• Elmi redaktor
  • Novruzov V. S.
  • Dərs vəsaiti kimi təsdiq edilib qrif verilmişdir baki "Elm və təhsil" 2013




    Download 8.1 Mb.
    Pdf ko'rish
    bet1/86
    Sana07.10.2022
    Hajmi8.1 Mb.
    #26890
    TuriDərs
      1   2   3   4   5   6   7   8   9   ...   86
    Bog'liq
    Yem otları






    HÜMBƏTOV H. S. HÜSEYNOV A. R. 
    YEM OTLARI 
    (dərs vəsaiti) 
    Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013- cü il 
    tarixli 323 saylı əmrinə əsasən dərs vəsaiti kimi təsdiq edilib qrif 
    verilmişdir 
    BAKI “Elm və təhsil” 2013 



    Elmi redaktor: Azərbaycan Elmi -Tədqiqat Yemçilik, Çəmənçilik 
    və Otlaqlar institutunun (Az.ETYÇOİ)
    Seleksiya və genetik ehtiyatlar 
    şöbəsinin müdiri Qasımov H. Y.
    Rəy verənlər:
    Az.ETYÇOİ -nin Otlaq və biçənəklər şöbəsinin müdiri Zeynalov R. N.
    GDPU-nin Botanika kafedrasının müdiri, biologiya elmləri doktoru, 
    əməkdar elm xadimi, professor Novruzov V. S. 
    ADAU-nun Heyvandarlıq və balıq məhsulları istehsalı texnologiyası 
    kafedrasının müdiri, k/t. e. d. professor, Rusiya Aqrar Təhsil Akademi-
    yasının akademiki Abdullayev Q. Q. 
    AzETHİ-nin direktoru, k/t üzrə elmlər doktoru Balakişiyev M. Q. 
    Hümbətov H. S., Hüseynov A. R. Yem otları, Bakı: “Elm 
    və təhsil” nəşriyyat-poliqrafiya müəssisəsi 2013, 184 s. şəkilli 
    Vəsaitdə əsas taxıl, paxlalı və qeyri ənənəvi yem bitkilərinin təsər-
    rüfat əhəmiyyəti, botaniki-morfoloji və bioloji xüsusiyyətləri, becəril-
    mə texnologiyası, inkişaf tarixi, heyvan yemlərin istehsal formaları, 
    mövcud yem otlarının məhsuldarlığı, kimyəvi tərkibi, seleksiyası, to-
    xumçuluğu, yem tədarükü, yem otlarının əkildiyi sahələrin inkişaf pers-
    pektivləri bir sözlə, yem istehsalının bütün sahələri üzrə əsas prinsipial 
    məsələlərə dair ətraflı məlumat verilmişdir.
    Dərs vəsaiti əsasən ali və orta ixtisas məktəblərinin biologiya
    ekologiya, aqronomluq ixtisaslarının bakalavr və magistr pilləsində 
    təhsil alan tələbələr, bu fənlərin tədrisi ilə məşğul olan müəllimlər, flora 
    və bitkiçiliklə məşğul olan digər şəxslər üçün nəzərdə tutulmuşdur. 
    Lakin, ondan aqronomlar, fermerlər, zootexnuklər, yem istehsalı sahə-
    sində çalışanlar, eləcə də yem məhsulları istehsalı ilə maraqlanan hər bir 
    oxucu faydalana bilər.
    2013
    098
    11
    3701000000


