GəMİ maşIN, mexanizmləRİ VƏ SİstemləRİ fənnindən mühazirələrin konspekti




Download 3.16 Mb.
bet1/37
Sana01.04.2024
Hajmi3.16 Mb.
#184836
TuriMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   37
Bog'liq
240313445204311947, Presentation1


AZƏRBAYCAN XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ QSC
AZƏRBAYCAN DÖVLƏT DƏNİZ AKADEMİYASI

GƏMİ MAŞIN, MEXANİZMLƏRİ VƏ SİSTEMLƏRİ
fənnindən mühazirələrin konspekti


Tərtib etdi: dosent Rzayev M.Ə.

BAKI - 2022
Giriş
Gəmi maşınları, mexanizmləri və sistemləri fənni “Dəniz naviqasiyası mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələr üçün əsas fənlərdən biridir. Belə ki gəmilərin istismarı zamanı gəmi kapitanının növbə üzrə köməkçisi gəminin idarə edilməsi zamanı növbə mexaniki ilə qarşılıqlı əlaqədə olur. Ona görə də kapitanın növbə köməkçisi gəmi maşınları, mexanizmləri və sistemləri haqqında müfəssəl biliklərə malik olmalıdır. Bu fənnin tədrisi zamanı əsas diqqət gəminin naviqasiya keyfiyyətinə (gəminin üzmə keyfiyyəti, gəminin dayanıqlığı, gəminin batmamazlığı, gəminin manevirliyi – gəminin gedişi, gəminin idarəolunması, inersiyası (qaçış zamanı, qaçış məsafəsi), sirkulyasiyası, reversi) təsiri olan məsələlərin öyrənilməsinə diqqət yetirilməlidir.
Elmi ədəbiyyatda maşın, mexanizm və sistemlərin müxtəlif şərhləri verilib.
“Maşın” fransız sözü olub (machine) – enerjinin çevrilməsi məqsədilə mexaniki hərəkəti təmin edən qurğudur. Gəmidə enerji çevrilməsi energetik qurğularda həyata keçirilir (buxar maşınlarında, buxar turbinlərində, qaz turbinlərində, daxili yanma mühərriklərində, elektrik mühərriklərində).
“Mexanizm” yunan sözü olub (mechane) – hər hansı bir sistemin, yaxud altsistemlərin işinə xidmət edən köməkçi avadanlıqların məcmusudur. Gəmi mexanizmləri dedikdə isə gəmi energetik qurğuların və gəmi sistemlərinin işini təmin edən avadanlıqlar (nasoslar, ventilyatorlar, kompressorlar, separatorlar, müxtəlif istilikmübadiləsi qurğuları və s.) başa düşülür.
Gəmi sistemləri dedikdə - borukəmərləri və onlara xidmət edən mexanizmlərin, aparatların, tutumların, həmçinin idarəetmə və nəzarət cihazlarının komplekslərindən ibarət olan gəmi qurğuları başa düşülür.
Ümumilikdə “Gəmi maşın, mexanizm və sistemləri” dedikdə “Gəmi energetik qurğuları” başa düşülməlidir. Gəmi energtik qurğusu (GEQ) mürəkkəb texniki kompleks olub onun vəzifəsi gəminin hərəkətini və manevrliyini, həmçinin gəmi tələbatçılarını müxtəlif enerji ilə (mexaniki, istilik, elektrik) təmin etməkdir.



Download 3.16 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   37




Download 3.16 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



GəMİ maşIN, mexanizmləRİ VƏ SİstemləRİ fənnindən mühazirələrin konspekti

Download 3.16 Mb.