|
İnformasiya texnologiyası
|
bet | 4/7 | Sana | 14.05.2024 | Hajmi | 0,53 Mb. | | #233826 |
Bog'liq Abışov Fərid Ktİnformasiya texnologiyası - İnformasiya texnologiyası (ing. Information technologies) — informasiya termini latınca “informatio” sözündən götürülmüş və obyekt, hadisə, fakt haqqında məlumat, xəbər verilməsi, nəyinsə izah edilməsi deməkdir. texnologiya sözü yunanca «techne» (ustalıq, bacarıq) və «logos» (öyrənmə, idrak) sözlərinin birləşməsindən yaranmışdır və istehsal proseslərinin yerinə yetirilməsi üçün üsullar və vasitələr haqqında biliklər toplusunun və həmin proseslərin özlərini ifadə edir.[1]
- İnformasiya texnologiyası verilənlərin toplanması, ötürülməsi və emalı üçün üsul və vasitələrdən istifadə etməklə tədqiq olunan obyektin, prosesin, hadisənin vəziyyəti haqqında informasiyanın (informasiya məhsulunun) alınması prosesidir.
Kompüterlərin təsnifatı - Kompüterlərin imkanlarını qiymətləndirmək üçün müəyyən əlamətlərə görə onları qruplara bölürlər,yəni təsnif edirlər.Kompüterləri qabarit ölçülərinə və məhsuldarlığa görə aşağıdakı siniflərə bölürlər.
- Superkompüterlər
- Böyük kompüterlər
- Orta kompüterlər
- Kiçik(mini) kompüterlər
- Mikro kompüterlər
- Tarixən ilk dəfə böyük kompüterlər yaranmışdır.Onlar ümumi vəzifəli universal xarakter daşıyırlar.Onların element bazaları elektron lampalardan başlayaraq yüksək səviyyədə inteqral sxemlərə qədər təkmilləşdirilmişdir.Böyük kompüterlərin əsas vəzifəsi böyük həcmli informasiya massivlərinin saxlanması və emalı ilə əlaqədar olan mürəkkəb hesablamaların və informasiya –məntiq məsələlərin həllini təmin etməkdir.Bu cür maşınlar adətən bir neçə təşkilatın birgə istifadə etdiyi hesablama mərkəzlərində quraşdırılır.Bu sinif kompüterlərə İBM firmasının bir sıra modellərini (İBM 360,370,390) və onların analoqları olan EC-1040(1045),EC-1050(1055) aid etmək olar.
- Superkompyuter – çox prosessorlu hesablama sistemidır. İlk superkompyuter amerikalı elektronçu-mühəndis Seymur Krey tərəfindən 1975-ci ildə yaradılmışdır. Kompyuterlərin məhsuldarlığı ədədlər (sürüşkən vergüllü) üzərində bir saniyədə aparılan hesab əməliyyatlarının sayı ilə ölçülür. Superkompyuterlərin məhsuldarlığı sürüşkən vergüllü ədədlər üzərində saniyədə yerinə yetirilən trilyon əməliyyatlarla ölçülür. Superkompyuterlərdən aerodinamika, seysmologiya, nüvə fizikasında və s. kimi elm sahələrində meydana çıxan mürəkkəb məsələlərin həllində geniş istifadə olunur. Superkompyuterlərdə çoxsaylı mikroprosessorların paralel işləməsi nəticəsində yüksək məhsuldarlığı əldə etmək olur. Superkompyuterlərin qiyməti təqribən 10 milyon dollarlarla ölçülür.
- Orta kompüterlər tarixi baxımdan müəyyən maraq doğururlar.Kompüter texnikasının inkişafının müəyyən mərhələsində (kompüterlərin çeşidinin və imkanlarının məhdud olduğu vaxt) orta maşınların yaradılması məqsədəuyğun idi.Bu kompüterlər böyük kompüterlərə nisbətən az imkanlara malikdirlər.lakin onlar nisbətən ucuzdurlar.Orta kompüterlərdən çox böyük həcmli informasiya massivlərinin emalı və vaxt məhdudiyyəti tələb olunmayan bütün sahələrdə istifadə oluna bilər.
|
| |