsiyyəti, təhsildəki problemləri ilə bağlı problemlərinin həlli üçün profesional fəaliyyəti.
PEDAQOJİ PARADİQMA (yun. paradeigma – nümunə, misal) – ped.elmi ped. cəmiyyət nəzəri, metodoloji və s. qaydaların toplusu. Bu qaydalara ped. problemin həlli zamanı etalon, nümunə kimi əsaslanırlar. “Paradiqma” anlayışı pedaqogika elminə amerikan tarixçisi T. Kun tərəfindən gətirilib. O 3 mərhələni fərqləndirmişdir. Paradiqma öncəsi, paradiqmanın hakimliyi, elmi inqilab zamanı paradiqma.
PEDAQOGİKANIN PREDMETİ- insanın tədris, təlim, tərbiyə zamanı inkişafına xidmət edən məqsədyönlü proses.
PEDAQOJİ PROSESİN PRİNSİPLƏRİ – bütövüklə pedoqoji prosesin məzmunu, formaları, metodları, vasitələrinin cəmi. Bütün prosesi tənzimləyən ümumi qayda, göstəriş, normalar məcmusudur. Təlim və tədrisdə mümkünlülük- təlim və tədris prosesi yaş, fərdi və cinsi xüsusuiyyətləri nəzərə almaqla qurulur. Bu prinsipi nəzərə almaqla tədris çətinlik dərəcəsinin sadədən mürəkkəbə, məlum olandan naməluma keçməklə qurulur. Lakin bu prinsip heç də tələblərin azalması kimi qəbul edilə bilməz. Tərbiyədə fərdi yanaşma – şagirdlərin fərdi qabiliyyətlərini nəzərə almaqla həyata keçirilir. Hər bir şagirdin xasiyyətinin kolektivə uyğun tərbiyəsi və tədrisi şagirdin qrup daxilində bir fərd kim davranış qaydalarını öyrədir. Əyanilik (ped.) – tədrisin konkret əyani və ya hiss edilə bilən vasitlər əsasında qurulması prinsipidir. Təlim və tədrisdə elmilik prinsipi – şagirdlərə tədris zamanı yalnız elmlə təsdiqini tapmış, elmə uyğun materiallar verilir. Mədəniyyət prinsipi – tədrisdə maksimal dərəcədə ölkənin, xalqın, mədəniyyətin dəyərlərini çatdırmaq, mədəni dəyərləri tədris etməkdir. Təbiət prinsipi - hər bir tərbiyəvi prosesin əsası kimi konkret fərdi xüsusiyyət və bacarıqları kimi təbiətin bir üzvü kimi uşaq əsas götürülür. əməkdaşlıq prinsipi – tədris prosesində şəxsiyyətə üstünlük verilməsi; onun özünütəsdiqi, müəyyənləşməsi; uşaq və böyüklərin birgə fəaliyəti üçün olan prinsipdir. Nəzəriyyə və praktikanın əlaqəsi prinsipi- elmi biliklərin gündəlik həyat təcrübəsi ilə harmonik əlaqəsini bildirir. Bu prinsip dünyanın dərkini, gündəlik həyat hadisələrinə təsir yollarını öyrdir. Sistemlilik və ardıcıllıq-tədris prosesində məntiqi əlaqələrin gözlənilməsi və bu dərs materialını daha asan qavranmasını təmin edir. Bu prinsip az müdddətdə daha çox nəticə əldə etməyə yardım edir. Şagirdin qoyulmuş tələblərdən asılı olmayaraq şəxsiyyətinə hörmət prinsipi- müəllimin şagirdə bir şəxsiyyət kimi hörmətinin tələb edir. Şagirdlərə qarşı tələbat müəllimin ilk öncə özünə qarşı tələbatını tələb edir
PEDAQOJİ TƏDQİQATIN PREDMETİ – tədqiqatın konkret obyekti və ya onda baş verən proses və ya tədqiq edilən problemin aspektləri.
|