    N
    qrifli nəşr
    © Hümbətov, Hüseynov 2013



    GİRİŞ 
    Yem istehsalının artırılması, biçənəklərin, otlaqların və ot əki-
    ni sahələrinin genişləndirilməsi və məhsuldarlığının artırılması öl-
    kəmizdə heyvandarlığın inkişaf etdirilməsi və onun məhsuldar-
    lığının artırılmasında başlıca şərtdir. 
    Heyvandarlıq məhsullarının artırılması isə, hər şeydən əvvəl, 
    ölkəmizdə yemçiliyi inkişaf etdirmək və möhkəm yem bazası 
    yaratmaq yolu ilə təmin edilə bilər. Bu mühüm məsələni müvəf-
    fəqiyyətlə həll etmək üçün yeni yüksək keyfiyyətli və məhsuldar 
    yem bitkiləri sortları yaratmaqla yanaşı, ayrı-ayrı elmi-tədqiqat 
    müəssisələri tərəfindən əldə edilmiş müxtəlif yem bitkisi sortları 
    Azərbaycanın iqlim-torpaq şəraitində sınaqdan keçirilməli, onla-
    rın bioloji və təsərrüfat xüsusiyyətləri öyrənilməlidir. Bundan 
    başqa perspektiv sortların təsərrüfatda becərilməsinə, onların əkin 
    sahələrinin genişləndirilməsinə və yemçiliyin inkişafına mane 
    olan nöqsanlar aradan qaldırılmalıdır.
    Yem olmadan heyvandarlığı inkişaf etdirmək, yüngül səna-
    yenin, əhalinin heyvandarlıq məhsuluna artmaqda olan tələbini 
    ödəmək və insanların sağlamlığını qorumaq mümkün deyildir.
    Azərbaycanda yem istehsalının tarixi çox qədimdir. Qeyd 
    etmək lazımdır ki, XVII-XVIII əsrlərdə, xüsusilə XIX əsrin 
    axırlarında Azərbaycanla dünyanın bir sıra ölkələri arasında olan 
    ticarət əlaqələrinin genişlənməsi istehsalın başqa sahələri kimi, 
    yemçiliyə də müəyyən dərəcədə müsbət təsir göstərmişdir. 
    Tarixi məlumatlara görə o dövrdə Azərbaycandakı bəzi yem 
    bitkilərinin toxumu qiymətli əkin materialı kimi xaricə göndə-
    rilir, bəzi bitkilərin toxumu isə Azərbaycana gətirilirdi. 
    Beləliklə, bəzi təsərrüfatlarda çox ibtidai formada olsa da, 
    yem bitkilərinin toxumçuluğuna aid (toxum istehsalı, tədarükü, 
    təmizliyi, saflığı, məhsuldarlığı, onların zərərverici və xəstəliklər-
    dən qorunması, sağlamlığı, toxumluq sahələrin vaxtında ayrılması, 
    toxumun toplanması, onların yazda və payızda səpilməsi, əkin 
    sahələrinin əvvəlcədən hazırlanması, səpinin vaxtında keçirilməsi 
    və s.) bir sıra tədbirlər hazırlanıb həyata keçirilirmiş. 



    Bu dövrdə toxumçuluğa aid müəyyən tədbirlərin görülməsi 
    bəzi yem bitkisi çeşidlərinin əsrlər boyu təsərrüfatlarda saxlanma-
    sına səbəb olmuş, xalq seleksiyası tərəfindən yaradılmış bir sıra 
    qiymətli bitki çeşidlərinin nəsildən-nəslə verilməsinə imkan yarat-
    mışdır. 
    Yemçiliyin tarixi iki əsas dövrə ayrılır. Birincisi, sadə yem 
    istehsalı tarixi; ikincisi, mədəni yem istehsalı tarixidir. 
    Sadə yem istehsalı tarixi qədim maldarlığın meydana gəlməsi 
    ilə əlaqədardır. Yem istehsalının bu formasının yaranmasında bir 
    sıra təbii-tarixi hadisələrin və ictimai yaradıcı amillərin böyük 
    rolu olmuşdur. Məsələn, təbii-bioloji qanuna əsasən qədim insan-
    ların əsas qidasını ətin təşkil etməsi, odun kəşfi, ətin odda bişirilib 
    yeyilməsi, vəhşi heyvanların əhliləşdirilməsi və s. sadə yem isteh-
    salının yaranma prosesinə böyük təsir göstərmişdir. 
    Qədim insanların ikinci ən böyük nailiyyəti olan çörəyin əldə 
    edilməsi yemçiliyin inkişafında, xüsusilə mədəni yem istehsalı 
    formasının yaranmasında böyük rol oynamışdır. 
    Qədim insanların əsas qidasını təşkil edən bu iki təbii nemət, 
    yəni ət və çörək sonralar kollektiv əməkdə böyük dönüş yaratmış, 
    nəticədə qəbilə və tayfaları maldarlıq və əkinçiliklə daha ciddi 
    məşğul olmağa məcbur etmişdir. 
    Mədəni yem istehsalı tarixi yem istehsalının əkinçiliklə əla-
    qələndirildiyi, yəni yem əhəmiyyəti olan bitkilərin əkinçiliyə daxil 
    edildiyi və becərildiyi vaxtdan başlayır. Maldarlıq sürətlə inkişaf 
    etdiyindən təbii yem mənbələri daha heyvandarlığın tələbatını 
    ödəmirdi. Buna görə də maldarlar və əkinçilər yeni mənbələr 
    axtarmaq və bol yem ehtiyatı yaratmaq fikrinə düşür, müxtəlif 
    tədbirlərə əl atmalı olurlar. Bu işdə heyvandarlıqda olduğu kimi, 
    bitkiçilikdə də kortəbii, süni seçmə nəticəsində əldə edilmiş bitki 
    növlərinin böyük əhəmiyyəti olmuşdur. Həmin bitkiləri insanlar 
    əkib-becərərək, süni çəmənliklər yaratmağa, bu çəmənliklərin otu-
    nu toplamaqla yem istehsalının yeni formasına - mədəni yem is-
    tehsalına” başlamışlar ki, bu da yemçiliyin tarixində ən böyük dö-
    nüş hesab olunur. Beləliklə, yem istehsalını insanlar əkinçiliklə 
    əlaqələndirmiş olurlar. 



