|
«AZƏrbaycan hava yollari» qsc miLLİ aviASİya akademiyasi tullantisiz istehsal metodik vəsait baki – 2014 Elmi redaktor
|
bet | 19/32 | Sana | 14.05.2024 | Hajmi | 0,58 Mb. | | #230621 |
Bog'liq «AZ rbaycan hava yollari» qsc miLL aviAS ya akademiyasi tullantİnformasiya təminatı. Proqramın vaxtlı-vaxtında informasiya ilə təmin edilməsi, onun müvəffəqiyyətli həlli, işlənməsi və realizə edilməsi üçün vacib şərtdir. Belə informasiya bir qədər statistik hesabata, həmçinin müəssisənin ekoloji pasportuna malik olur. Ancaq çox vaxt bu pasport doldurulmur və heç də həmişə müəssisənin ekoloji vəziyyətini əks etdirmir. Sənayenin bəzi sahələrində və regionlarda tullantılar üzrə avtomatlaşdırılmış məlumat bankı yaradılmış və öz funksiyasını göstərir. Ancaq informasiya toplanmasının vahid sisteminin və mübadiləsinin, həmçinin qeyd olunan bankların fəaliyyətinin koordinasiyasının olmaması onların informasiya dəyərini aşağı salır, informasiya sənədlərinin təkrarlanmasına səbəb olur və informasiya xidmətinin tam təmin olunmasına imkan vermir. Proqramın informasiya təminatının effektliyinin artırılmasını təmin etmək üçün vahid dövlət «Tullantılar» bankı işlənilməlidir. İnformasiya bankı tullantılar, texnologiya, avadanlıq, emalın haqqında məlumata, yerli və xarici elmi-texniki potensialı həyata keçirilən və tətbiq edilən elmi-tədqiqat işləri barədə məlumata malik olmalıdır. Vahid informasiya sisteminin yaradılması əsas aşağıdakı istiqamətlərdə həyata keçirilir: sistemin elmi-metodiki təminatı, ixtisaslaşdırılmış bankların formalaşdırılması və istehlakçıların məlumat-informasiya ilə təmin edilməsi.
Sistemin elmi-metodiki təminatı. Sistemin elmi-metodiki təminatı, sistemin təşkilatı – funksional strukturunu, onun əsas prinsip və inkişaf istiqamətlərini, texniki və dil uyğunluğunu müəyyənləşdirən sənədlərin işlənməsidir. İxtisaslaşdırılmış bankların tərkibinə bunlar daxildir: poliqon məlumatları bankı, saxlayıcılar, tullantıların saxlanılması və basdırılması, tullantıların emalı üzrə avadanlıq və tətbiqi texnologiya bankı, yerli və xarici elmi-tədqiqat işləri, patent-informasiya sənədlərinin bankı, yerli və xarici firmaların, müəssisələrin və təşkilatların haqqında məlumat bankı, yerli və xarici bazar tullantılarının konyuktura haqqında məlumat bankı.
Tullantılar bankı tullantıların həcmi barədə, onların əmələgəlmə mənbələri haqqında, onların həcmi, istifadə istiqaməti, ödənişlərin yerləşmə limiti və ölçüsü barədə, toksiki zəhərlərin sinfi və fiziki-kimyəvi xüsusiyyətləri barədə, poliqonlar haqda məlumat, zibilliklər barədə, tullantıların məhv edilməsi, obyektlərin yerləşdirilməsi barədə məlumata malik olur. Tullantıların informasiya bankının formalaşmasının əsasını statistik hesabatın qüvvədə olan məlumat forması, müəssisələrin ekoloji pasportları, həmçinin müəssisələrin toksiki tullantıların inventarizasiya məlumatları rol oynayır.
Tullantıların kənarlaşdırılması sahəsində elmi potensialı xarakterizə edən potent-informasiya sənədləri bankı işlənmələrin müəllifi barədə məlumatlara, onun məğzinə, yeniliyinə və məlumat mənbəyinə malik olmalıdır. Yerli və xarici tullantı bazarlarının konyuktura məlumatları bankı müəyyən növ tullantılara tələbat haqqında, alınmış və satılmış lisenziya haqda, məhsulun qiyməti haqda, tullantıların emalı üçün nəzərdə tutulan avadanlıq və texnologiya haqda və s. məlumata malik olmalıdır.
|
|
Bosh sahifa
Aloqalar
Bosh sahifa
«AZƏrbaycan hava yollari» qsc miLLİ aviASİya akademiyasi tullantisiz istehsal metodik vəsait baki – 2014 Elmi redaktor
|