Azərbaycan döVLƏt dəNİz akademiyasi “Gəmiqayırma və gəmi təmiri” kafedrası “materiALŞÜnasliq və materiallar texnologiyasi”




Download 0.66 Mb.
bet1/8
Sana01.04.2024
Hajmi0.66 Mb.
#184835
TuriMühazirə
  1   2   3   4   5   6   7   8
Bog'liq
240209144206969664, Presentation1

AZƏRBAYCAN DÖVLƏT DƏNİZ AKADEMİYASI

Gəmiqayırma və gəmi təmiri” kafedrası


MATERİALŞÜNASLIQ VƏ MATERİALLAR TEXNOLOGİYASI”
FƏNNİ


MÜHAZİRƏ 10
Legirli poladlar. Legirli çuqunlar


Mühazirəçi: prof. Məmmədov A.T.
BAKI-2019
1. Legirləyici elementlərin təsiri
Poladın quruluşunu və xassələrini dəyişmək üçün ona xüsusi daxil edilən elementləri legirləyici elementlər adlandırırlar. Uyğun olaraq tərkibində legirləyici elementlər olan poladları legirli poladlar adlandırırlar. Bu halda əgər silisiumun niqdarı 0,4%-dən və manqanın miqdarı 0,8%-dən çoxdursa, onda onları da legirləyici elementlərə aid edilirlər.
Bəzi legirləyici elementlərin konstentrasiyası çox az ola bilər. 0,1% Nb,Ti daxil edirlər, B miqdarı isə adətən 0,0005%-i ötmür. Legirli poladlarda əgər elementin konsentrasiyası 0,1%-ə yaxın təşkil edirsə onu mikrolegirli polad adlanırırlar.
Legirli poladların geniş yayılması texniki tərəqqinin yüksəlməsilə materiallara qoyulan tələbatların faziləsiz artması ilə şərtlənir. Legirləmə mexaniki xassələrin (möhkəmliyin, plastikliyin, özlülüyün), fiziki (elektrikeçiriciliyinin, maqnit xarakteritikalarının, radiasiyaya davamlılığın) və kimyəvi xassələrin (müxtəılif mühitlərdə korroziyaya davamlılığın) dəyişdirilməsi məqsədilə edilir.
Xassələrin zəruri kompleksi nəninki legirləməklə,həm də metalın ən optimal strukturunu almağa imkan verən termiki emalla da təmin olunur. Legirli poladlar karbonlu poladlardan baha olduğuna görə onları termiki emalsız tətbiq etmək səmərəli deyil.
Legirləyici elementlərin tətbiqi əhəmiyyətli dərəcədə poladın maya dəyərinə təsir edir. Bu və ya digər legirləyici elementləri istifadə etdikdə, yalnız onların poladın xassələrinə təsirilə yox, həm də iqtisadi mülahizələr, məsələn yer kürəsində yayılması, çıxarılma və alınma qiyməti, habelə aztapılanlığı əsasında qərar qəbul etmək lazımdır.
əsas legirləyici elementlər Cr, Ni, Mn, Si, Mo, V, Ti, Al, Cu, Nb, B-dur. Əksər hallarda poladı bir elementlə yox, bir neçə elementlərlə legirləyirlər. məsələn, xromnikelli polad Cr və Ni-lə, xrommanqanlı polad Cr və Mn-la, xromnikel molibden vanadiumlu polad Cr, Ni, Mo, V-la legirlənir.
Legirləyici elementlər dəmirin polimofluğuna əhəmiyyətli təsir göstərirlər. Legirləyici elementlər ferritin və ya austenitin dayanıqlılığına təsirinə görə iki qrupa bölünürlər (şəkil 1).
Birinci qrupa Ni, Mn, Co aid edilir, bunlar genişlənmiş -sahə yaradırlar və austenitin dayanıqlığını artırırlar. Legirləmənin təsiri altında ərimə temperaturundan otaq temperaturunadək -sahənin stabilliyini saxlayan poladlar anstenit poladları adlanır.

Şəkil 1. Dəmirin polimorfluğuna legirləyici elementlərin təsir sxemləri:
bərk məhlulun sahələrini a-genişləndirən və b- sıxan
İkinci qrupa Cr, Si, V, Mo, Al, Ti, W və s. yəni əksər legirləyici elementlər aiddir, bunlar dəmirlə ikili diaqramlarda ferritin dayanıqlığını artıraraq qapalı  sahə yaradırlar. Legirləmənin təsiri altında otaq temperaturundan ərimə temperaturunadək -sahənin stabilliyini saxlayan poladlar ferrit poladları adlanır.
Dəmir əsaslı digər ərintilərdən fərqli olaraq austenit və ferrit-poladları qızdırmada və soyutmada çevrilmələrə məruz qalmırlar.
Legirləyici elementlər dəmirlə və karbonla qarşılıqlı təsirə girərək legirli poladlarda müxtəlif fazaların yaranmasında iştirak edə bilərlər:
Legirli ferrit-legirləyici elementin Fe-da bərk məhlulu
Legirli austenit-legirləyici elementin Fe-da bərk məhlulu
Legirli sementit-legirləyici elementin semenetitdə bərk məhlulu və ya müəyyən həddən yuxarı legirləyici elementin miqdarını artırdıqda xüsusi karbidlərin bərk məhlulu.



Download 0.66 Mb.
  1   2   3   4   5   6   7   8




Download 0.66 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Azərbaycan döVLƏt dəNİz akademiyasi “Gəmiqayırma və gəmi təmiri” kafedrası “materiALŞÜnasliq və materiallar texnologiyasi”

Download 0.66 Mb.