    Məhz buna görə də mədəni, yem istehsalının tarixi onun əkin-
    çiliklə əlaqələndirildiyi, yəni yem əhəmiyyəti olan bitkilərin əkin-
    çiliyə daxil edildiyi dövrdən başlayır. 
    Əsas yem mənbələri iki cürdür. Birinciyə, təbii yem mənbə-
    ləri, yəni təbii biçənəklər və otlaqlar daxildir. İkincisi, əkinçiliklə 
    əlaqədar olan yem mənbələridir. Buraya yem əhəmiyyəti kəsb 
    edən və müxtəlif növə mənsub olan birillik və çoxillik bitkilərin 
    əkin sahələri, habelə süni biçənəklər aiddir. 
    Müxtəlif fəsilələrə mənsub olan bir sıra ot bitkiləri qiymətli 
    yem olmaqla yanaşı, bir sıra müsbət təsərrüfat və bioloji xüsusiy-
    yətlərinə görə istehsalatda geniş yer tutmuşdur. Məsələn, paxla-
    lılar fəsiləsinə aid olan yem bitkiləri torpağın strukturunu yaxşı-
    laşdırmaq, münbitliyini artırmaq və onu humusla zənginləşdirmək 
    qabiliyyətinə malikdirlər. 
    Başqa bitkilərdən fərqli olaraq, paxlalı yem bitkiləri kök 
    yumruları və kök qalıqları hesabına torpaqda azotun toplanılma-
    sına əhəmiyyətli dərəcədə təsir göstərirlər. 
    Aparılan hesablamalar 
    göstərir ki, suvarma şəraitində inkişafın birinci ilində orta hesabla 
    hər bir yonca bitkisinin kökündə 18-19, xaşanınkında 25-26, 
    lərgəninkində 23, çöl noxudununkunda 20-yə qədər kök yumrusu 
    əmələ gəlir. 
    Hər kök yumrusunun içərisində milyonlarla bakteriya olur. 
    Bu bakteriyalar bitkiləri havanın sərbəst azotu ilə təmin edir və 
    torpağın azotla zənginləşməsinə səbəb olur. 
    Yem otlarının bəzi növləri bostan, tərəvəz, taxıl və texniki 
    bitkilər üçün gözəl sələfdirlər. 
    Bəzi ot bitkiləri (xüsusilə yonca və xaşa) becərildikləri torpa-
    ğın fiziki-kimyəvi xüsusiyyətini yaxşılaşdırmaqla bərabər, eroziya 
    prosesinin və şoranlaşmanın qarşısını alır. 
    Yem bitkilərinin elə növü vardır ki, onlar (xaşa nəzərdə tu-
    tulur) kök ifrazı vasitəsi ilə torpaqda çətin həll olunan maddələri 
    asan həll olunan və bitkilərin tez mənimsəyə bildiyi formaya salır. 
    Bəzi yem bitkiləri (xüsusilə çoxilliklər) turş torpaq və bataq-
    lıqlardan başqa, hər cür torpaqlarda böyüyüb inkişaf edirlər, isti-
    yə davamlı olduqları kimi soyuğa da dözürlər. Soyuğa davam-



    lılığın nəticəsidir ki, yem bitkilərinin bəzi növləri şimal rayon-
    larında belə müvəffəqiyyətlə becərilir. 
    Başqa bitkilərə nisbətən paxlalı bitkilərin bəzi 

    Download 8.1 Mb.
      1   2   3   4   5   6   7   8   9   ...   86




    Download 8.1 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Dərs vəsaiti kimi təsdiq edilib qrif verilmişdir baki "Elm və təhsil" 2013

    Download 8.1 Mb.
    Pdf ko'rish