Şəkil 1.3. Metal və yarımkeçiricilərin, müvafiq olaraq, elektrik müqavimətlərinin (a, b) və keçiriciklərinin (c,d) temperaturdan asılılığı.
Yarımkeçiricilərin elektrikkeçiriciliyi otaq temperaturunda 102÷10-9 Om·sm intervalında dəyişir, özü də bu keçiricilik temperaturdan, aşqarların növündən və konsentrasiyasından, yarımkeçirici maddənin quruluşundan, həmçinin xarici amillərdən (temperatur, təzyiq, işıqlanma, elektrik və maqnit sahəsi ) kəskin asılı olur.
Yarımkeçirici maddələr iki sinifə bölünür: ion və elektron yarımkeçiricilər. İon yarımkeçiricilərində keçiricilik maddəni təşkil edən ionların hərəkəti nəticəsində yaranır. Elektron yarımkeçiricilərində isə cərəyan elektronlar və deşiklər vasitəsi ilə həyata keçir. 1) Yarımkeçiricilər qrupuna bir maddə daxildir: elementar yarımkeçiricilərə 12 element aiddir: B, C (karbon), Si, P (fosfor), S (kükürd), Ge, As, Sn (boz qalay), Sb (sürmə), Те (tellur), I (yod), Se. Bu yarımkeçiricilər digər elemenlərin əhatəsində cədvəl 1.1-də verilmişdir. 2) tip birləşmələr, indekslər elementlərin daxil olduqları qrupları göstərir (CuO, Cu2O, CuS), 3) birləşmələri (CuCl, ArBr,...), 4) (ZnS, ZnO, CdS,...), 5) (GaAs, GaP, İn As, İnP, İnAs,...). Yarımkeçiricilərə həmçinin müxtəlif qrup elementləri IY (Si,Ge,Sn), Y (AS,Sb), YI (Se,Te), IY-IY (SiC), III-Y(GaP, GaAs, 1nSb), II-YI (CdS,HgTe,ZnS, IY-YI (SnO2, PbS,PbTe), III-YI (GaSe, InSe, TlSe,…) və bərk məhlullar (məsələn, AlGaAs, ZnCdS, In GaSb) aiddir. Qeyd etmək lazımdır ki, orqanik üzvi yarımkeçiricilər də mövcuddur: C14H10(antrasen), C10H8 (naftalin),C20H12 (perilin), (xloforin, hemoqlobin zanlı hüceyrələrdə müşahidə olunur).
Cədvəl 1.1. Mendeleyev cədvəlində bəsit yarımkeçiricilərin vəziyyəti
Qrup
Period
|
II
|
III
|
IV
|
V
|
VI
|
VII
|
|
II
|
Be
|
B
|
C
|
N
|
O
|
|
|
III
|
|
Al
|
Si
|
P
|
S
|
Cl
|
|
IV
|
|
Ca
|
Ge
|
As
|
Se
|
Br
|
|
V
|
|
In
|
Sn
|
Sb
|
Te
|
J
|
Xe
|
VI
|
|
|
Pb
|
Bi
|
Po
|
At
|
|
Yarımkeçiricilər kristal, amorf və maye hallarında ola bilir. Məsələn, Ge və Si kristal olduğu halda, AS2Se3-xTlx, Tl2 As2 Se4-xTlx, GeAs2Se4-xTl (02Se və Cu2Т aiddir.
Metallar, dielektriklər və yarımkeçiricilər optik xassələrinə görə də bir-birindən fərqlənir. Dielektrik və yarımkeçiricilər Eg-dən kiçik enerjilərdə ( ) şəffafdır, Eg-dən böyük enerjilərdə isə ( ) udma qabiliyyətinə malikdir.
|